Gürcüstan hakimiyyəti mitinq iştirakçılarının tələblərindən birini yerinə yetirib: 2020-ci il parlament seçkiləri proporsional sistemlə keçiriləcək
Hakim “Gürcü arzusu” 2020-ci il parlament seçkilərini proporsional sistemlə keçirməyə razılıq verib. “Gürcü arzusu”nun lideri Bidzina İvanişvili bu haqda partiya və parlament çoxluğunun siyasi şurasının partiyanın mərkəzi ofisində baş tutan iclasındandan sonra bildirib.
“Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyi genişmiqyaslı siyasi islahat təşəbüssü ilə çıxış edir: 2020-ci il parlament seçkiləri proporsional sistemlə sıfır seçki həddi ilə keçiriləcək”, – deyə Bidzina İvanişvili bildirib.
Onun sözlərinə, bu, 2024-cü il parlament seçkiləri üçün etmək planlaşdırılırdı, amma ictimai sifarişdən çıxış edərək, qərar dəyişdirilib. İvanişvilinini bildirdiyinə görə, yaxın günlərdə parlamentdə bu islahatın məsələləri üzrə siyasi məsləhətləşmələr başlayacaq.
İyunun 21-də mitinq iştirakçılarına qarşı həddən artıq çox güc tətbiq etməkdə günahkar olanların cəzalandırılmasını tələb edən etiraz aksiyası iştirakçılarının tələblərinə gəlincə, İvanişvili bildirib ki, “ictimai sifarişlə hesablaşmaq lazımdır və mən əminəm ki, ədalətli nəticəyə gələcəyik. ”
Müxalifətin birinci reaksiyası
“Avropa Gürcüstanı” partiyası hesab edir ki, 2020-ci il seçkilərin proporsional sisteminə keçid cəmiyyətin qələbəsidir. Partiya liderlərindən biri olan Elene Xoştariyanın sözlərinə görə, “Gürcü arzusu”nun qərarı o deməkdir ki, “heç bir ləyaqətin alçaldılması faktı izsiz olmayacaq və istənilən gələcək hakimiyyət bu cür ləyaqətsiz və qanunsuz addımlara görə məsuliyyət daşıyacaq”.
Eyni zamanda onun sözlərinə görə, “Gürcü arzusu” hələlik etiraz aksiyası iştirakçılarının ancaq bir tələbini yerinə yetirib və indi ən əsasını yerinə yetirməlidir – daxili işlər naziri Giorgi Qaxariyanı istefaya göndərməlidir.
Eyni tələblərlə “Milli hərəkat” da çıxış etməkdə davam edir.
“Bu, bizim əsas tələbimizdir, çünki Qaxariya ona ölkə daxilində vəziyyətə nəzarət üçün lazımdır. İkinci – Qaxariya Rusiya ilə birləşdirən halqadır. Qaxariya və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri tutduğu vəzifələrdən azad edilməsələr, hər şey dəyişikliksiz qalacaq”, – Salome Samadaşvili deyib.
Samadaşvilini sözlərinə görə, sıfr seçki hədli proporsional seçkilər haqqında qərar yaxşıca təhlil edilməlidir. “Bunun nəyə gətirib çıxara biləcəyi üzərində düşünmək lazımdır. Ölkədə oliqarxların asanlıqla öz maraqlarına tabe etdiyi çox sayda xırda siyasi oyunçu var. Bu cür məsəllər çoxdur”, – Samadaşvili deyib.