İl yarımdan sonra Azərbaycanda teatrlar və kinoteatrlar fəaliyyətini bərpa edə bilər
Azərbaycanın Mədəniyyət Nazirliyi karantin qaydalarına əməl olunması şərtilə teatrların, kinoteatrların və konsert meydançalarının fəaliyyətinin bərpası xahişi ilə Nazirlər Kabinetinə müraciət edib. Bu müəssisələr 2020-ci ilin martında koronavirus pandemiyasına görə fəaliyyətini dayandırıb. Ekspertlər və cəmiyyət problemin müsbət həllini gözləyir.
- Bakıda aktyorun küçə performansı zorakılıqla dayandırılıb – VİDEO
- Gürcüstanın Rustaveli Teatrı Moskva qastrolunda, cəmiyyətin kəskin tənqidinə rəğmən
- Azərbaycanda dövlət kinematoqrafı necə maliyyələşdirir və bundan nə ərsəyə gəlir?
Azərbaycanın Müdafiə Nazirliyi pandemiya ilə bağlı şərtlərin yerinə yetirilməsi şərtilə kinoteatrların, teatr və konsert müəssisələrinin fəaliyyətinin qismən bərpasına icazə verilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargaha rəsmi müraciət edib.
Hələlik hökumətdən cavab yoxdur, amma artıq məsələnin müsbət həllinin mümkünlüyünü bildirən maraqlı insanlar var.
Biletlərin satışı ilə məşğul olan portal artıq 2021-ci ilin oktyabrında Bakıda baş tutmalı olan konsertin afişalarını yerləşdirib. Bu konsertlər artıq dəfələrlə təxirə salınıb, amma melomanlar ümid edirlər ki, bu dəfə həmin konsertləri izləyə biləcəklər.
Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçilərindən biri Opera və Balet Teatrında 21 və 24 sentyabra təyin edilmiş tamaşalara artıq bilet aldığını qeyd edib.
“Bizə hazırlaşmaq üçün 20 gün lazımdır”
“Əgər teatrlar açılsa, köhnə tamaşaları yada salmaq üçün ən azından 20 gün, 1 ay vaxt lazımdır. Bizə əvvəlcədən bildirməliydilər ki, biz hazırlaşa bilək”, – Azərbaycanın əməkdar artisti, refissor Nicat Kazımov deyib.
O, ölkənin artıq ikinci mövsümdür ki, teatrsız yaşadığını qeyd edib:
“Teatı, kinoteatrı, mədəniyyət ocaqlarını ən son ana saxlamaqlarının nə məqsədi, nə də ki, səbəbi mənə aydın deyil. Ticarət mərkəzlərindən, toylardan, diskotekalardan, gecə klublarından çoxmu yayır xəstəliyi teatr? Mənə məntiqsiz gəlir, teatrda ən azından məsafəli şəkildə otuzdurmaq olar tamaşaçıları.
Bizim Gənc Tamaşaçılar Teatrının 300-350 tamaşaçı zalı varsa bu 150 tamaşaçı deməkdir. İnşallah ki, inanıram həm Mədəniyyət Nazirliyi, həm də Operativ Qərargah düşünəcəklər ki, teatrlar fəaliyyətə başlasın. Bu çox vacibdir”.
“Mən Operativ Qərargahdan, aidiyyatı şəxslərdən çox xahiş edirəm, düşünsünlər, Azərbaycan teatrını məhv etmək olmaz. Tezliklə bu məsələyə baxsınlar, axırıncı sıraya atmasınlar”, – rejissor bildirib.
“Teatr işçilərinin əksəriyyəti peyvənd vurdurub”
Ölkənin əməkdar artısti, aktyor və rejissor Nofəl Vəliyevin sözlərinə görə, teatrlardakı vəziyyət “ağır və acınacaqlıdır”.
“Aktyorların əksəriyyəti, 99 faizi peyvənd olunub. Bəziləri də virusa yoluxub, sağalıb, immunitet sertifikatı var.
Bu gün Azərbaycan teatrının aktyorları tamamilə formasını itirmək təhlükəsi ilə qarşı-qarşıyadır. Formasını itirmək deyərkən kökəlib, arıqlamağı, yox, psixotexniki problemləri nəzərdə tuturam. Buna görə də teatrların, heç olmasa, məşqlər üçün açılmasını çox istəyirik”, – o deyir.
“Bu, aktyorlara böyük zərbədir”
“Minə dözən, min birə də dözər… 2 il teatrların fəaliyyətinin bərpa olunmaması aktyorlar üçün böyük zərbədir”, – Azərbaycan Dövlət Pantomim mTeatrının direktoru Elman Rəfiyev şikayətlənir.
“Qorxuram ki, aktyorlar buna dözə bilməyib, sənəti tərk etsinlər. Aktyor formada olmalı, işləməli, tamaşa oynamalıdır.
Teatrların qapalı məkan olduğunu qeyd edib təklif edirlər ki, tamaşalar açıq havada nümayiş olunsun. Mən onun tərəfdarı deyiləm, çünki açıq havada olan tamaşanın heç bir effekti olmur. Pantomim tamaşalarda işıq effektinin xüsusi önəmi var. Açıq havada o tamaşaları nümayiş etdirdikdə effekti itir”, – Rəfiyev qeyd edib.
“Bəsdir aktyorların və rejissorların psixikası ilə oynadınız”
Teatrşünas Xəyalə Rəis Azərbaycan teatrlarının vəziyyəti ilə bağlı narazılığını belə ifadə edib:
“Operativ Qərargaha səslənərək deyirəm ki, bəsdir aktyorların, rejissorların psixoloji durumu ilə oynadığınız. Doğrudanmı düşünürlər ki, teatr bizim cəmiyyətə lazım deyil? Əzizlərim, “teatr ölüb” deyənlərin çoxu indi həyatda yoxdur, amma bu sənət hələ də yaşayır. Yəni teatr sizdən də, bizdən də çox yaşayacaq”.
“Muzeylərin açılmasına icasə verən Qərargahın teatrlarla prinsipi nədir axı? Hər axşam Bakı restoranlarını gəzsəniz, rahat şəkildə oturmağa yer tapa bilməzsiz. Nə sosial məsafə saxlanılır, nə də, maska taxılır.
Axı necə olur 300 min adamı stadiona yığa bilirsiniz, 100 nəfəsi teatra yığa bilmirsiniz? Mən bunu anlamıram”, – Rəis bildirib.