Gələn həftə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutacaq
Aprelin 27-də Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin üçtərəfli görüşü planlaşdırılır.
Elmar Məmmədyarov və Edvard Nalbandyan eyni zamanda gələn həftə Moskvaya səfər edəcəklər. Onlar Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ətrafında danışıqların hazırkı durumunu müzakirə edəcəklər.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova tezliklə Moskvada üçtərəfli görüşün mümkünlüyünü təsdiqləyib.
“Yaxın zamanda Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tuta bilər”, – Zaxarova APA informasiya agentliyinə bildirib.
- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşü 2016-cı il dekabrın 9-da Hamburqda baş verib.
- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması haqda danışıqlar artıq 25 ildir ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə davam etdirilir və hələ ki heç bir nəticə əldə edilməyib.
- Son zamanlar Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa danışıqlarda aparıcı rolu Rusiya Federasiyasının öz üzərinə götürməsi ilə razılaşıblar.