Larinin “sərbəst düşməsi” – gürcü valyutasının aqibəti necə olacaq? Dörd ssenari
Artıq illərdir ki, Gürcüstanın milli valyutasının məzənnəsi hər payız mütəmadi olaraq düşür. Amma 2020-ci ildə koronavirus pandemiyasına görə ənənə pozulub – larinin məzənnəsi artıq yazdan düşməyə başlayıb. Martın 27-də rəsmi məzənnə rekord səviyyəyə çatıb – 1 ABŞ dolları 3,48 lariyə bərabər olub.
Milli Bank valyuta müdaxiləsi ilə vəziyyəti stabilləşdirə bilib – mart ayı ərzində öz ehtiyatlarından 100 milyon dollar satıb.
Ölkənin donorlardan böyük yardım alması, o cümlədən də aprel-avqust aylarında Milli Bankın əlavə 230 milyon dollar satması faktı da bunun üzərinə gəlib. Nəticədə təşviş səngiyib, lari möhkəmlənməyə başlayıb və yayda 3,06 göstəricisində stabilləşib.
•İşini itirmək hələ ən qorxulusu deyil
•Pandemiyaya görə Gürcüstanın itkiləri
•Gürcüstanda parlament seçkilərin ay yarım qalmış nədən narahatdırlar – sorğu
Amma məlum olduğu kimi bu, sadəcə müvəqqəti olub. koronavirusun yayılmasının artımından asılı olaraq lari də ucuzlaşmağa davam edib.
Milli valyutanın ucuzlaşmasının səbəbi nədir və bunun bir həddi varmı?
Devalvasiyanın səbəbləri
● Larinin dəyərdən düşməsinin əsas səbəbi turizmin faktiki sıfıra düşməsidir.
Martdan sentyabra qədər olan dövrdə turizm dayandığı üçün ölkə 2 milyard dollara qədər gəlir itirib.
Xarici turistlərin itkisi Gürcüstan vətəndaşlarının digər ölkələrə gedə bilməmələri və daxili turizmdə pul xərcləmələri sayəsində kompensasiya oluna bilməzdi.
● Digər səbəb koronavirusa yoluxanların sayının artmasına görə əhalinin mənfi gözləntiləridir – məlum olub ki, iqtisadi böhran davam edəcək və lari daha da dəyərdən düşəcək, buna görə də insanlar yenidən dollar almağa başlayıb ki bu da dərhal larinin məzənnəsində özünü göstərib.
● Başqa bir mühüm amil ondan ibarətdir ki, Gürcüstanın iki ən böyük ticarət tərəfdaşlarının valyutası – Türkiyə lariisi və Rusiya rublu da sentyabrda dəyərdən düşməyə başlayıb. (avqustun 31-də lirə 4,5%, rubl isə 3,1% ucuzlaşıb. Bu ölkələrin valyutalarının dəyərdən düşməsi lariyə əlavə təzyiq göstərir).
● Əlavə amil pandemiya dövründə xərclər artdığı üçün hökumət iqtisadiyyata götürdüyündən daha çox lari axıtmasından ibarətdir. Bu artmış pul kütləsinin bir hissəsi valyuta almaq üçün valyuta bazarına daxil olur ki, bu da dollara tələbatı artırır və larini dəyərdən salır.
● Larinin dəyərdən düşməsinin əhəmiyyətli səbəblərindən biri də xarici mənbələrdən daxilolmaların əhəmiyyətli dərəcədə azalmasıdır. Larinin mübadilə məzənnəsinin stabilliyinin qarantı olan valyita məhz xaricdən ölkəyə gəlir.
Martdan avqusta qədər Gürcüstanın idxalatı 1,1 milyard dollar, ixracatı isə 387 milyon dollar azalıb.
Bundan başqa, xarici gəlirlərin daha bir mühüm mənbələrindən biri – pul köçürmələri azalıb. Martdan maya qədər mühacirlər Gürcüstana 80 milyon dollar az pul göndəriblər. (Hərçənd, pul köçürmələri iyunun əvvəlində artmağa başlayıb və iyun-avqust aylarında təxminən 100 milyon dollar artıb. Bu artımın səbəblərindən biri mühacirlərin bu il evə gələ bilməyib və qənaət etdikləri pulları ailələrinə pul köçürməsi şəkdlində göndəriblər).
Yekunda demək olar ki, təkcə xarici ticarətin, pul köçürmələrinin və turizmin azalması son nəticədə ölkəyə 800 milyon dollar zərər hesabına başa gəlib.
Məhz bu kəsir həmin dövrdə 410 milyon dollar satan Milli Bank tərəfindən qismən kompensasiya edilib.
Larinin aqibəti necə olacaq? Dörd mümkün ssenari
Sentyabrdan larinin məzənnəsinin yeni ucuzlaşma tendensiyası başladığı üçün sentyabrın 10 və 16-da Milli Bank iki dəfə 40 milyon dollar satıb. Bu müdaxilə larinin məzənnəsinin düşməsini ləngidib, amma dayandırmayıb. Sentyabrın 22-də lari 3,25 dollara bərabər olub.
Ucuzlaşma davam edəcək?
Transparency International Georgia eksperti, iqtisadçı Beso Namçavadze milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün dödr mümkün ssenari haqda danışır:
1. Gürcüstan iqtisadiyyatında vəziyyət kəskin yaxşılaşacaq.
Pandemiya dövründə bu mümkün deyil;
2. Xarici amillərin əhəmiyyətli dərəcədə yaxşılaşması.
İxracın, sərmayənin artımı, turistlərin cəlb olunması. Bu da mümkün deyil, çünki bir çox ölkələrdə pandemiya və iqtisadiyyat nöqteyi-nəzərindən vəziyyət Gürcüstandan daha yaxşı deyil;
3. Milli Bank müdaxilələri davam etdirməlidir.
Bu ssenari mümkündür, amma ticarət tərəfdaşlarımızın valyutaları dəyərdən düşdüyü, lariyə təzyiq isə artdığı müddətcə bu, larinin stabilliyinə zəmanət verə bilməz. Amma Milli Bank larinin əhəmiyyətli dərəcədə dəyərdən düşməyinə imkan verməməyə çalışacaq;
4. Larinin məzənnəsi daha artıq ucuzlaşmayacağı həddə çatacaq.
Bu, ən real ssenaridir, amma kədərli odur ki, məzənnənin düşməsinin məhz hansı həddə dayanacağını heç kim bilmir.
Bəlkə də bu, bugünkü məzənnədir.
Bu ssenari nə deməkdir – larinin məzənnəsinin düşməsi eyni zamanda dolların məzənnəsinin yüksəlməsi deməkdir. Yəni əgər lari həddən artıq dəyərdən düşsə, bu o deməkdir ki, dollar hədsiz baha olacaq. İnsanlar da artıq çox baha dollar ala bilməyəcəklər, tələbat azalacaq, bu da larinin dəyərdən düşməsinin qarşısını alacaq.