Gürcüstanda pasiyentin qarnından 25 əvvəl cərrahların unutduğu pinseti çıxarıblar
Tbilisinin “İnova” klinikasında qeyri-adi əməliyyat həyata keçirilib – cərrahlar pasiyentin qarnından 25 il orada qalmış paslı pinset çıxarıblar.
“25 il əvvəl pasiyentin öd kisəsini çıxarıblar, elə o vaxt pinset qarın boşluğunda qalıb”, – pinseti çıxaran onkoloq-cərrah İrakli Todua deyir. Maraqlıdır ki, bu illər ərzində pasiyenti heç nə narahat etməyib.
“Xəstə bizim klinikaya tamamən başqa patologiya ilə bağlı kömək üçün müraciət edib, yad cismi də biz maqnit-rezonans tomoqrafiyası apardığımız zaman təsadüfən aşkarladıq”, – həkim deyir.
“İnova” klinikası həmin müdhiş pinsetin şəklini də göstərib. Şəkildəki marker pinsetin ölçüsünü təsəvvür edə bilmək üçün yanına qoyulub.