Pandemiya zamanı stres. Psixoterapevt şərhi
Koronavirus pandemiyası, karantin və uzun sürən təcrid – bütün bunlar bütün dünyada insanların psixikasına və psixi sağlamlığın ciddi təsir göstərib. Dəymiş ziyanın dərəcəsini mütəxəssislər hələ dəyərləndirməlidirlər.
JAMnews-a müsahibəsində Gürcüstandan olan psixoterapevt Yekaterina Darsaniya böhran dövrünün insanların psixoloji vəziyyətinə necə təsir etdiyi və stresin fəsadlarının öhdəsindən necə gəlmək olduğu haqda danışıb.
Ziyan haqda
Əsas zərbə artıq keçib, bu məhz pandemiya elan olunan zaman özünütəcrid dövrü idi, bəşəriyyət bilmirdi ki, söhbət nədən gedir.
Bu zərbə psixikanın ən fundamental əsasına – təhlükəsizlik hissinə toxundu.
Odur ki, yəqin zamanla bu, özünü göstərəcək, çünki belə travmalar çox vaxt daha sonra üzə çıxır.
• Ermənistanda koronavirusun yayılması – Gürcüstanın çıxardığı nəticələr
• Gürcüstan: Kaxetiya bazarında koronavirus haqda nə danışırlar. VİDEO
Pandemiyanın insan psixikasına vurduğu ziyan kifayət qədər dağıdıcıdır. Amma sağlaç funksional ailə mühitində olan insanlar üçün bu dövr bu və ya digər dərəcədə ağrısız keçib.
Eyni zamanda ailədə özlərini təhlükəsizlikdə hiss etməyən insanların psixikası daha çox zədələnib.
Təcrid bitəndən sonra hər şeyin geri dönə biləcəyini və münasibətlərin əvvəlik kimi olacağını hesab etmək doğru deyil. Əgər insanlara öz ailələrində rahat deyilsə, onlar təhlükəsizlik hissi almırlarsa, o zaman onlar bunu necə dəyişmək haqda düşünməlidirlər.
Çinin nümunəsində biz görürük ki, insanlar təcriddən çıxandan sonra çoxları boşanmaq istədi, bu da münasibətlərin sağlam olmadığından xəbər verir.
Xoşbəxtlikdən Gürcüstanda biz bunu belə kütləvi şəkildə hiss etmirik.
Sağlam və qeyri-ssağlam reaksiya
Əgər insan ailə üzvlərindən kiminsə risk qrupunda olduğu üçün evdən çıxmağa qorxursa, bu, tam sağlam reaksiyadır.
Əgər o, qorxularına rəğmən labüd sosial fəaliyyətiləri yerinə yetirirsə – mağazaya, klinikaya və ya işə getmək kimi – bu tam normaldır.
Yox, əgər insanlar özləri və ailələri üçün vacib fəliyyətləri yerinə yetirə bilmirlərsə, bu, artıq problemdir.
Əgər belə insan özü streslə mübarizə mexanizmi tapa bilmirsə, bu halda o, mütləq mütəxəssislə məsləhətləşməlidir.
İnformasiya, inkar və sui-qəsd nəzəriyyələri
Ümumdünya Səhiyyə Təşkilatı gün ərzində bir-iki dəfə pandemiya haqda informasiyalarla tanış olmağı tövsiyə edir, bu, informasiya tələbatının ödənməsi üçün yetərlidir.
Hədsiz məlumat axını, əksinə, vəziyyəti ağırlaşdırır. Psixika bunun öhdəsindən gələ bilmir, bu qədər çox informasiyanı həzm edə biilmir və stres dərinləşir.
İndiyə qədər virusa və ya onun həqiqətən təhlükəli olduğuna inanmayan, amma sui-qəsd nəzəriyyələrinə inanan insanlar var. Bu da təbiidir.
Bu da psixikanın müdadfiə mexanizmidir, amma qeyri-sağlam müdafiə mexanizmi. Bu inkar adlanır.
Yəni bu haqda insan stressoru (stresə yol açan amili) primitivləşdirir, adiləşdirir, çünki onun bununla mübarizə aparacaq mexanizmi yoxdur. O da özünü inandırır ki, əslində heç bir təhlükə yoxdur.
İnsanın bir müddət tərəddüd içində olması – mənim üçün də, bütün insanlar üçün də normaldır.
Amma əgər nəticədə müəyyən fikrə gəlirsənsə və nüfuzlu mütəxəssislərin tövsiyələrini dinləyirsənsə, bu artıq sağlam reaksiyadır.
Tədqiqatlar haqda
Dünyada pandemiyanın insanların psixikasına təsiri ilə bağlı çox tədqiqatlar aparılır. Gürcüstanda belə tədqiqat Psixiatriyada Qlobal Təşəbbüs tərəfindən aparılır.
Son nəticədə, çox güman ki, hər bir ölkənin öz tədqiqatı olacaq və ümumilikdə onlar ümumiləşdiriləcək və pandemiyanın insanların psixi sağlamlığına nə dərəcədə böyük ziyan vurduğu ilə bağlı aydın ümumi mənzərə formalaşacaq.
Yalnız o zaman bu stresin hansı formada narahatlıq və ya digər ağırlaşmalar doğurduğu ilə bağlı anlayış yaranacaq. Və o zaman ola bilər ki, bu fəsadlarla necə mübarizə aparılmasına dair konkret tövsiyələr müəyyən ediləcək.
Amma bunun üçün zaman lazımdır.
Uşaqlar və təhsil haqda
Mən hesab edirəm ki, ailə uşağın psixi sağlamlığına görə məsuliyyət daşıyır.
Çox vacibdir ki, ailə uşağa konstruktiv yanaşsın, ona anladığı dildə pandemiya haqda məlumat çatdırsın, duşağı iqqətini yayındırmaq, onu əyləndirmək və inkişaf etdirmək üçün nəsə etsin.
Təcrid zamanı uşaqlar çox daha əlverişli şəraitə düşüblər, o mənada ki, uşaqların çoxu valideynləri ilə kifayət qədər ünsiyyətdən məhrum idi.
Düşünürəm ki, valideynlər və bütün ailə üzvləri birlikdə olan və uşaqların da olduğu ailələr ən az ziyan çəkib. Ailə uşaqla sağlam münasibətlərdə olduğu zaman uşaq bütün təcrid müddətində daha az ziyan çəkir.
Onlayn təhsilə gəlincə, bu, uşaq üçün stresdir, çünki sinifdə digər uşaqlarla münasibətlər, dostlarla görüş uşaqları daha çox motivasiya edir.
Tədris prosesi bizə konkret fənn bilikləri verməkdən əlavə ünsiyyət qurmağı da öyrədir. Uşaqlara ən çox çatmayan şey bu idi.
Pandemiya çox aydın şəkildə insanın həyatında nələrin vacib olduğunu göstərir. Necə cəmiyyət, necə mikrososium məhz onun üçün dəyərlidir.
Pandemiya bizə dəyərlərimizi – əslində həyatda bizim üçün nələrin vacib olduğunu yenidən gözdən keçirmək imkanı verdi.