“İnsanların dəyişəcəyinə ümid yaranıb”. Gürcüstanda transgenderlərlə həmrəylik
Gürcüstanda koronavirus pandemiyası dövründə transgenderlər LGBT icmasının ən həssas nümayəndələri olub. Ailələrinin imtina etdiyi, işsiz və evsiz qalan bu insanlar sözün həqiqi mənasında ac ölümlə üz-üzə qalıblar. Amma hətta Gürcüstan kimi mühafizəkar cəmiyyətdə də onların faciəsinə laqeyd qalmayıblar – yalnız ictimai fəallar yox, kilsə nümayəndələri dəonlara yardım edib. Düzdür,dövlət kənarda qalır: hüquq müdafiəçilərinin sözlərinə görə, dövlət hələ də transgenderlərin müdafiəsi üçün heç nə etmir və onlara sağ qalmaları üçün yardım etmir.
Çarəsizlik
2020-ci il aprelin 30-da səhər Gürcüstanda koronavirus epidemiyasına görə elan olunmuş fövqəladə vəziyyət zamanı Tbilisi küçələri demək olar ki, bomboş ikən iki qadın şəhər meriyasının binasına yaxınlaşıb. Hər birinin əlində limonad şüşəsi olub. onların birində benzin, digərində isə araq olub, cəsarət üçün.
Bunlar transgender qadınlar – Madonna və Qabriella olub. fövqəladə vəziyyət və sərt karantin elan olunandan bəri bir aydan çoxdur ki, onlar sözün həqiqi mənasında ac qalıblar.
Birinci Madonna üzərinə benzin töküb. Qabriella deyir ki, eyni şeyi edə bilməyib, çünki polis onu dayandırıb.
Madonna sağ qalıb və bir neçə həftə ikinci dərəcəli yanıqla yerləşdirildiyi xəstəxanada müalicə olunub.
Transgender qadınlar bu dəhşətli addımı etiraz əlaməti olaraq hakimiyyətin diqqətini çəkmək üçün atıblar.
“Əvvəlcə qrupa yazdım (Facebook-da transgender nümayəndələrini dəstəkləyən qrup) ki, özümü yandırmaq istəyirəm, sonra Madonna mənə zəng vurdu… Biz elan elədik ki, özümüzü yandıracağır, jurnalistləri gösləyirdik”, – Qabriella xatırlayır.
• Nifrət içində həyat. Gürcüstanda LGBT və onların valideynləri
• LGBT müharibədə. Ukraynadan hekayələr
Qabriella 12 il əvvəl evdən gedib. O zamandan bəri ailəsi ilə ünsiyyəti yoxdur. Onunla ancaq əkiz qardaşı əlaqə saxlayırmış, o da üç il əvvəl vəfat edib.
İndi Qabriella tamam təkdir.
O, Tbilisidə mənzil kirayələyib, pulunu da seks xidmətlə əldə etdiyi gəlirlə ödəyir. Pandemiya başlayandan o, qazancsız qalıb.
“Komendant saatı tətbiq olunandan sonra mən nə çıxa, nə də evdə işləyə bilirdim – müştəricəl gələ bilmirdilər. Biz evə qapanmışdıq. Heç kim bizə fikir vermirdi. Bizim üçün çox ağır idi, çünnki tamam gəlirsiz qalmışdıq”, – o danışır.
Qabriellanın hekayəsi unikal deyil, onlardagürcüstanlı transgender qadıının hekayəsinə bənzəyir.
Transgenderlər Gürcüstanda ən həssa və əzilən qrupdur.
Onların hüquqları demək olar ki, addım başı pozulur – onlar gender əlamətinə görə iş tapmaqda əziyyət çəkirlər, təhsil ala, peşə sahibi ola bilmirlər və mütəmadi olaraq fiziki zorakılığa məruz qalırlar. Bir çox transgender qadınlar çalışırlar ki, ictimai nəqliyyatdan çox istifadə etməsinlər və növbəti dəfə zorakılıq hədəfinə çevrilməsinlər.
Ailələri onların çoxundan imtina edib və onların öz evləri yoxdur.
Buna görə transgenderlərin böyük hiissəsi seks-xidmətlə məşğul olurlar ki, kirayə haqqını ödəyə bilsinlər.
Pandemiya dövründə qapalı şəraitdə qalmaq onlar üçün digərlərinə nisbəədən daha çətin idi.
“Mən ödəyə bilməyəndə ev sahibi mənzili boşaltmağımı tələb etdi. Küçədə qaldım, heç kimə və heç nəyə ümidim yox idi”, – gözəllik salonunda işləyən Anna danışır. Pandemiyaya görə onun salonu dörd aya yaxın bağlı qalıb.
Yardım və həmrəylik
Bu gün artıq karantin geridə qaldığı zaman transgenderlər deyirlər ki, onların icmasını aclıqdan vətəndaş cəmiyyəti fəalları xilas edib.
Onlar transgenderlər üçün pul və digər yardım toplamaq üçün sosial şəbəkələrdə qruplar yaradıblar.
Belə qruplardan birini Facebook-da Nata Peradze – “Tbilisinin partizan-bağbanları” hərəkatının fəalları və könüllüləri açıb. O, qrupda 27 transgenderi toplayıb və onlar üçün pul, ərzaq və digər ilk ehtiyac əşlayarı toplaşağa başlayıb.
“Bəziləri eləcə bir lari köçürmüşdü [30 sentə yaxın]. Amma ən əsası həmrəylik vardı”, – o deyib.
Peradzenin sözlərinə görə, transgenderlər pamdemiya zamanı karantin qaydalarını pozmayıblar və evdə qalıblar.
“Qızlar ən başından özlərini məsuliyyətli aparıblar və tamamən vəsaitsiz qalıblar”, – Nata Peradze deyir.
Digər fəal Nata Talikişvili öz növbəsində qrupda köməyə ehtiyacı olan 73 transgenderi toplayıb.
“Karantin zamanı bizim həddən artıq çox işimiz vardı. Bir tərəfdən zorakılıq artıb, amma əsas problem bu deyildi: insanı döyməyə də bilərlər, o, sadəcə acından ölə bilər”.
Tezliklə qeyri-hökumət təşkilatları və dini konfessiyaların nümayəndələri də prosesə qoşulub.
Məsələn, Gürcüstanın Yevangelist-Baptist Kilsəsi transgenderlərə ərzaq göndərib və onlara müvəqqəti yaşayış yeri təklif edib.
Amma hamı üçün ən gözlənilməzi pravoslav kilsəsindən bir keşişin yardımı olub. Gürcüstan kilsəsi LGBT nümayəndələrinə xüsusilə qeyri-tolerant yanaşan çox mühafizəkar institutdur.
Nata Peradzenin sözlərinə görə, onunla pravoslav monaxı əlaqə saxlayıb, adının gizli saxlnmasını istəyib və transgenderlər üçün ərzaq və ilk ehtiyac əşyaları gətirib.
“İndiyə qədər tüklərim ürpərir”, – transgender qadın Anna həmin keşişin yardımını xatırlayır. – “Təsəvvür edin ki, orada hətta siqaret və şokolad da vardı! Bu hadisə məni əmin etdi ki, bu dünyada yaşamağa dəyər və insanların dəyişəcəyinə ümid etmək olar. Bu bağlama mənim üçün yüz dənə digər bağlamadan daha dəyərli oldu”.
Dövlətə ümid yoxdur?
Facebook-da toplanan pul sayəsində transgenderlər bir aylıq kirayəni ödəyə biliblər, onlara ərzaq və gigiyena vasitələri alınıb.
Amma tezliklə fəalların resursları tükənib və dövlətin iştirakı mütləq olub.
Buna görə də vətəndaş cəmiyyəti fəalları baş nazirin insan haqları üzrə müşaviri Lela Akiaşvili ilə bir neçə onlayn-görüş keçiriblər.
Nata Peradzenin sözlərinə görə, baş nazirin müşaviri “məsələyə məsuliyyətlə yanaşıb”, amma hər hansı konkret yardım göstərə bilməyib:
“Deyəsən, bu, baş nazirin müşavirinin və transgenderlərin bir araya gəldiyi ilk onlayn-görüş idi. Amma yeganə nail ola bildiyimiz şey o oldu ki, hökumət bizi Qırmızı Xaçla əlaqələndirdi, oradan qızlar müxtəlif yardımlar aldılar. Başqa heç bir heç bir addım atılmadı. Ən sonunda transgender qadınlar pandemiyanın öhdəsindən gəldilər və dövlət onlara ümumiyyətlə yardım etmədi”.
Lela Akiaşvilinin özü isə deyir ki, haqlarında məlumatlar olmadığı üçün dövlət transgenderlərə sistem əsasında yardım edə bilməyib.
“Aydın səbəblərə görə onlar kimliklərini açıqlamaq və ya şəxsi məlumatlarını bölüşmək istəmirlər. Bütün bunlar sistemli dəstəyi kifayət qədər çətinləşdirib. Pandemiya zamanı bir daha aydın oldu ki, transgenderlər bu məsələdə nə qədər ehtiyatlıdırlar”.
Gürcüstanda transgenderlərin öz şəxsi məlumatlarını gozlətmələri üçün çox səbəbləri var, amma bu, ilk növbədə dövlətin onları adekvat müdafiə və təhlükəsizliklə təmin etməməsi ilə bağlıdır – QHT nümayəndələri hesab edir.
Gürcüstanda transgenderlərə qarşı fiziki zorakılıq çox yayılmış haldır.
Son illərdə üç transgender qadın faciəvi şəkildə həyatlarını itirib:
Sabi Beriani 2014-cü il noyabrın 10-da qətlə yetirilib. Hücum edən əvvəlcə ona bıçaqla doqquz zərbə endirib, sonra isə mənzilini yandırıb.
2016-cı il fevralın 4-də transgender qadın Byanka Şiqurova öz mənzilində ölü tapılıb. Ölüm səbəbi kimi qaz sızması göstərilib.
2016-cı il noyabrın 22-də başından və boğazından bıçaq yaraları alan transgender qadın Zizi Şekiladze 40 günlük komadan sonra vəfat edib.
Çox vaxt onlara qarşı polis də zor tətbiq edir. Məsələn, mayda transgender qadın Sesili Tsomaya bildirib ki, o, komendant saatı zamanı polis əməkdaşları tərəfindən amansızlıqla döyülüb. O, Facebook-da aldığı xəsarətlərin fotolarını paylaşıb.
Gürcüstanın xalq müdafiəçisi pandemiya zamanı transgenderlərin hüquqları sarıdan vəziyyətini mənfi dəyərləndirib.
Transgendərilərin dövlətdən aldığı dəstək effektiv olmayıb – ombudsmenin müavini Yekaterina Sxiladze bildirib.
“Bu insanlar dövlərin böhran əleyhinə sosial dəstək planından kənarda qalıb və onların aldığı yardım fraqmentar və birdəfəlik xarakter daşıyır, bu da həmin icmada olan problemləri həll etmir. Dövlət siyasəti bu insanları daha fəal dəstəkləməli və hüquqlarını müdafiə etməlidir”, – Sxiladze deyir.
Transgenderlər dövlət üçün praktiki olaraq mövcud deyillər – “Bərabərlik uğrunda Hərəkat” QHT-nin sosial işçisi İra Silantyeva deyir. Onların hüquqları heç bir yerdə qorunmur – nə tez-tez təhqir və zorakılıq qurbanı olduqları küçədə, nə dəvalideynləri onları küçəyə atarkən öz evlərində.
“Dövlət onlara hormonal terapiya xidməti, endokrinoloq və psixoloq xidməti, sığınacaq və ən əsası şəxsiyyət vəsiqəsində cinsiyyət qrafasındakı qeydi dəyişmək imkanı təklif etmir. Transgender qadınların seks-xidmətə cəlb olunmasının əsas səbəbi onların praktiki olaraq gündüz vaxtı insan arasına çıxmaq haqlarının olmamasıdır”, – Silantyeva deyir.
Onun sözlərinə görə, bir neçə əsas problem var ki, onların həlli transgenderlərin həyatını əhəmiyyətli dərəcədə asanlaşdıra bilər:
“Hər şeydən əvvəl bu, şəxsiyyət vəsiqəsində cinsiyyətlə bağlı qeydin dəyişmək haqqıdır. Onlar qadındır, amma pasportda kişi kimi qeyd olunublar. Buna görə onlar üçün i tapmaq çətindir”.
Həmçinin transgenderlərinn ailələrində zorakılıqdan qoruyacaq müvafiq qanunun hazırlanması vacibdir.
“Məsələn, əgər ailə transgenderi evdən çıxarırsa və o, küçədə qalmalı olursa, qanun onu müdafiə edə bilmir. Onu ailə zorakılığından əziyyət çəkən biri kimi bir aylıq sığınacağa yerləşdirə bilərlər, vəssalam. Heç bir resosializasiya siyasəti yoxdur”, – Silantyeva deyir.
Transgenderlərin öz ailələrindən qopması əsas problemlərdən biridir – Qadın Təşəbbüslərinin Dəstəklənməsi Qrupundan olan sosial işçi Keti Xutsişvili deyir. Bu qrup da uzun zamandır ki, icmanın problemləri üzərində çalışır.
Onun szölərinə görə, erkən yaşlarda ailələri tərəfinfən imtina edilən bu insanlar faktiki olaraq seks-xidmətlə məğul olmağa və ağır həyat şəraitinə məhkumdurlar:
“Əgər insan öz kimliyini erkən yaşda dərk edirsə, və ailəsi ondan imtina edirsə, o, avtomatik olaraq təhsil almaq imkanını itirir. Erkən yaşlarda təhsil imkanı itirildiyi zaman hər şey əlçatmaz olur”.
“Pandemiya onların nə qədər həssas olduqlarını göstərdi”
Qabriella və Madonnanın özlərini ictimaiyyətin gözü qarşısında yandırmaq cəhdi öz bəhrəsini veri. Qabriela dövlətdən yardım almayıb, amma “Vivamed” özəl klinikası onu tibb bacısı kimi işə götürüb. Onunla iki aylıq müqavilə bağlanıb.
“Mən razılaşdım və məmnunam. İşdə kollektiv çox yaxşıdır və mən hamı ilə dostluq edirəm. Mənə hər şeyi öyrədiblər: təzyiq ölçmək, iynə vurmaq. Biz birda hamımız bir-birimizə kömək edirik”.
Amma karantin bitəndən sonra transgender qadınların əksəriyyəti köhnə həyata geri qayıdıblar. Nata Peradzenin sözlərinə görə, pandemiya onların Gürcüstanda nə qədər həssas vəziyyətdə olduğunu göstərdi:
“İndiyə qədər biz hətta onların mövcudluğundan belə xəbərsiz idik. İndi bilirik ki, onlar mövcuddur və köməyə ehtiyacları var. İndi dövlətin effektiv addımlar atmasının zamanı yetişib. Birdəfəlik yardım, iş təminatı və hədiyyələrlə heç nəyi dəyişmək mümkün deyil. Qızlar seks-xidmətə qayıdıbar. Qruplarda isə özünümüdafiə üçün kimdə qaz balonunun və hücum halında canlı yayım qoşmaq üçün kimdə internetin olduğunu və sairə müzakirə edirlər”.
Gürcüstanın Daxili İşlər Nazirliyi transgenderlərə qarşı ayrı-ayrı zorakılıq hallarını və ya hücumları qeydə almır. 2019-cu ildə Gürcüstan prokurorluğu transgender qadınlara qarşı zorakılıq və təhdidə görə on iki nəfərə qarşı cinayət işi qaldırıb.
Amma həddən artıq çox sayda zorakılıq və təhdid hadisəsi prokurorluğa qədər gedib çıxmayıb. Həmçinin köməyə, sosiallaşmağa və öz seksual kimliyini ifadə etməyə ehtiyacı olan insanların səsi hələ də cəmiyyətə çatmır.
“Mediaşəbəkənin” dəstəyilə