Gürcüstan hakimiyyəti repressiya yolunu seçib? Müxalifətçi liderin həbsi nə deməkdir? Analiz və dəyərləndirmə
Keçmiş Tbilisi meri və müxalif “Avropa Gürcüstanı” partiyasının lideri Qiqi Uqulava yenə həbsxanadadır.
Fevralın 10-da Gürcüstanın Ali Məhkəməsi Uqulavanı paytaxt meri postunda olduğu dövrə aid iş üzrə üç il iki ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib. İttihamnamədə bildirilir ki, Uqulava 48 milyon laridən [17 milyon dollara yaxın] çox vəsaiti mənimsəyib və bu məbləği keçmiş iqtidar partiyasının – “Vahid Milli Hərəkat”ın (partiya lideri üçüncü prezident Mixail Saakaşvilidir) ehtiyaclarına xərcləyib.
Qiqi Uqulava Saakaşvilinin prezidentliyi dövründə, 2005-ci ildən 2013-cü ilə qədər Tbilisi meri olub. “Gürcü arzusu” partiyasının hökuməti 2012-ci ildə hakimiyyətə gələn kimi ona qarşı cinayət təqibinə başlayıb.
Uqulava bir dəfə eyni ittihamla artıq həbs cəzası çəkib. İlk dəfə o, 2014-cü ilin iyulunda həbs edilib və 2017-ci ilin yanvarında azadlığa çıxıb.
Siyasətçilər və ekspertlər Uqulavanı “siyasi məhbus” adlandırır və vacib parlament seçkilərinə doqquz ay qalmış əsas müxalifətçilərdən birinin həbsini şəxsən oliqarx, iqtidar partiyasının lideri və ölkəni qeyri formal idarə edən Bidzina İvanişvilinin həyata keçirdiyi repressiyalarla əlaqələndirirlər.
Müxalifət hakimiyyətlə danışıqları dayandırıb
Ali Məhkəmə Uqulavanın işi üzrə qərarı qapalı iclasda elan edib. Nə Uqulava, nə də onun vəkili bu iclasda iştirak etməyib.
Onlar məhkəmənin qərarını artıq bir neçə aydır ki, proporsional seçki sistemi ətrafında birləşən Gürcüstan müxalifətinin ümumi qərargahına çevrilən Leyboristlər Partiyasının ofisində gözləyiblər. Burada eynii asa arxasında qərbyönlü və rusiyayönlü qüvvələrin, kəskin sol və ultra-sağ partiyaların liderləri toplanır.
Gürcüstan müxalifəti noyabrda hökumət növbəti parlament seçkilərinin tam proporsional sistemlə keçiriləcəyinə dair vədinə əməl etməyəndən sonra birləşib.
Hazırkı model hakimiyyətə sərf edir, çünkiinzibati resursları manipulyasiya etmək üçün daha çox imkanlar verir.
•Gürcüstan – 2019: ilin 11 əsas hadisəsi
•Amerikalı konqresmenlər Gürcüstanın baş nazirinə məktub yazıblar: Gürcüstanın əsas səkkiz problemi
Müxalifət partiyalar gələcək seçkilərdə bu gün əlində puldan başqa mütləq və sərhədsiz hakimiyyəti də öz əlində birləşdirən Gürcüstanın ən nüfuzlu adamı üzərində necə qələbə qazana biləcəklərini müzakirə edirlər.
Bu gün Bidzina İvanişvili rəsmən sadəcə partiya vəzifəsi tutur – “Gürcü arzusu” iqtidar partiyasının sədridir. Amma məhz o, – baş nazir yox – ölkəni idarə edir.
Qiqi Uqulavanın həbsinə qədər müxalifət liderləri hakimiyyət nümayəndələri ilə gələcək seçki sistemi ilə bağlı danışıqlar aparırdı. Danışıqlar çoxsaylı etirazlarla müşayiət olunurdu və hakimiyyət də dəfələrlə bu aksiyalara güc tətbiq edib.
Müxalifət liderlərinə və vətəndaş cəmiyyəti fəallarına qarşı təqib və şübhəli hücumlar başlayıb (məsələn, Uqulavaya və onun partiyadaşı Qoka Qabaşviliyə Tbilisi aeroportunda hücum ediblər).
Hökumət güzəştə getməsə də, danışıqlar nəticə verməsə də, bu prosesi Qərb tərəfdaşları və Gürcüstanda akkreditasiya olunmuş diplomatlar da dəstəkləyib.
Amma Uqulavanın həbsi hakimiyyətlə dialoqun mümkün olduğu yeganə formatı faktiki olaraq məhv etdi. Müxalifət bəyan edir ki, bu məqamdan etibarən hökumətlə danışıqları dayandırır:
“Bizim, burada toplaşan müxalifətin İvanişvilinin qanlı rejimi ilə hər hansı danışıqları, raundları və konsultasiyaları dayandırmaqdan başqa heç bir seçimimiz yoxdur …Danışıqları davam etdirmək dikrtatoru yeni cinaətə doğru itələmək deməkdir. İtaətsizliyə keçirik”, – Leyboristlər Partiyasının lideri Şalva Natelaşvili bildirib.
Öz növbəsində hakimiyyət nümayəndələri Uqulavanın cinayət törətdiyini deyir və bildirirlər ki, onun seçki ilində, yoxsa başqa bir vaxt həbs olunmağının fərqi yoxdur.
Hökumətyönlü “İmedi” telekanalına noyabrın 28-də, parlament seçki islahatlarına qarşı səs verəndən sonra verdiyi geniş müsahibədə İvanişvili müxalifət və vətəndaş cəmiyyəti fəallarını ağır günlərin gözlədiyinə açıq şəkildə eyham vurub.
“Bu, faciəvi vəziyyətdir. Mənim xoşuma gəlmir ki, onlar başlarını divara döyürlər, onların şansı yoxdur. Gecələri yatmırlar, bir-birlərini aldadırlar ki, “sabah olmasa da, birigün gələcəyik”. Onların şansı yoxdur. Bu zaman onlar va-bank gedirlər. Böyük həcmdə enerji sərf edirlər. Bəziləri iki günlük gedir [həbsxanaya], bəziləri bir həftəlik. Bəziləri yüngül xəsarət alır, bəziləri daha betər. Bəziləri uzun illər yatıb [həbsxanada], çoxları yatmalı olacaq, amma onlar özlərini qurban verirlər”, – İvanişvili deyib.
O zaman müxalifət onun bu bəyanatını təhdid kimi qəbul etmişdi.
Həm də təkcə müxalifət yox. Senatorlar Ceyms Rişa və Cin Şahin Gürcüstan hökumətinə ünvanladıqları tənqidi məktubda İvanişvilinin bu bəyanatını xatırladıblar. AŞPA-da çıxışı zamanı Gürcüstan prezidenti Salome Zurabişvilidən də İvanişvilinin bəyanatı ilə bağlı izahat tələb olunub.
Gürcüstanda müxalifətçilırin və fəalların təqibi kəskin artıb
Bu gün Gürcüstanda demək olar ki, bütün müxalifət liderlərinə qarşı cinayət işləri qaldırılıb. Həmçinin müxtəlif səbəblərdən vaxtilə xitam verilən bir çox köhnə işlər də yenidən qaldırılıb.
•Saakaşvili hökumətinin Təhlükəsizlik Şurasının keçmiş sədri, hazırda müxalifət liderlərindən biri olan Qiqi Bokeriyaya qarşı cinayət işi yenidən açılıb.
•Müxalif “Milli Hərəkat” Partiyasının liderlərindən biri (Saakaşvilinin prezidentliyi dövründə keçmiş iqtidar partiyası) Nika Meliya məhkəmə qərarı ilə elektron bilərzik taxmağa məhkum edilib və ölkəni tərk edə, yaxud aksiyalarda iştirak edə bilməz.
•Eyni partiyanın digər lideri, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliona qarşı irəli sürülmüş ittihamlar səbəbilə ölkəyə gələ bilmir. Əgər o, vətənə qayıtsa, böyük ehtimalla aeroportdaca həbs olunacaq.
•“Lelo” yeni siyasi hərəkatın baniləri, Gürcüstanın ən iri banklarından biri olan “TBC-Bank”ın keçmiş menecerləri və təsisçiləri Mamuka Xazaradze və Badri Caparidzeyə qarşı cinayət işi qaldırılıb. İş 12 il əvvələ aid çirkli pulların yuyulması ilə əlaqədar olduğu iddia olunan bank əməliyyatı ilə bağlıdır.
•İki müstəqil “Mtavari” və “Pirveli” telekanallarının sahibləri və direktorlarına qarşı da cinayət işləri qaldırılıb.
•Başqa bir yeni müxalif “Formula” telekanalının direktoru 2019-cu ilin oktyabrında prokurorluğa çağırılıb, orada onu digər telekanalda – “Rustavi-2”-də baş verən pozuntularla bağlı doqquz saat dindiriblər.
Bütün bunlar nə deməkdir? Şərhlər
“İvanişvili tamamən repressiya yolunu tutub. O, məqsədyönlü şəkildə gərginlik yaradır və qütbləşməni dərinləşdirir. Bu yol körpülərin yandırılması və özünütəcrid deməkdir… Gürcüstan bu cür ləyaqətsiz idarəçilərə dözməyib və dözməyəcək də”, – müxalifət liderlərindən biri, Respublika Partiyasının lideri David Berdzenişvili Qiqi Uqulavanın həbsindən sonra Facebook səhifəəsində yazıb.
Bundan əvvəl Gürcüstan hölkumətinə ünvünlanan kəskin tənqidi məktubun müəlliflərindən biri olan ABŞ konqresmeni Adam Kinsinger Twitter hesabında bəyanat dərc edib. O, mməhkəmə hakimiyyətindən müxalifətə qarşı istifadə olunmasını birbaşa tənqid edib.
“Avropa Gürcüstanı Partiyasının lideri Qiqi Uqulava bu gün həəbs olunub. Bunun bizi sadəcə narahat etdiyini bildirmək çox yumşaq səslənərdi. Məhkəmələri silah kimi istifadə etmək – demokratiya DEYİL”, – konqresmen yazıb.
Müxalifət və bir çox ekspertlər hesab edirlər ki, Gürcüstan hakimiyyəti tərəfindən atılan təxribatçı və radikal addımlar ölkənni Qərbin dəstəyindən məhrum edəcək və onu Rusiyanın orbitinə qaytaracaq.
“Biz heç nəyi, o cümlədən də həbslərin və saxlanılmaların davam etməsi kimi bu cür şüursuz addımların davam edəcəyini istisna etmirik. Qiqi Uqulavanın ətrafındakı hadisələr tamamilə aydın göstərrir ki, bu, siyasi motivli qərardır”, – “Yaradılış Uğrunda Hərəkat” Partiyasının lideri David Usupaşvili deyib.
Müxalifət Uqulavanın Gürcüstana yeni təyin olunan ABŞ səfiri Kelli Deqnanın öz iqamətgahında müxalifət liderləri ilə görüşdüyü gün həbs olunmasına diqqət çəkib. Bu, parlament sədri Arçil Talakvadzenin Vaşinqtona səfərindən iki gün sonra baş verib. Orada parlament sədrinə müxalifətlə danışıqlar aparmaq tövsiyə olunub və ondan müvafiq vəd alınıb.
“Bu, beynəlxalq ictimaiyyətə şillədir. İvanişvili onun marionetləri ilə Vaşinqtonda danışan hər kəsi biabır edib. Belə bir şeyi heç kimə bağışlamırlar, İvanişvili sərt şəkildə cəzalanacaq”müxalif “Milli Hərəkat” Partiyasının deputatı Roman Qotsiridze bildirib.
Siyasətçilər Qərb ölkələrinin milyarder İvanişviliyə qarşı sanksiya tətbiq edəcəyini istisna etmirlər.
“Məsələn, qaçan və sanksiya siyahısına (ABŞ-ın) düşən oliqarx Plaxotnyuk. Eyyni hal Rumıniyada da baş verib. İstisna deyil ki, o (İvanişvili) da onların taleyini bölüşə bilər”, – “Avropa Gürcüstanı” Partiyasının liderlərrindən biri, deputat sergi Kapanadze belə hesab edir.
“İvanişvili Qərbə cavab verdi ki, onların fikrinə tüpürür. Düşünmürəm ki, qqərbli tərəfdaşlar indən belə də Gürcüstan hakimiyyətindən bu cür təhqiramiz münasibətə dözəcəklər”, – xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ekspert Ruxadze belə deyir.
Hətta gürcüstanlı oliqarxın keçmiş silahdaşı, Gürcüstanın keçmiş baş naziri Giorgi Kvirikaşvili də həbs olunmuş müxalifət liderini “siyasi məhbus”, hazırda davam edən prosesi isə “repressiya” və “seçilmiş demokratik yoldan imtina” adlandırıb.