“Çıxan kimi yoldaşımı çoxlu öpəcəm” – Gürcüstanda karantindən yeddi hekayə
Gürcüstanda koronavirus pandemiyasına görə ümumilikdə 70 karantin zonası yaradılıb, bu zonalarda beş mindən çox insan təcrid olunub. Bu zonalar əsasən pandemiya dövründə dövlətin istifadəsinə verilən özəl mehmanxanalardır.
Onların arasında adi zamanlarda sutkası 200 dollara başa gələn beş ulduzlu otellər də var.
Amma bu haqda danışmayacağıq. JAMnews karantin zonasının bir neçə sakini ilə danışıb, budur onların hekayələri.
Aprelin 9-u səhər saatlarına olan məlumata əsasən, Gürcüstanda 208 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 46 nəfəri sağalıb, üç nəfər ölüb. Martın 21-dən Gürcüstanda fövqəladə vəziyyət və martın 31-dən isə bütün ölkə ərazisində komendant saatı elan olunub.
Dea Suluaşvili, 21 yaş, tələbə
Dördüncü ildir ki, Madriddə oxuyuram. Tanışlar evə getməyə hazırlaşdılar, onların əhvalı mənə də təsir etdi.
Bilsəydim ki, evdə valideynlərimlə olmaq əvəzinə karantinə düşəcəm! Aeroportdan Tower mehmanxanasına apardılar.
Ən ağırı yeməklə bağlıdır, çünki mən vegetarianam. Beş gündən sonra özünütəcrid rejiminə keçməyə icazə verdilər, amma yalnız bundan sonra ayrıca mənzilimin olduğuna əmin olandan sonra.
Maka Maqlakelidze, 39 yaş, təhsil sistemində mütəxəssis
Uzun müddət Berlində yaşamışam. Bezdim, qayıtmaq qərarına gəldim.
Təyyarəni Batumidə endirdilər. Bizdə hər şey intizamı ilə məşhur olan Almaniyadan daha yaxşı təşkil olunub. Avtobuslara otuzdurdular və karantinə apardılar.
Gözəl dəniz mənzərəli otaqda yaşayıram. Mağazadan hər şey sifariş edə bilirəm. Alkoqoldan başqa. Çox təəssüf, şərab yerinə düşərdi.
Filmlərə baxıram, kitab oxuyuram, yoqa ilə məşğul oluram. Doqquz gün də dayanmaq lazımdı. Həbsxanada insanların nə hiss etdiklərini anladım.
Zura Mamaqulaşvili, 28 yaş, rejissor
Martın 5-də Reyunyon adasına mədəniyyətlərin müxtəlifliyi haqda konfransa yollandım. Sonra da pandemiya. Geri qayıtmaq üçün iki dəfə aviabiletimi dəyişdim.
Bura çatanda temperaturumu ölçdülər. Məndə yüksək idi.
Gecəni elə aeroportdaca çadırda keçirdim. Səhər Qorindəki hospitala, sonra Sairmeyə – Best Western Sairme Resorts otelinə göndərdilər.
Atam narahat olur. Qeyri-müəyyənlik üzündən özümün də ağlıma hər şey gəlir: gat özümü süni nəfəs aparatına qoşulmuş təsəvvür edirəm, gah da öldüyümü.
Sanki hansısa filmə düşmüşəm. Bitsəydi yaxşı olardı.
Ləzzətli yemək üçün darıxmışam, burdakı kimi paketlərdəki yeməyi istəmirəm artıq.
Bekarçılıqdan personala fikir verdim və belə nəticəyə gəldim ki, yeməklərin paylanmasında iki nəfər işləyir – biri paketlərin ağzına mürəkkəb düyün vurur, o biri sadə bağlayır.
Mehmanxananın girişində mühafizəçilər növbə çəkir. Az əvvəl onlar bizi əyləndirirdilər – əla oxuyurdular. Sağ olsunlar!
Ruso Kvantaliani, 32 yaş, magistratura tələbəsi
Təhsil aldığım İsveçrədə xəstəxanalara yaşlı insanları qəbul edirdilər. Gəncləri isə hakimiyyət özünütəcrid rejiminə əmək etməyə çağırırdı. Belə qərara gəldim ki, vətənə qayıtmaq ən yaxşısıdır.
Doqquzuncu gündür Kaxetidə Lopota gölündəki mehmanxanada karantindəyəm. Onlayn leksiyalar olmayanda eyvandan ətrafı seyr edirəm.
İtim üçün çox darıxıram. Amma həkimlərin tövsiyələrinə əməl etmək lazımdır. Yalnız bununla epidemiyanın öhdəsindən gələ bilərik.
Dea Kaldani, 33 yaş, gözəllik salonunun meneceri
Yunanıstana, 12 ildir orada qocalar evində işləyən anamın yanına getmişdim. Pandemiya elan olunanda anamı işə qapatdılar.
Kafe və maqazinlər bağlanmağa başladı. Xüsusi icazə vərəqəsi olmadan küçəyə çıxmaq mümkün deyildi. Orada qalmağğın bir mənası yox idi, amma qayıtmaq da asan olmadı.
Yunanıstanda vəziyyət ağır deyildi və xüsusi reyslər ilk növbədə “qırmızı qurşaq” ölkələrinə təşkil olunurdu. Yalnız bir həftə sonra ordan çıxa bildim.
Uçus – dəhşət: basabas aeroport, dağ kimi topalanmış yüklər, ağlaşan uşaqlar, ayaq üstə belə uçmağa hazır olan çarəsiz insanlar.
Tbilisiyə enişi xilasım kimi qəbul elədim. 37 dərəcə qızdırma ilə yerləşdirildiyim “Kachreti Ambassador” oteli isə mənə cənnət kimi göründü.
Tina Şubladze, 38 yaş, Britaniyanın GSK farmakoloji şirkətinin meneceri
Yoxlama, dezinfeksiya, instruksiya və budur, üçüncü gündür ki, Tbilisinin Şeraton mehmanxanasındayam.
Londonda ola bilərdim, amma orada vəziyyət pisləşirdi, yaxşı sığortaya rəğmən xəstələrə də elə münasibət göstərilirdi ki, mən Tbilisiyə qayıtmaq, burada qalan uşaqlarıma və ərimə yaxın olmaq qərarına gəldim.
Distansion rejimdə işləyirəm, çatda ünsiyyət saxlayıram, kitab oxuyuram. Ümid edirəm ki, tez bir zamanda evə, ailəmin yanına gedə biləcəm.
Uilyam Rid, 59 yaş, gəmi kapitanı
Mən Şotlandiyadanam. Həyat yoldaşım gürcüdür. Çox vaxt dənizdə oluram. Şotlandiyada sahilə çıxmışdım ki, yoldaşım Tbilisidə vəziyyətin pisləşdiyini bildirdi..
Geriyə hazırlaşdım və… Lopota gölündə beş ulduzlu otelə gəlub çıxdım!
Mən gürcü mətbəxi ilə yaxşı tanışam. əmin edə bilərəm ki, karantində əla yedizdirirlər.
Gürcü dilini yaxşı bilmirəm. Düzəltməyi düşünürəm. Amma məni görən kimi: Good morning, sir! – yəqin mənə daha rahat olsun deyə.
Bloq aparıram – Gürcüstanı təsvir edirəm. Özümlə qolf avadanlıqları götürmüşəm, otağımda məşq edirəm.
O lətifədə olduğu kimi: kişiyə beş il iş veriblər, o da özüylə qolf ağacı götürür, azadlığa çıxanda isə çempion olur.
Mən də karantindən çıxanda oynamağa gedəcəm, amma hər şeydən əvvəl yoldaşımı öpəcəm!