Gürcüstanda marixuana istifadəsi leqallaşdı - Konstitusiya Məhkəməsinin tarixi qərarı
Gürcüstada marixuana istifadəsi leqallaşıb – Gürcüstanın Konstitusiya Məhkəməsi iyulun 30-da artıq üç aya yaxındır ki, baxdığı işin hökmünü elan edib.
Bununla da məhkəmə “Qirçi” siysi patyiasının liderləri Zurab Caparidze və Vaxtanq Meqrelişvili tərəfindən irəli sürülən iddianı təmin edib. Onlar artıq uzun illərdir ki, marixuananın leqallaşması və narko-siaysətin liberallaşmasına çalışırdılar.
Məhkəmə qərarına əsasən, marixuana istifadəsi yalnız üç insan üçün təhlükə daşıdığı halda cəzalandırılacaq. Məsələn, təhsil müəssisələrində, nəqliyyatda, insanların toplaşdığı yerlərdə.
Eyni zamanda marixuananın becərilməsi və yayılmasına görə cinayət məsuliyyəti yenə də qüvvədə qalır.
Məhkəmə qərarı elan olunandan sonra “Qirçi” partiyasının lideri Zurab Caparidze bildirib ki, “bu, marixuana uğrunda deyil, azadlıq uğrunda mübarizə idi”.
Ötən il Gürcüstanın Konstitusiya Məhkəməsi marixuananın istifadəsin dekriminallaşdırmışdı, buna görə cəza olaraq yalnız inzibati cərimələri saxlamışdı. Amma fəallar inzibati cəzanın da ləğv olunması ilə bağlı məhkəmədə yeni iddia qaldırmışdı.