İki dronun Gürcüstan ərazisinə düşməsi faktı ilə bağlı araşdırma başlayıb
Paylaşmaq
Paylaşmaq
Oktyabrın 7-də Gürcüstanın Daxili İşlər Nazirliyi iki pilotsuz uçuş aparatının şərqi Gürcüstanda Azərbaycan sərhədinin yaxınlığında qəzaya uğradığını təsdiqləyib.
Dronların qalıqları Saqareco bələdiyyəsinin Udabno kəndində və Sanavardo bələdiyyəsinin Kvareli kəndində tapılıb. “Məlumat oktyabrın 7-də, təxminən saat 18:35-də və 18:45-də alınıb. DİN dərhal istintaq hərəkətlərinə başlayıb”, – məlumatda deyilir. DİN-də qeyd ediblər ki, hadisə zamanı heç kim ziyan çəkməyib.