Gürcüstan, koronavirus: Covid-19 əşya yarmarkasında, Qardabani rayonunda xəstəlik partlayışı
Paylaşmaq
Paylaşmaq
Gürcüstanda yeni koronavirusa yolxma hallarının partlayışı yaşanır. Son günlər ərzində hər gün 15 və daha artıq yoluxma halı qeydə alınır, halbuki son aylar ərzində sutka ərzində yoluxanların sayı 3-5 nəfərdən çox olmurdu.
Qardabani rayonunun üç kəndi epidemiya episentri olub, amma epidemioloqlar orada yerli sakinlərin müqaviməti ilə qarşılaşıblar, onlar testdən keçməkdən imtina edirlər.
Tbilisi kənarında ən iri Lilo əşya bazarında da satıcılar arasında yoluxma halları qeydə alınıb.
Qardabani rayonunun üç kəndində karantin
Bir neçə gün ərzində Qardabaninin üç kəndində 37 nəfərin yoluxduğu təsdiqlənib.
İyulun 24-dən Qaracalar kəndinin bütün giriş və çıxışları tam bağlanıb, Qaratəkliyə və Axtaklia kəndlərində xüsusi rejim tətbiq edilib – girişlərdə polis postları qoyulub, kəndlərə bütün girənlər və çıxanlar termoskrininqdən keçirilir.
Kəndlərdə altı epidemioloq qrupu işləyir. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Tbilisidə mətbuat konfransında bildirib ki, yerli sakinlər böyük problemlər yaradırlar, çünki testdən keçməkdən imtina edirlər və bildirirlər ki, tam sağlamdırlar.
Ən iri əşya bazarında koronavirusa yoluxma
İyulun 24-də qeydə alınan 19 yeni yoluxma halının səkkizi həmişə qələbəlik olan Lilo bazarının satıcılarıdır.
Səhər saatlarından əşya yarmarkasının ərazisində bir neçə epidemioloq qrupu işləyir, işçilərin hamısı testdən keçirilir.
Ehtimal olunur ki, yarmarkaya da virus Qardabani rayonundan gəlib: buradakı ticarətçilərin bir neçəsi həmin rayonun sakinləridir.
Epidemiya başlayandan Gürcüstanda 1073 nəfər koronavirusa yoluxub. Onlardan 911 nəfər sağalıb, 16 nəfər ölüb.