Gürcü İŞİD döyüşçüsü - o kimdir?
Guriyanın Nasakirali kəndinin sakini Badri İremadzenin adı ictimaiyyətə noyabrın 23-də internetdə İŞİD sıralarında döyüşən dörd gürcü terrorçusunun video-müraciəti yayılandan sonra məlum oldu.
Onlardan biri də 32 yaşlı Badri İremadzeydi. ‘Gürcü xalqına müraciət’ – terrorçuların Acariya müsəlmanları və Gürcüstanda yaşayan xristianları təhdid etdiyi video çarx belə adlanır.
Badri İremadze
İremadzelər ailəsinin üzləri bildirir ki, sentyabrda o Gürcüstanı tərk edərək, işləmək üçün Türkiyəyə yollanır. Onun anası Meri İremadze oğlunun ona müsəlman ölkəsinə getməklə bağlı planlarını danışdığı həmin o yeganə günü xatırlayır.
Meri İremadze, Badri İremadzenin anası
Meri İremadze : ‘…mən ancaq on gün bundan əvvəl bildim…. onun həqiqətən də getdiyini. O dedi ki, güya Türkiyəyə işləmək üçün gedir, ona pul lazımdır.
JAMnews: O Türkiyəyə sentyabrda getdi?
M.İ. : Bəli. O dedi ki, orada çay yığacaq. Bir səhər məni çağırdı, mən çıxdım, gördüm ki, geyinib, paltarlarını çantaya yığıb. Ondan xəbər aldım ‘Sən edirsən? ‘, o da cavab verdi ‘Türkiyəyə işləməyə gedirım. Mən hətta sevindim də. Axı o ailəsini dolandırmaq üçün torpaq satmaq istəyirdi. Mən də onu fikrindən daşındırmağa çalışırdım, deyirdim ki, yoldaşın hamilədir, sənə bu torpaq lazım olmasa da, nəvə-nəticələrinə qalar.
JAMnews: o oradan sizinlə əlaqə saxlayırdı? Zəng edirdi?
M.İ: Bir qədər sonra o mənimlə əlaqə saxladı, dedi ki, hər şey yaxşıdır. Mən artıq onun sağ qaldığına ümid etmirdim. Onu üzü saqqallı görəndə düşündüm ki, onu həbs ediblər. O isə dedi ki, hər şey qaydasındadır, sərhədi keçərkən problemlə üzləşməyib. Mən ancaq sonra onların Suriyaya keçdiklərini bildim.
Jamnews : onun dini baxışlarındakı radikal dəyişiklikləri nə vaxt hiss etdiz?
M.İ: Biz bunu o evlənəndə hiss etdik. Biz bunu onun xanımından hiss etdik; o belə deyək də, bizim üsluba uyğun olmayan qız gətirdi, bizim dairəyə aid qızla üvlənmək istəmədi… Biz bunu anladıq, amma burda pis heç nə görmürdük… ancaq itaət görürdük… O döyüşçüyə oxşamırdı, onda elə bir şey hiss erməmişdik…
Jamnews: Bu, onun xanımının təsiriydi?
M.İ: Yox, o bunu öz istəyiylə etdi… Onun yoldaşı Tbilisidə biologiya fakültəsini bitirib, müəllim işləyirdi. O çox yaxşı, savadlı qızıydı.
Jamnews: onların boşanma səbəblərini bilirsiz?
M.İ: oğlum onu hər mənada sıxırdı, heç yerə, misal üçün, qonşuya qəhvə içməyə buraxmaq istəmirdi. Oğlum ona mənimlə görüşməyi qadağan edəndə, mən onu qınadım… Mən anayam və haqqım var… Ona dedim ‘Nə ixtiyarla yoldaşına mənimlə görüşməyi qadağan edirsən?! Mən nə sənə, nə də sənin dininə inanıram. Sənin dinin doğru deyil. Əgər sən dindarsansa, sən düzgün düşünməli, yoldaşınla düzgün davranmalı və danışmalısan. O mənə kitab bağışladı – Quranın tərcüməsini. Artıq yarısını oxumuşam. Ona da deyirəm – ‘Orada yazılıb ki, ər arvaddan bir pillə yuxarıda dayanıb – çox doğru və gözəl yazılıb. Qadın da eynən düşünməyi bacarır, amma kişi daha yüksəkdə dayanıb. Mən bunu Qurandan oxumasaydım da mən də yoldaşıma eyni qiyməti qoymuşam – o məndən bir qədər yuxarıda dayanırdı. Elə sən də bu cür düşünməlisən, sənsə bütün pillələrdə üstün olmaq istəyirsən. Vəssalam, daha bu mövzuda danışmadıq.
Jamnews : o nəylə dolanırdı?
M.İ : Onun fındığın satışı və mənim ona bağışladığım iki inəyin südündən gəliri varıydı…mandarinləri varıydı. Nə maaş, nə də təqaüd almırdı.
Jamnews: bəs o vaxta qədər o haradasa işləyib, yoxsa ancaq burada, kənddə təsərrüfatla məşğul olub?
M.İ : Hə, o əsasən kənd təsərrüfatıyla məşğul olub. O məni də özüylə aparmaq istəyirdi.
Jamnews: hara?
M.İ : Yəqin Suriyaya, bilmirəm. Deyirdi ki, məni müsəlman ölkəsinə aparacaq. Mənsə dedim ki, ikinci oğlumu qoyub gedə bilmərəm, səni də tək buraxmayacam. Suriyaya getmək elə də asan deyil, gömrüyü keçmək lazımdır, elə belə kim buraxar. Yəqin onu ifşa edəcəyimdən qorxurdu, ona görə də məmə planlarını danışmadı. O heç Suriyaya gedəcəyini də deməmişdi, heç adını da çəkmirdi. Mənsə konkret hansı ölkəyə gedəcəyini soruşanda dedi ‘hara olsa’.
Jamnews: Sizcə o niyə ora getdi?
M.İ : O dedi ki, cənnətə düşmək üçün müsəlmanlara kömək etməlidir. Mənsə ona dedim ‘Mənim qəlbimi sındırmaqla sən cənnətə düşə bilməyəcəksən’. O mənə heç nə deyə bilmədi. Heç xatırlamaq belə istəmirəm ki… onu necə gəzləmişəm…
Jamnews: O Suriyaya gedəndən sonra sizinlə əlaqə saxlayıb? Bəlkə yazıb?
M.İ : Yox. Həm də necə əlaqə saxlaya bilərdi ki. Onu qınayacağımı bilirdi, bəlkə ona görə də əlaqə saxlamırdı. Bəs onun xanımı bütün bunlardan sonra sizinlə əlaqə saxlayıb?
Mən onun yoldaşıyla əlaqə saxlayıram. Ona ürəyim ağrıyır, özünə diqqət tələb edən uşağı var.
Jamnews: bəs burada olan dostları, bəlkə onlar sizə nəsə deyiblər?
M.İ : Deyirdilər ki, Badri çox dəyişib. Hamı çox narahatıydı, niyə belə dəyişdiyini soruşurdular. Deyirdim ki, bilmirəm, ona kömək etməyi xahiş edirdim.
Jamnews: Nəyi nəzərdə tutursuz? Necə dəyişmişdi?
M.İ : O əylənməyi sevirdi, sonra başını buraxdı, dedi ki, dini bunu qadağa edir. Əvvvəllər onlar dostlarıyla birlikdə oturub, yeyib-içməyi xoşlayırdılar, ad günlərinə, toylara da birlikdə gedirdilər. O yumor hissini də itirmişdi. Əvvəllər atası kimk onun da yaxşı yumor hissi varıydı. Bilmirəm. Bəlkə də atası sağ olsaydı, belə addım atmağa risk etməzdi.
Jamnews: O vaxtının böyük hissəsini ibadət edirdi?
M.İ : Hə, o əsasən ibadət edirdi. O dualar oxumağa başlamışdı. Mən elə heh təəccüblənirdim ki, cavan oğlan bütün vaxtını dua oxumaqla keçirir. Bu, onun istəyiydi. O çox oxuyurdu, tez-tez Quran oxuyurdu.
Jamnews : Bəs onun dostlarından daha beç bə bilmirsiz? bəlkə daha kimsə onun kimi buradan Suriyaya gedib?
M.İ : Deyirdilər ki, Mamuka Antadze gədib, yəqin ki, onlarla birlikdə. Elə deyirlər. Biz televizorda da kəndimizdən olan həmin o oğlanı görmüşük, onun yanında oturmuşdu. Bütün bunları xatırlayanda özüm özümə acıqlanıram – belə oğul göz yaşlarına layiq deyil. Amma görünür ki, ana onsuz da oğlu üçün göz yaşları tökür.
Jamnews : Bildihimə görə, oğlunuz getməmişdəm öncə sizə məktub saxlayıb?
M.İ : Hə, o gedəndən sonra məktubu mənə baldızımın oğlu verdi. ‘Ana, səninl, ömürlük vidalaşıram! Yəqin ki, o dünyada görüşdük. Qalan o xırda borclarımı yəqin ki, sən qaytaracaqsan. Və oğlum artıq dünyaya gəlibsə (o vaxt hələ doğulmamışdı ), onun qeydinə qal’.
‘Bir il əvvəl o adi həyat sürüb, sıravk Gürcüstan vətəndaşı kimi. Amma sonra hər şey dəyişdi… ‘ Jamnews- müsahibəsində İremadzenin qardaşı Beso danışır.
Beso İremadze, Badri İremadzenin qardaşı : ‘O adi həyat sürürdü, sıravi Gürcüstan vətəndaşı kimi. Sonra isə bir ilin içində hər şey çox dəyişdi… qohumlar və yaxınlar təəccüb içindəydi: bu, onların tanıdığı Badri deyildi. O, o mənada dəyişmədi ki, dindar oldu, ibadət etməyə başladı: qaydalara uyğun olaraq, beş dəfə namaz qılırdı… əvvəllər o heç vaxt ibadət etməyib, əvvəllər onun buna heç bir reaksiyası olmayıb. Bu dəyişiklikdən sonra o beş dəfə namaz qılmağa başladı. Aramızdakı fikir ayrılığı ondan yarandı ki, onu ancaq din maraqlandırırdı, az işləməyə başladı…ancaq özünü dolandırmaq üçün. ‘bizim sahib olduqlarımız da artıq çoxdu’ – o belə deyirdi. Onun yaxşı yumor hissi varıydı, dostları və yaxınları arasında nüfuzu…sonra isə o gözlənilmədən hamıyla əlaqəni kəsdi. O vaxt mən artıq Türkiyədəydim. Mən bir il Rizenin qəsəbələrindən birində fabrikdə çalışırdım. O mənə telefonla zəng etdi. Dedi ki, pula ehtiyacı var və onu işə düzəltməyə xahiş etdi. Mən maraqlandım ki, görüm qardaşıma iş tapa bilərəm. Dedilər ki, problem deyil. O gəldi, iki gün yanımda qaldı, sonra da yoxa çıxdı. Mən ümumiyyətlə baş verənlərdən xəbərsiziydim. Hardasa 10-12 gün sonra o mənə zəng etdi. Dedi ki, onu axtarmayım, o indi olmalı olduğu və ömür boyu qalacağı yerdədir. Vəssalam. Ondan sonra əlaqəmiz kəsilib. Sonuncu dəfə o mənimlə noyabrın ikisi əlaqə qurub.
Jamnews: o harada olduğunu dedi? Suriyada olduğunu dedi?
B.İ : Dedi ki, Suriyadadır və mən onu boşuna axtarmayım. Hələ bundan xeyli əvvəl, o dinə baş qoşanda demişdi ki, Suriyaya gedəcək. Vəssalam. Daha bu haqda heç nə deməmişdi. Mən onda ona dedim: ‘Sən dəli olmusan, nə danışırsan? ‘ O da dedi: ‘Mən nə vaxt və nə edəcəyimi bilirəm’. Biz ondan belə bir hərəkət gözləmirdik.