"Gürcü marşı" Tbilisidə Soros fonduna qarşı aksiya keçirib
Tbilisidə fevralın 22-də axşam “Gürcü marşı” ultra sağçı qruplaşma Soros Fondunun Gütcüstanda fəaliyyətinə qarşı etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Tbilisinin mərkəzində – Rustaveli metro stansiyasından “Açıq Cəmiyyət – Gürcüstan” fondunun ofisinə qədər yürüş ediblər.
Aksiyada təxminən 30-40 nəfər iştirak edib. Fondun ofisinin qarşısında onlar “Corc Sorosun müqəvvasını” yandırıb, fondun fəaliyyətinin dərhal dayandırılmasını tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, fondun fəaliyyəti “dövlət əleyhinə” xarakteri daşıyır və onun maliyyələşdirdiyi qeyri-hökumət təşkilatları “başqa ölkələrin marağına uyğun” işləyir.