Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi: Lavrovun regionun təhlükəsizliyilə bağlı sözləri Gürcüstana aid edilə bilməz
Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Rusiya XİN rəhbəri Sergey Lavrovun Gürcüstanda və Cənubi Qafqaz regionunda təhlükəsizliklə bağlı dediklərinə cavab verib. Lavrovun sözlərinə görə, bu amil Gürcüstanla viza rejiminin liberallaşdırılmasına mane olur.
Abaşidzenin sözlərinə görə, ötən il Gürcüstana Rusiyadan təqribən milyon nəfər turist gəlib. O, qeyd edib ki, “bu göstərici, həmçinin xarici turistlərin özlərini Gürcüstanda rahat hiss eləməsi göstərir ki, bizdə təhlükəsizlik yüksək səviyyədədir, bir sıra beynəlxalq təşkilatların çoxsaylı araşdırmaları da bunu təsdiqləyir”.
“Buna görə də Lavrovun Cənubi Qafqazın silahlılar, terrorçular və ekstremistlərin marşrutuna çevrildiyi haqda sözləri heç cür Gürcüstana aid edilə bilməz”, – Abaşidze bildirib.
Fevralın 18-də təhlükəsizliyə dair Münhen konfransı zamanı Gürcüstan jurnalistlərilə söhbətində Sergey Lavrov bildirib ki, hüquq-mühafizə orqanlarının “hərtərəfli əməkdaşlığını” Gürcüstanla viza rejiminin sadələşdirilməsi üçün vacib şərt hesab edir.
Nazir Gürcüstanla vizasız rejimin bərpa olunması ehtimalını mürəkkəb məsələ adlandırıb və qeyd edib ki, bu məsələni Tbilisi ilə diplomatik əlaqələrin olmadığı şəraitdə müzakirə eləmək “bir qədər qəribədir”.
“Amma bu, həmçinin təhlükəsizliyin təmin edilməsinin vacibliyi ilə də bağlıdır, nə vaxt ki, yalnız Mərkəzi Asiya deyil, Cənubi Qafqaz da silahləların, ekstremistlərin istifadə etdiyi marşruta çevrilir”, – Lavrov deyib.
- 2001-ci ildə Rusiya təhlükəsizlik niyyətilə Gürcüstanla viza rejimi tətbiq etdi. Viza rejimi Abxaziya və Cənubi Osetiyaya (204-cü ildə qısa müddətə Acariyaya da) şamil edilmədi. Gürcüstan isə Rusiyaya qarşı sadələşdirilmiş viza rejimi tətbiq etdi.
- 2002-ci ildən etibarən Rusiya Abxaziya və Sxinval regionu (Cənubi Osetiya) sakinlərinə Rusiya vətəndaşlığı verməyə başladı. Hər iki regionun əhalisinin 90 faizi bu gün RF vətəndaşıdır.
- 2008-ci ildə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasına cavab olaraq Gürcüstan RF ilə diplomatik əlaqələri kəsdi.
- 2010-cu ildə Gürcüstan Şimali Qafqaz sakinləri üçün 90 günə qədər səfər zamanı vizasız rejim tətbiq etdi. Digər Rusiya vətəndaşları isə Gürcüstana giriş zamanı viza ala bilərdilər.
- 2012-ci ilin fevralında Gürcüstan RF vətəndaşları üçün viza rejimini ləğv elədi.
- 2015-ci ilin dekabrında Rusiya Gürcüstanla viza rejimini sadələşdirdi. Yeni qaydalara görə, istənilən Gürcüstan vətəndaşı RF immiqrasiya orqanlarında tərtib olunmuş istənilən Rusiya vətəndaşının (əvvəlki kimi yalnızca yaxın qohumların deyil) dəvəti olarsa, turist vizası istisna olmaqla istənilən növ viza ala bilər.
- Dekabrda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvini istisna etməyib.