Gürcüstana gələn zaman karantin, ya da özünütəcrid – haqlarını necə qorumalı?
Koronavirus pandemiyası başlayandan Gürcüstan sərhədlərini bağlayıb. O vaxtdan bəri xaricdən qayıdan ölkə vətəndaşları 14 günlük karantindən keçmək məcburiyyətindədir. Onların praktiki olaraq hamısı dövlət hesabına ölkənin müxtəlif regionlarında mehmanxanalarda yerləşdirilir, üstəlik özlərinin qalacaqları yeri seçmək imkanları olmadan.
Bu prosedurdan artıq 20 minə yaxın insan keçib.
Amma bu insanlardan çox az hissəsi bilirdi ki, əksər hallarda onların özünütəcrid hüquqları vardı və nəticədə hələlik az adam bu hüquqdan yararlana bilib.
Onlayn məhkəmə
Hüquqşünas və hüquq müdafiəçisi Anna Arqanaşvili əri və 11 yaşlı oğlu ilə ABŞ-dan qayıdandan sonra məhkəməyə müraciət edərək karantinin özünütəcrid rejimi ilə əvəzlənməsinə nail olan ilk adamdır. Dahz sonra isə digər uşaqlı ailələrə də eyni addımı atmağa kömək edib.
Anna Arqanaşvili JAMnews-a müsahibəsində danışıb ki, qayıtmaq ərəfəsində o, qanunu diqqətlə incələyib və öyrənib ki, karantinin alternativi var – evində keçə biləcəyin özünütəcrid.
• “İnsanların dəyişəcəyinə ümid yaranıb”. Gürcüstanda transgenderlərlə həmrəylik
• Pandemiya zamanı stres. Psixoterapevt rəyi
Qanunda bunu edə biləcək vətəndaşlarınkateqoriyaları sadalanıb. Bunlar diplomatlar, xüsusi ehtiyacları olan insanlar, o cümlədən də azyaşlı uşaqlardır. Bundan başqa, orada göstərilib ki, özünütəcridə keçmək üçün digər səbəblər də ola bilər.
“Səfərə çıxana qədər biz özünütəcrüd üçün sorğu göndərdik, amma bura gələnə qədər bizə heç kim cavab vermədi… Biz artıq bura çatanda gördüm ki, proses kifayət qədər qeyri-mütəşəkkildir. Bir neçə saat növbədə durmalı olduq, heç kim kimin haradan gəldiyinə, orada qocaların, uşaqların olduğuna baxmırdı… Bizə dedilər ki, bizim soyadlarımız xüsusi siyahıda yoxdur və onlar bizim sorğumuz haqda heç nə bilmirlər”, – Anna danışıb.
Nəticədə ailəni digər ölkəyə qayıdanlarla birlikdə mehmanxanaya aparıblar.
“Mehmanxanada mən dərhal anladım ki, böyüklər üçün məqbul olan yer uşaqlar üçün məqbul deyil. Uşağa hərəkət etmək lazımdır, o, bütün günü çarpayıda uzana və ya stulda 90 dərəcəlik bucaq altında otura bilməz, ona gəzmək lazımdı, öz əşyalarına, xüsusi yeməyə, xüsusi gigiyenaya ehtiyacı var”.
Nəticədə Anna məhkəməyə müraciət etmək qərarına gəlib.
“Karantin yalnız tibbi tədbir deyil, insan haqları nöqteyi-nəzərindən bu, azadlığın məhdudlaşdırılmasıdır, təxminən həbsxana və ya polis tərəfindən saxlanılma kimi.
Azadlığımıza konstitusiyamız, beynəlxalq hüquq zəmanət verir və müəyyən maddi və prosedur qarantları ilə müşayiət olunmalıdır. Yəni bütün hallarda mənim azadlığım məhdudlaşdırıldığı zaman bu qərar əsaslı, qanuni və adekvat olmalıdır, yəni lazım olan həddi aşmamalıdır”.
O, iddianı artıq karantində olduğu zamna onlayn qaldırıb, məhkəmə iclasında videokonfrans rejimində iştirak edib. Nəticədə ailə 14 gün əvəzinə 11 gün karantində keçirəndən sonra mehmanxanadan evə buraxılıb.
Anna hesab edir ki, onun nümunəsində ailəsinin nəticədə neçə gün udduğu önəmli deyil, önəmli olan odur ki, presedent yarandı və bundan digər ailələr yararlana bildir, həm də artıq məhkəməyə müraciət etmədən:
“Bu qərardan sonra ikinci gün mən uşaqların özünütəcridə keçirdikləri halları haqda eşitdim. Sonradan bizim təşkilata müraciət edənlər də özünütəcridə keçiriliblər”.
Özünütəcrid karantindən nə ilə fərqlənir?
Anna Arqanaşvili izah edir ki, özünütəcrid hüququndandiplomatlardan, uşaqlı ailələrdən və xüsusi ehtiyacı olan insanlardan başqa bunun vacib olduğunu əsaslandıra bilən hər kəs istifadə edə bilər. Tibbi göstəricilər, mental problemlər və ya hər hansı başqa səbəblə əlaqədar olaraq.
Özünütəcrid öz evində, amma faktiki olaraq oteldə karantin zamanı tətbiq olunan eyni hərəkət, insanlarla təmas məhdudiyyətləri çərçivəsində yaşamağı nəzərdə tutur.
Xüsusi xidmət orqanları hələ ailə ölkəyə gələnə qədər onların evinin özünütəcrid rejiminə uyğun olub-olmadığını yoxlayır. Evlərində qaldıqları zaman isə demək olar ki, hər gün, bəzən isə gündə bir neçə dəfə yoxlama üçün evə gəlirlər.
Özünütəcrid rejiminə riayət olunmasına görə vətəndaşın özü cavabdehdir və qaydaların pozulması cərimə ilə cəzalandırılır.
Karantin kurort deyil
“Belə təəssürat var ki, karantini yaxşı oteldə keçirmək xoşdur. Amma hətta yaxşı otelin otağında da siz tamam təksiz. Sizin otağa heç kim girmir. Siz qapını aça bilmirsiz, çölə boylana bilmirsiz – həyəcan siqnalı qoşulur. Düşünürəm ki, bütün bunların psixoloji sağlamlığa təsiri o qədər ciddidir ki, (karantindəki insanlar üçün) mütəxəssislərin mütəmadi ziyarətinə ehtiyac var, hansı ki, sizin özünüzü necə hiss etdiyinizi soruşmalıdır. Amma təəssüf ki, bu baş vermir”, – Anna deyir.
Onun sözlərinə görə, karantində uşaqlara da pediatr xidməti göstərilmir, halbuki, bu çox vacibdir. “Karantin özünütəcriddən bununla fərqlənir. Mənzilinizdə tamam başqa vəziyyətdir və tam başqa şərtlərdir”.
“Dövlət tərəfdinin əsas arqumenti odur ki, kifayət qədər bahalı karantin tədbirlərinin xərci ödənir və vətəndaşlar heç nəyə görə pul ödəmir. Amma vətəndaş kimi bizin arqumentimiz odur ki, dövlət ödədiyi zaman keyfiyyətə nəzarət etməlidir. Yəni belə olmamalıdır ki, dövlət özəl otelə pul ödəyir, o da istədiyini edir. Bu özəl otel hazırda mənim üçün dövlətə məxsusdur, yəni məni bu vəziyyətə qoyan dövlətdir”.
Hüquq müdafiəçisinin sözlərinə görə hazırda vətəndaşları karantinə qəbul edən otellərdəki şəraitin uyğunlaşlmalı olduğu vahid standartlar yoxdur. O, qaldıqları otaqda pis işləyən kondisionerə görə özü otel rəhbərliyi ilə uzun-uzadı mübahisə etməli olub.
Anna Arqanaşvili vətəndaşlara karantin şəraiti ilə narazı olduqları zaman ilk növbədə otel administrasiyasına müraciət etməyi, əgər bu müraciətlərin bir xeyri olmazsa, Fövqəladə Vəziyyətlərin Koordinasiyası Mərkəzinə üz tutmağı məsləhət görür.