Henrixsiz bir gününüz olmasın
7 sentyabr, 2015-ci il, Ermənistan-Danimarka oyunu
Dünya çempionatına düşmək. Nəyin bahasına olursa olsun. Ola bilsin, Mundial 2018-in qrup seçmə mərhələsindən əvvəl Ermənistan milli yığması qarşısında belə bir məqsəd qoyulmuşdu. Bunun üçün hansı addımların atıldığı barədə danışmaq çətindir, amma nəsə etdikləri göz qabağındadır: məşqçini, oyunçuları dəyişdilər, bəyanatlarla çıxış etdilər…
Rusiyada baş tutacaq dünya çempionatında erməni futbolçularının mümkün iştirakı ilə bağlı ümidlər komandanın düşdüyü qrup üzvlərinin hamısı elan olunandan sonra daha da real görünürdü. Qrupa Polşa, Danimarka, Monteneqro, Rumıniya, Qazaxıstan düşdü. Yəni bir dənə də olsun favorit yoxuydu. Bəs necə oldu ki, Ermənistan kimi futbolda xüsusi nailiyyətləri olmayan bir ölkə bu cür ciddi beynəlxalq turnirə düşmək fikrinə düşdü?
Yığmanın AVRO-2016-da yaşadığı uğursuzluqları unutsaq, iki əvvəlki seçmə mərhələsində Ermənistan xeyli daha yaxşı görünürdü. Bu, yeni gənc futbolçular komandası idi, onu yaşlı nəslin nümayəndələri dəstəkləyir, həm meydanda, həm də ondan kənarda gənclərə məsləhət verməyə hazır idilər.
Amma AVRO-2016-ın Ermənistanda qalmaqallı finalı oldu. Bəzi futbolçuların ünvanına ittihamlar səsləndirildi və onları milli yığmada iştirak etmək hüququndan məhrum etdilər. Bunların arasında Yura Movsisyan, Qevork Kasparov, Robert Arzumanyan var.
Ermənistan futbol federasiyasının rəhbəri Ruben Ayrapetyan bildirdi ki, yığmanın bir neçə oyunçusunun “xəyanət etməsi ilə bağlı şübhələri var. Söhbət uğursuz Ermənistan-Albaniya oyunundan gedir, bu oyunda erməni futbolçuları öz meydanlarında AVRO-2016-da iştiraklarını rüsvayçılıqla son qoydular.
“Biz satqınlığa son qoymalıyıq. Albaniya ilə oyun bizim üçün böyük məğlubiyyət və faciəyə döndü. Günahkarları ifşa etməliyik, əks halda heç nəyə nail ola bilməyəcəyik, – qəzəbini bu sözlərlə tökən Ayrapetyan yerdə qalanlara “milli yığmadakı fəaliyyətlərini yenidən nəzərdən keçirmək imkanı verdi.
Əlbəttə ki, bu yeni çağırışları qəbul və dəf etmək üçün heç də yaxşı ab-hava deyil. Amma yeni təyin olunmuş məşqçi Varujan Sukiasyan bildirdi ki, əlində olanla “nəticə ala biləcək.
Komandanın yeni kapitanı Henrix Mxitaryanın da rolunu qeyd etmək lazımdır. İndi dünya futbolunda deyildiyi kimi, meydanda yaxşı və pis futbolçular olduğu kimi, öz klubu və ya yığması üçün “müsbət fərqi təmin edən futbolçular da var. Ermənistan yığması üçün isə bu, Henrix Mxitaryandır: o həqiqətən də təkbaşına “fərqi təmin etmək bacarığına malikdir.
Bu mənada cari il ümidlərlə dolu idi. Əvvəlcə yığma dostluq oyunlarında uduzmadı. Bundan əlavə, Birləşmiş Ştatlarda keçirilən uzunmüddətli oyunlar zamanı iki dəfə iri hesabla qələbə çaldı: əvvəlcə Qvatemalanın üzərində 7:1, sonra da Salvadora 4:0 hesabı ilə.
Amma döyüşə başlamaq lazım olduğu məsuliyyətli bir anda hər şey batdı. Faciə Çexiyaya qarşı dostluq oyunundan başladı. Meydana komandanın kapitanı kimi çıxan Henrix sanki komandada hansı istiqamətdə hücuma keçmək lazım olduğunu anlayan yeganə adam idi.
Bu həm rəqib, həm də oyunu idarə edən əsas arbitrə aydın idi: o oyunun artıq ilk 30 dəqiqəsində iki dəfə Mxitaryana qarşı oyun qaydalarını pozan iki çex futbolçusuna sarı kart göstərdi.
İkinci oyun pozuntusundan sonra aydın oldu ki, Mxitaryanın problemləri var və oyunu davam etdirə bilməyəcək. O, meydanı tərk etdi, bununla da azarkeşlərin oyunun gedişatının dəyişməsi ilə bağlı ümidləri öldü. Nəticədə milli yığma hələ seçmə mərhələsindən əvvəl 3:0 hesabı ilə uduzdu. Bir neçə gün sonra da məlum oldu ki, Henrix Danimarkaya qarşı oyunda komandasına kömək edə bilməyəcək.
“Parken stadionunda baş verənləri isə sözlə ifadə etmək mümkün deyil. Müsahibəsində hücum futbolunun xeyrindən danışan məşqçi meydana 5 nominal müdafiəçi çıxardı. Yəni qarşıya 0:0 hesabını saxlamaq məqsədi qoyulmuşdu.
Amma bu cür strategiya ilə çıxış edən komandanın qapısından artıq 16-cı dəqiqədə qol vururlarsa bu strategiyanı uğurlu adlandırmaq mümkün deyil. Və tək futbol allahına məlumdur ki, meydana beş müdafiəçi ilə çıxan komanda necə oynamalı və hücum çəkməli idi.
Ermənistan yığması ancaq vəziyyəti bir neçə dəfə xilas edən qapıçı Arsen Beqlaryanın sayəsində iri hesabdan qurtula bildi. İkinci hissənin 72-ci dəqiqəsində o təkcə Eriksenin 11 metrdən vurduğu zərbəni deyil, ondan dərhal sonra gələn Poulsenin zərbəsini də dəf edə bildi.
Belə çıxır ki, Henrix Mxitaryansız Ermənistan yığmasının meydanda bir işi yoxdur. Təəssüf ki, onun olması da heç də həmişə vəziyyəti xilas etməyib və etməyəcək də. Futbolçu nə qədər peşəkar olsa da, hətta bu Messi olsa belə, təkbaşına oynaya və komandanı öz arxasınca apara bilməz – axı futbolu meydanda 11 nəfər oynayır…
Henrix Mxitaryan 2013-cü ildən 2016-cı ilə qədər “Borussiya (Dortmund) klubunda oynayıb. Xarici mətbuat onu tez-tez Micky adlandırır – soyadını tələffüz etməkdə çətinlik çəkən Dortmunddakı həmkarları ona bu adı veriblər. 2016-cı ilin iyul ayından Mxitaryan “Mançester Yunayted klubuna keçdi.
Dərc olunub: 15.09.2016