Gürcüstanda fövqəladə vəziyyətin yumşaldılmasının ilk mərhələsi başlayıb
Gürcüstanda aprelin 27-dən fövqəladə vəziyyət məhdudiyyətlərinin mərhələli aradan qaldırılması prosesi başlayıb.
Aprelin 27-ə olan məlumata əsasən, Gürcüstanda 496 koronavirusa yoluxma halı qeydə alınıb. 4833 nəfər karantindədir. 571 nəfər stasionarda nəzarət altında saxlanılır. 149 nəfər sağalıb. 6 nəfər ölüb.
Beləliklə, aprelin 27-dən icazə verilənlər:
● minik maşınlarının hərəkəti
● taksi fəaliyyəti
● onlayn-ticarət
● istənilən məhsulun çatdırılması xidməti
● açıq tipli aqrar bazarların fəaliyyəti
Yumşalmalar Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl edən və fəaliyyət icazəsi olan bütün şirkətlərə şamil ediləcək.
Fövqəladə vəziyyət məhdudiyyətlərinin aradan qaldırılması karatin altına alınan şəhər və kəndləri hələlik əhatə etməyəcək.
- Hökumətin böhran əleyhinə planı
- Gürcüstanda fövqəladə vəziyyət mərhələli şəkildə aradan qaldırılacaq
- Gürcüstanda COVID-19 ilə mübarizə: “Qaranlıqda dolaşmaq”. Zurab Çiaberaşvilinin şərhi
Yaşayış məntəqələrinin daxilində minik avtomobillərinin hərəkətinə icazə verilib. Tbilisi, Kutaisi, Batumi, Rustavi qapalı qalır. İstisna olaraq aprelin 27 və 28-də qapalı şəhərlərlə əlaqə mümkün olacaq – əsasən vətəndaşların daimi yaşayış yerlərinə (qeydiyyatda olduqları yerlərə) qayıda bilmələri üçün. Aprelin 29-da bu dörd şəhər yenidən fövqəladə vəziyyətin sonuna, yəni mayın 23-ə qədər bağlanacaq.
Saat 21:00-dan 06:00-a qədər komendant saatı da qüvvədə qalır.
Gürcüstanda ilk koronavirusa yoluxma halı 2020-ci il fevralın 26-da qeydə alınıb. Martın 21-də Gürcüstanda fövqəladə vəziyyət, martın 31-də isə komendant saatı elan olunub.