Gürcüstanın Sosial Xidmət Agentliyinin məlumatına görə, ölkədə qeysəriyyə əməliyyatlarının payı dəyişməz olaraq qalıb və 2017-ci ildə 44,4 faiz təşkil edib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜSM) tövsiyələrinə əsasən, ölkədə qeysəriyyə əməliyyatlarının payı 15 faiz çərçivəsində qalmalıdır. Gürcüstanda bu göstərici üç dəfə çoxdur, halbuki Avropa ölkələrində orta hesabla 11 faiz təşkil edir.
11 mart 2017-ci il tarixindən Sosial Xidmət Agentliyi 5 doğum evinin proqram təchizatçısı statusunu ləğv edib və 17 müəssisəni cərimələyib. Qərara səbəb qeysəriyyə əməliyyatlarınınn sayının azaldılması üzrə müqavilədə nəzərdə tutulmuş şərtlərə əməl olunmaması olub.
Sosial Xidmət Agentliyi ölkənin regionlarında qeysəriyyə əməliyyatlarının sayının azaldığını qeyd edir, eyni şeyi iri şəhərlər: Tbilisi, Kutaisi və Batumi haqqında demək mümkün deyil. Həm də məlumdur ki, müqavilə ancaq il ərzində 750 doğuş həyata keçirən klinikalarla uzadılacaq.
Müqavilə bağlanandan sonra 12 ay ərzində 500-dən çox keysəriyyə əməliyyatı edən müəssisələrlə müqavilə dayandırılacaq. Bunlar aşağıdakılardır:
Dedaşviloba – Natela Patarkasişvili adına multiprofilli klinika, “Zolotoye runo-XXI” MMC, “Birinci xəstəxana” MMC, Gürcüstan Patriarxiyasının müqəddəs İoakim və Ana adına Tibbi Mərkəz, İvan Bokeriya adına Tbilisi referal hospitalı.
“Hera”, “Çaçava klinikası”, “İmedi”, “Brazers”, “Baiebi”, “David Davaraşvilinin klinikası”, “Unimedi”, Yaşvili adına Mərkəzi uşaq xəstəxanası, akademik o.Quduaşuri adına Milli Tibbi Mərkəz, “Yeni doğum mərkəzi”, “Leri Xonelidze adına klinika”, Medkapitalın Qldani filialı, “Kutaisinin birinci və yeni İkinci doğum evi”.