Gürcüstanda ən aşağı əməkhaqqı təhsil sahəsindədir
Milli Statistika Xidməti 2018-ci ilin üçüncü rübündə əməkhaqlarının müqayisəli analizini həyata keçirib.
Əsas tendensiyalar:
1) “Sakstat”ın məlumatlarına əsasən, bütün son il ərzində əməkhaqqı praktiki olaraq bütün sektorlarda yüksəlib, 2018-ci iolin üçüncü rübündə isə orta aylıq əməkhaqqı 1125,5 lari (420 dollar) təşkil edib. (Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 56 lari çoxdur).
2) Ən yüksək orta əməkhaqları maliyyə sektorunda qeydə alınıb – 2354 lari [878 dollar]. Məhz bu sahənin işçilərində əməkhaqqının illik artımı 26,5% təşkil edərək, ən yüksək səviyyədə olub.
Elm və texniki fəaliyyətlə məşğul olan insanların orta əməkhaqları da yüksəkdir – 1868 lari [878 dollar] (illik artım 8,6% təşkil edib).
İnformasiya və kommunikasiya sahələrinin işçilərində orta aylıq əməkhaqqı 1785 lari (665 dollar) təşkil edir (illik artım 18% təşkil edib).
Tikinti sektorunda orta əməkhaqqı 1722 lari (642 dollar) təşkil edib (başqa sahələrdən fərqli olaraq, tikintidə ötən illə müqayisədə əməkhaqları azalıb – mənfi 13,9%).
Daşınmaz əmlakla məşğul olan insanlar orta hesabla təxminən 1481 lari (553 dollar) qazanırlar.
3) Ən aşağı əməkhaqqı təhsil sahəsində (586 lari/218 dollar) və kənd təsərrüfatı sektorunda (705 lari/262 dollar) qeydə alınıb.
4) Qadınlarda orta aylıq əməkhaqqı 852 lari (317 dollar) təşkil edib və bu göstərici əvvəlki kimi, orta əməkhaqqı 1360 lari/507 təşkil edən kişilərdəkindən azdır. Bu tendensiya az qala bütün sahələrdə müşahidə olunur və dəyişiklik nəzərə çarpmır, belə ki, kişilərdə və qadınlar əməkqqanın dəyişiklikləri eyni zamanda və eyni ölçüdə baş verir. Belə ki, qadınların otra əməkhaqqı 42 lari (15 dollar) artıbsa, kişilərdə 66 lari (24 dollar) artıb.