Gürcüstanın sahil rayonunda koronavirusun yayılması təhlükəsi üzündən dörd kənd izolyasiya olunub
Gürcüstanın Açara regionundakı Kobuleti rayonunda artıq 17 nəfər koronavirusa yoluxub.
Epidemioloqlar hesab edirlər ki, yoluxanların əlaqə saxladıqları şəxslərin dairəsi çox böyük olub. Virusun daha da yayılmasını dayandırmaq üçün aprelin 12-dən dörd bu kənd tamamilə təcrid olunub: Qvara, Muxaestate, Leqva və Tsakavruka.
Ümumilikdə, Gürcüstanda 12 aprel tarixinə 252 yoluxma halı qeydə alınıb. Xəstələnənlərdən üç nəfər ölüb, 60 nəfər sağalıb.
Bu kəndlərdən çıxış və buraya giriş qadağandır, polis nəzarəti postları qurulub.
Kəndlərin bütün sakinləri termoekranla yoxlanılır. Onlara küçəyə yalnız ərzaq, dərman almaq üçün və həkimə getmək üçün icazə verilir.
Əhalinin yaz tarla işləri görmək hüququ var, lakin xüsusi şəxsi təcrid rejiminə riayət edilməlidir.
- Qafqazda koronavirus. Yenilənir
- Gürcüstanın Marneuli şəhəri epidemiya gözləntisində. Karantinə bağlanmış şəhərdə nə baş verir (foto)
- Тbilisi koronavirus epidemiyası günlərində, aprel gəlib. Video
Martın 21-dən Gürcüstanda sərt fövqəladə vəziyyət rejimi elan olunub ki, koronavirus pandemiyasının sonrakı yayılmasının qarşısı alınsın. Bütün ictimai nəqliyyat dayandırılıb, ərzaq mağazalarından və apteklərdən başqa hər yer bağlıdır. İnsanlar yalnız kəskin qərurət yarandığı halda evlərindən çıxa bilirlər.
Üç şəhər lokal koronavirus yayılması təhlükəsi üzündən karantinə təcrid olunublar – Gürcüstanın şərqində Kvemo Kartli regionunda Marneuli və Bolnisi, şimal-qərbində Raça-Leçxumi-Kvemo Svaneti regionunda Lentexi.
4,929 nəfər karantin rejimindədir, 405 nəfər müşahidə altında xəstəxanadadır.
Martın 31-də Gürcüstan ərazisində komendant saatı tətbiq edilib.
