Gürcülər Avropaya vizasız gedəcək?
Gürcüstan əhalisi nə vaxtsa Avropaya vizasız hərəkət edə biləcək?- Bu sualın dəqiq cavabı, bir neçə ay sonra- daha dəqiq 15 dekabrda Avropa İttifaqının Gürcüstandakı müşahidəçilərinin hesabat missiyası nəşr olunduqdan sonra bilinəcək.
Buna qədər missiya Gürcüstanın viza rejiminin sadələşdirilməsi ilə bağlı verilən tövsiyələrə necə riayət etməsi məsələsini nəzərdən keçirəcək. Əgər nəticələr texniki cəhətdən müsbət olarsa, Avropanın bununla bağlı siyasi qərar verməsi lazım gələcək. Müsbət cavab əldə olunduğu təqdirdə 2016-cı ilin yanvar ayından Gürcüstan vətəndaşları Şengen razılaşmasının qüvvədə olduğu ölkələrə vizasız səyahət edə biləcəklər.
Rəsmi Tbilisi məsələnin müsbət həllini tapacağına inanır. “ Avropa İttifaqı tərəfindən vaza rejiminin liberallaşdırılması ilə bağlı siyasi qərar verilib, sadəcə texniki məsələlər qalıb. Gürcüstan maksimal olarq öz üzərinə düşən öhdəlikləri yerinə yetirib,- baş nazir Qaribaşvili bildirmişdir.
Avropa İttifaqının Gürcüstandakı səfiri Yanoş Qerman: “ Gürcüstan, demək olar ki, üzərinə düşən öhdəliklərin böyük əksəriyyətini yerinə yetirib, buna görə də yerdə qalan tələblərdən boyun qaçıracağını düşünmək yersizdir.
Dövlət kanalında artıq vizasız rejimdən necə istifadə etmək qaydaları ilə bağlı video-çarxlar göstərilir:
Lakin, skeptiklər hələ də bir sıra çətin məsələlərin mövcudluğunu bildirir. Bunlardan biri də miqrantlarla bağlı krizisdir. Onlar düşünür ki, miqrant dalğasının öhdəsindən çətinliklə gələn Avropa çətin ki, öz sərhədlərini daha bir ölkəyə açsın . Onlara görə digər bir səbəb Şenqen ölkələrində sığınacaq almaq istəyən Gürcüstan vətəndaşlarının çoxluğudur. Təkcə 2013-cü ildə Avropa İttifaqından sığınacaq istəyən gürcülərin sayı 9110 nəfər olub. Bu problemin qarşısını almaq üçün Gürcüstan höküməti insanların hər hansı xüsusiyyətinə görə təqib edilməsini qadağan edən diskriminasiya əleyhinə qanun qəbul etmişdir. Viza rejiminin liberallaşdırılması ilə bağlı tələbləri yerinə yetirmək məqsədi ilə Gürcüstan bir sıra qanunlarda dəyişiklik etmiş və onların icrasına başlamışdır. Bunlara şəxsi məlumatların qorunması, insan alverinə qarşı mübarizə və s. daxildir.
Viza sadələşdirilməsindən ümümvətəndaş pasportu olan istənilən Gürcüstan vətəndaşı istifadə edə bilər.
Gürcüstan konflikt bölgələrinin əhalisinə də bu imtiyazlardan istifadə etməyi məsləhət görür.
Vətəndaş bərabər hüququ və barışıq məsələri üzrə nazir Paata Zakeriaşvili bildirir ki, liberializasiya bizə daha çox Abxaziya və Osetiya məsələrinə görə lazım olacaq. Çünki viza sadələşdirilməsi onların böyük marağına səbəb ola bilər.
• Rəsmi informasiyaya görə, Gürcüstan vətəndaşlarına Avropaya viza almaq digər qonşu dövlətlərdəkindən – Azərbaycan, Ermənistan və Rusiyadan daha çətindir. 2013-cü ildə Aİ ölkələrinə səyahət etmək istəyən müraciətlərin 12 % -nə rədd cavabı gəlib. Rədd cavabları 2012-ci ildə 13.3 %, 2011-ci ildə isə 14% olmuşdur. Təhlükəsizlik və risk kimi məsələləri viza alışında 3% rədd cavabı alınması ilə nəticələnir. Keçən ilin məlumatlarına görə ən az rədd cavabı Rusiya və Belarusiya vətəndaşlarına olub. Rədd cavabı 1.2-0.9% təşkil edib.
rejimdən kimlər və hansı şəraitdə istifadə edə bilər:
• Gürcüstan vətəndaşları Şenqen zonası ölkələrində ( həmçinin, Şengen zonasına daxil olmağa hazırlaşan – Rumıniya, Bolqarıstan, Kipr və Xorvatiya kimi ölkələrdə) 90-180 gün ərazində vizasız qala və bir ölkədən digərinə səyahət edə bilər.
• 90 gündən daha çox qaldığı təqdirdə Gürcüstan vətəndaşı Şengen zonası ölkələrindən çıxarılacaq və Gürcüstana deportasiya ediləcək. Bu təqdirdə həmin vətəndaş 5 il müddətində vizasız gediş- gəliş imtiyazından məhrum olacaq.
• Vizasız səyahət etmək üçün Gürcüstan vətəndaşından pasport, gediş –dönüş bileti, öz maliyyə vəziyyətini təsdiq edən sənəd və rezerv edilmiş otellə bağlı məlumatlar tələb olunur. Gürcüstan vətəndaşı sözügedən sənədləri konsulluqda deyil, sərhəddə təqdim edir.
• Viza sadələşdirilməsinin iş və təhsillə bağlı uzun və qısa müddətli vizalara aidiyyatı yoxdur. Bu tip vizanın əldə edilməsi üçün konsulluğa müraciət etməlidirlər.