Gürcüstanda xarici səfirliklər və siyasi partiyalar LGBT+ nümayəndələrini dəstəkləyiblər
Gürcüstanda on beş siyasi partiya, BMT və Avropa İttifaqı nümayəndələri, o cümlədən də xarici səfirliklər ölkədəki LGBT+ nümayəndələrinin dəstəkləyiblər.
Siyasi partiyanın sənədi
Siyasi partiyalar LGBT+ hüquqları haqda siyasi razılaşma inzalayıblar.
Onların sözlərinə görə, Gürcüstandakı homofob və transfob əhvalı nəzərə alaraq, lesbiyanların, geylərin, biseksualların, transgenderlərin və geylərin təməl hüquqları ilə bağlı siyasi partiyaların ümumi mövqeyinin olması vacibdir.
Bu məqsədlə Tbilisi Pride Gürcüstanın bütün qərbyönlü siyasi partiyalarına müraciət edib və 15 siyasi birlik razılaşıb ki:
- Əllərində olan bütün mexanizmlərdən yararlanaraq azlıq nümayəndəsi insanlara qarşı ayrıseçkilik və zorakılığın kökünün kəsilməsi üçün mübarizə aparacaqlar;
- Seksual oriyentasiyasından və gender kimliyindən asılı olmayaraq hər bir vətəndaşın toplaşma və fikrini ifadə etmək azadlıqlarını müdafiə edəcəklər;
- Siyasi proseslərdə homofobiya zəminində sosial ayrıseçkiliyə və düşmək dilindən istifadəyə imkan verməyəcəklər.
“Biz ümid edirik ki, bu razılaşma Gürcüstanın siyasi məkanında dönüş nöqtəsi olacaq və biz birlikdə daha demokratik və insana yönəlik dövlətin qurulması üzərində işləyəcəyik”, – təşkilatdan bildirilir.
Sənədi imzalayanlar arasında Vahid Milli Hərəkat, Avropa Gürcüstanı, “Lelo”, “Strategiya Aqmaşenebeli”, Respublika Partiyası, “Qirçi”, “Qirçi – daha çox azadlıq”, “Qanun və ədalət”, “İnkişaf və azadlıq”, “Ədalət zamanı”, “Azad demokratlar”, “İslahatçı”, “Vahid Gürcüstan”, “Zəfərli Gürcüstan” var.
“Gürcü arzusu” iqtidar partiyası təəssüf ki, sənədi imzalamayıb. Partiya rədd cavabının səbəblərini izah etməyib.
“Ölkədəki siyasi böhrana rəğmən biz şadıq ki, 15 siyasi partiya rəmzi, amma mühüm siyasi bəyanatla çıxış etməyə hazır oldular.
Homofobiya ciddi sosial problemdir, buna görə də siyasətçilərin təməl insan haqlarını müdafiə etmələri xüsusilə vacibdir”, – təşkilatın Facebook səhifəsində yayılan bəyanatda deyilir.
Səfirliklərin, BMT və Aİ-nin birgə bəyanatı
Birləşmiş Millətlər Təşkilatı və Avropa İttifaqının Gürcüstandakı nümayəndəlikləri LGBT+ icmasına birgə dəstək bəyanatı ilə çıxış ediblər.
Bəyanatda mayın 17-də, homofobiya, bifoya və transfobiya ilə Beynəlxalq Mübarizə Günündə (IDAHOBIT) onlar lesbiyan, gey, biseksual, transgender və interseksuallara (LGBT+) dəstək və onlarla həmrəylik ifadə olunduğu, hər kəsin layiqli, təhlükəsiz və bərabərhüquqlu mühitdə yaşaması üçün birləşdikləri deyilir.
“LGBT+ insanlar Gürcüstanda stiqma, siyasi, sosial və iqtisadi inteqrasiyada məhdud imkanlarla qarşılaşır, o cümlədən də nifrət, zorakılıq və cinayət qurbanına çevrilirlər”, – bəyanatda deyilir.
- “Evdən çıxandan sonra geri salamat qayıdıb-qayıtmayacağını heç vaxt bilmirsən”
- Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
- Gürcüstan: lesbiyan cütlüyə hücum edən kişini məhkəmə girov müqabilində azad edib
Nə baş verib?
Tbilisi Pride Tbilisidə LGBT+ insanların Günləri ilə bağlı tədbirlər təşkil edir. “Deda ena” parkında ilk tədbirin ardınca artıq insident baş verib – mayın 15-də fəallar Homofobiya və Transfobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş performans təşkil ediblər – musiqi sədaları altında göyqurşağı rənglərinə booyanmış Welcome to the Closet instalyasiyası hazırlanıb.
Homofob və ksenofob hərəkatın lideri Quram Palavandişvili instalyasinı zədələyib və fəallara hücum edib, bundan sonra dindirilmək üçün DİN-ə aparılıb. Hadisə zorakılıq tətbiq etməklə və ya zorakılq tətbiqi ilə hədələməklə təqib maddəsi ilə araşdırılır.
Tbilisi Pride zorakılığa bu foto ilə cavab verib: “Bizim cavabımız – həmişə sevgi!”
Kilsə mayın 17-də Ailə Müqəddəsliyi Gününü qeyd edir
Mayın 17-i Dünya Homofobiya və Transfobiya ilə Mübarizə Günüdür. Amma 2014-cü ildən mayın 17-ni Gürcüstan Pravoslav Kilsəsi Ailə Müqəddəsliyi Günü kimi qeyd edir.
Kilsə nümayəndələri bir il əvvəl olduğu kimi küçələrə müqəqqəs su səpmək üçün səhər Tsminda Sameba məbədində toplaşıblar.
Sorğular nə deyir?
CRRC təşkilatının apardığı tədqiqata əsasən, Gürcüstanda LGBT-ə qarşı tolerantlıq çox aşağı səviyyədədir.
Respondentlərin 70 faizi homoseksuallarla nəinki şəxsi, hətta biznes münasibətləri də qurmaq istəmir. Yalnız 22 faiz bu suala müsbət cavab verib. Sorğu zamanı iştirakçılardan qonşu qismində arzu etmədikləri qrupları sadalamağı xahiş ediblər.
Narkomanlardan (67%) və cinayətkarlardan (67%) sonra respondentlər LGBT nümayəndələrini deyiblər – respondentlərin 54 faizi onları qonşuluqlarında görmək istəmirlər.
Respondentlərdən ən tolerantlar əngəlli vətəndaşlar olub – onlardan yalnız bir faizi bildirib ki, belə insanlarla qonşuluqda yaşamaq istəmir.