Gürcüstan 19 kiloqram çətənə becərilməsini leqallaşdırmağı düşünür
Gürcüstanda yaxın zamanda 19 kiloqram çətənə becərmək cəzalandırılmayacaq. Konstitusiya Məhkəməsinə “Qirçi” siyasi hərəkatından müvafiq iddia daxil olub və onlar çətənənin becərilməsinə görə cinayət məsuliyyətinin ləğvini tələb edirlər.
İddia çətənə əkdiyinə görə azadlıqdan məhrumetmə cəzası gözləyən Aftandil Metreveli addından qaldırılıb. “Qirçi” bu cür cəzanı konstitusiyaya zidd və qeyri-insani hesab edir.
Öz iddiasında “Qirçi” vurğulayır ki, qanunvericiliyə görə marixuana istifadə etməyə icazə verilsə də, onu leqal yolla əldə etmək mümkün deyil. Müvafiq olaraq, insanlar öz konstitusion haqlarını (marixuana istifadəsini) qanunu pozmadan və hüquq pozuntusuna yol vermədən reallaşdıra bilmirlər.
•Gürcüstanda marixuana istifadə etmək olar? Qanun buna nə deyir?
•Müasir narko-siyasət: Portuqaliyanın baş naziri nə danışır?
Gürcüstan qanunvericiliyinə əsasən, “166 qrama qədər “marixuana” narkotik maddəsinin becərilməsi, yayılması azadlıqdan məhrumetmə cəzası nəzərdə tutmur”.
“Qirçi” öz iddiasında bu həcmi 19 min qrama qədər artırmağı tələb edir.
Hərçənd istənilən halda bu o demək deyil ki, 19 kiloqram çətənə becərən insan məsuliyyətdən tam azad olacaq. Əgər “Qirçi” hərəkatının iddiası təmin olunarsa, 19 kiloqram çətənə becərən şəxs azadlıqdan məhrum edilməyəcək, amma həbsdə saxlanılmadan “məhkum” statusu alacaq.