Cenevrə danışıqlarının növbəti raundu pozulub. Tbilisi Rusiyanı, Rusiya pandemiyanı günahlandırır
Gürcüstan-Rusiya danışıqlar prosesinin 51-ci raundu oktyabrın 6-7-də Cenevrədə keçirilməli idi, amma görüş alınmayıb. Tbilisi bunda Moskvanı günahlandırır, çünki Rusiya nümayəndə heyəti bildirib ki, görüşdə iştirak edə bilməycək.
Gürcüstan XİN xüsusi bəyanatla çıxış edib və bu bəyanatda deyilir ki, Tbilisi görüşün təxirə salınmasından “narahatdır”, çünki Cenevrədə mühüm humanitar məsələlər müzakirə olunmalı idi.
Gürcüstanın Xarici İşlər Nazirliyi xüsusi bəyanatda danışıqların növbəti raundunun pozulmasından narahatlığını ifadə edib.
Oktyabrın 6-7-ə təyin olunmuş Cenevrə danışıqlarının 51-ci raundunun pozulmasının səbəbi bütün iştirakçıların müzakirələrdə iştirak edə bilməməsi ilə bağlı olub.
Bəyanatda deyilir ki, “Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və humanitar vəziyyət pisləşib”, buna görə də koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, “Cenevrə beynəlxalq danışıqlarının həmsədrlərinin qərarına əsaəsn, 51-ci raund 6-7 oktyabr üçün razılaşdırılmış və təyin edilmidi”.
Tbilisidə hesab edirlə ki, bu görüşün təxirə salınması işğal altında olan ərazilərdə yaşayan insanların gündəlik həyatına mənfi təsie göstərəcək:
“Bu cür addımlar sülp prosesini pozur və Gürcüstan hakimiyyətin və beynəlxalq ictimaiyyətin münaqişədən ziyan çəkən insanların probelmərinin həlli ilə bağlı səylərini pozur”, – bəyanatda deyilir.
Gürüstan XİN Cenevrə beynəlxalq danışıqlarının həmsədr təşkilatlarını – Avropa İttifaqı, MBT və ATƏT – Cenevrə formatında iş prosesinin bərpa olunması üçün konkret tədbirlər görməyə çağırıb.
Moskvanın cavabı
“Gürcüstanın Rusiya ilə danışıqlar prosesini pozmaqla bağlı ittihamı əsassız və siyasiləşmişdir”, – TASS Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın sitatını təqdim edib.
“Gürcüstan Xarici İşlər Nazirliyinin 6 oktyabr bəyanatı bizi təəccübləndirib. Biz hesab edirik ki, bizə qarşı ittiham əsassız və siyasiləşmişdir”, – Zaxarova deyib.
Onun sözlərinə görə, danışıqların növbəti raundunun 6-7 oktyabrda keçirilməsi qərarı yalnız Rusiya tərəfindən yox, həm də Abxaziya və Cənubi Osetiya nümayəndə heyətləri tərəfindən qəbul olunmuşdu, pandemiyanın yaratdığı ciddi məhdudiyyətləri və logistika problemləri nəzərə alaraq.
Cenevrə formatı nə deməkdir?
• 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan və Rusiya arasında birbaşa dialoq başa çatıb. 2008-ci il 12 avqust atəşkəs haqda sazişə müvafiq olaraq Cenevrə danışıqlar formatının yaradılması qərara alındı, burada Rusiya və Gürcüstan Suxumi və Sxinvali nümayəndələri ilə birlikdə, o cümlədən də beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə müxtəlif humanitar məsələləri müzakirə etməli idilər.
•Hazırkı “Gürcü arzusu” iqtidar partiyası hakimiyyətə gələndən sonra Gürcüstan-Rusiya danışıqlarının Abaşidze-Karasin formatı yaradıldı, Cenevrə Tbilisi və Moskvanın danışdığı yeganə məkandı.
•Cenevrədə danışıqlar ildə 4 raund olmaqla keçirilir.
• Cenevrə formatı münaqişəsinin siyasi aspektlərinə toxunmur. Yəni Abxaziyanın və Cənubi Osetiyanın statusu və digər siyasi məsələlər burada müzakirə olunmur.
• Cenevrə beynəlxalq danışıqları iki paralel işçi qrupda keçirilir:
• Birinci qrup təhlükəsizlik məsələlərini müzakirə edir (məsələn, Rusiya və Gürcüstan arasında güc tətbiq edilməməsi haqda razılaşmanın əldə edilməsi, Gürcüstanın işğal olunmuş ərazilərində beynəlxaq təhlükəsizlik mexanizminin yaradılması);
İkinci qrup məcburi köçkünlərin vəziyyətini və onların evlərinə qayıtmasın müzakirə edir. Bu qrup həmçinin işğal altında olan ərazilərdə yaşayan insanlarla bağlı mühüm humanitar məsələləri (Məsələn, doğma dildə təhsil, mədəni irsin qorunması, insanların işğal xəttindən azad hərəkət etməsi, işğal olunmuş ərazilərdə yaşayan insanların sağlamlığı, cinayət işləri, insan haqları və s.) nəzərdə keçirir.
• Gürcüstan və Rusiyadan başqa Cenevrə danışıqlarında ABŞ təmsilçiləri, ATƏT, Aİ və BMT tərəfdən həmsədrlər iştirak edir. Müzakirələrə həmçinin Sxinvali və Suxumi nümayəndələri də müzakirələrə cəlb olunub.