Gürcüstanda koronavirus: daha 14 nəfər laboratoriya nəticəsini gözləyir
Paylaşmaq
Paylaşmaq
Martın 2-də Gürcüstan xəstələrinə daha 14 pasiyent daxil olub – iki nəfər Kutaisidə, bir nəfər Qoridə, qalanları Tbilisidə. Onların analizləri Luqar adına laboratoriyaya göndərilib və cavabları günün ikinci yarısında bəlli olacaq.
Hazırda Gürcüstanın infeksion xəstəxanalarına koronavirus yoluxması şübhəsi ilə 40 pasiyent yerləşdirilib.
Yanvardan fevrala qədər olan dövrdə Luqar adına laboratoriyada 171 potensial koronavirus xəstəsinin analizi təhlil edilib. Onlardan yalnız üç nəfərin xəstə olduğu təsdiqlənib – 31 yaşlı İtaliyadan qayıdan qadın və İrandan gələn iki kişinin. Onlar Tbilisi infeksion xəstəxanasının bokslarına yerləşdirilib, hazırda özlərini yaxşı hiss edirlər və müalicələri davam edir. 97 nəfər karantində saxlanılır. Karantin tədbirlərinin həyata keçirilməsi üçün Gürcüstanda 5 təcrid olunmuş məkan hazırlanıb.
Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, Gürcüstanda yüksək hazırlıq rejimi davam edir. Məktəblər bağlıdır – yaz tətili vaxtəndan əvvəl başlayıb – martın 2-dən 16-a qədər.
Uşaq bağçaları da işləmir. Göəstərilmiş iki həftə ərzində məktəb və bağçaların binalarında düzinfeksiya işləri aparılacaq. Həmçinin martın 16-a qədər teatr və kinoteatrların da fəaliyyəti dayandırılıb. Mümkün qədər dezinfeksiya işləri total aparılır – nəqliyyatda, yeraltı keçidlərdə, ictimai məkanlarda.
Mərkəzin əsas tövsiyələri:
• kütləvi toplaşma yerlərinə getməmək;
• imkan daxilində səyahətlərdən çəkinmək;
• koronavirusun daha çox yayıldığı ölkələrdən gələn insanlar karantin müddətini keçməlidir;
• şəxsi gigiyenaya fikir vermək, əlləri daha tez-tez yumaq.