Futbolda əsas kimdir?
Bu yaxınlarda Moskvanın “Spartak klubunun sahibi Leonid Fedun müasir məşqçinin komandanın uğurunda rolunu qiymətləndirərkən onun payını cəmi 10% olaraq müəyyən etdi və buna görə də hər tərəfdən sərt obstruksiyaya məruz qaldı (başqa cür ola da bilməzdi).
Bununla belə, Fedunun tuş gəldiyi güclü tənqid atəşinə baxmayaraq, təbii ki, onun sözlərində də müəyyən həqiqət var.
Rusiyanın ən populyar klubuna sahib olduğu dövr ərzində ona yaxın məşqçi dəyişən Fedunun öz şəxsi təcrübəsindən çıxış edərək, müəyyən nəticələr çıxarmaq imkanı vardı. Yəqin ki, onun yoluna çıxan hər bir məşqçi mütləq qaydada komandanın çıxışının uğurunu futbolçuların transferinə xərclənən böyük həcmdə maliyyə ilə bağlayıb.
Hər dəfə də bunları eşidərkən o praqmatik nəticə çıxarıb ki, komandanın uğurlu çıxışı daha çox onun məxaric büdcəsindən asılıdır, az bir hissə də həmin bu futbolçuları meydanda düzgün yerləşdirməli olan məşqçiyə xərclənir.
Müxtəlif milli çempionatlarda kimin qalib gəldiyini, Avropa Kuboklarına kimin sahib olduğunu müşahidə edərkən, sonra da turnir cədvəlində yerlərin paylanmasını birincilikdə iştirak edən klubların büdcəsi ilə müqayisə edərkən (həmin oyunlarda isə nadir istisnalarla eyni komandalar iştirak edir) Leonid Fedunun əslində haqlı olduğunu anlayırsan.
Hətta Joze Mourinyo, Pep Qvardiola və ya Karlo Ançelotti kimi yaxşı məşqçilər adlarının kifayət qədər gurultulu olmasına baxmayaraq, nəticəni bilavasitə mövcud futbolçu tərkibi ilə əlaqələndirirlər. Bu tərkib isə mütləq qaydada dünya yığmasının variantlarından biri olmalıdır.
Deyin görüm, “Manchester Сity klubunu məşq etdirən Qvardiola indiki mövsümdə ərəb şeyxlərinin bu sevimli oyuncağını deyil, misal üçün, yenə də acından ölməyən (indiki premyer liqada ümumiyyətlə kasıb komanda yoxdur), bununla belə imkanları məhdud olan “Bournemouthu məşq etdirsəydi, İngiltərə premyer liqasında hansı nəticəni əldə edə bilərdi? Çempionşipdə qalmaq çox güman ki, onun özü tərəfindən qürurlanacağı uğur kimi qəbul ediləcəkdi.
Pepin super-klublar arasında yaydığı “tiki-takini çətin kimsə “Bournemouthda görəydi, çünki qısa pas və topun üzərində nəzarətin saxlanmasına istiqamətlənən topla aramsız hərəkətdən ibarət bu oyun üslubu komandanın tərkibi dünya miqyaslı oyunçulardan ibarət olmadığı halda işləmir.
Kallum Uilson, Coşua Kinq və Harri Arter – “Bournemouthun bu futbolçularına olan bütün hörmətimə rəğmən – hətta konkret Britaniya futbolunun ulduzları belə deyillər, dünya standartları haqda isə ümumiyyətlə danışmağa dəyməz. “Bournemouthun bu oyunçuları ilə Qvardiola ancaq sırada ikinci olmaqla oynamağa məhkum olardı və nadir əks-hücumların, standart vəziyyətlərin oynanılmasına ümid edə bilərdi.
Bununla belə, bu cür futbolçularla da bəzi məşqçilər nəticə verməyə, bəzən də çempion olmağa qadir olub.
Bəli, belə hesab etmək olar ki, öz komandaları ilə heç vaxt qalib olmayan Klaudio Ranyerinin başçılıq etdiyi o qədər də güclü olmayan “Lester gözlənilmədən İngiltərə çempionu olanda sadəcə bəxti gətirdi. İndi komanda elə həmin tərkib və həmin məşqçi ilə hardasa cədvəlin dibində çabalayaraq, məşqçi uğurunun sistemliliyini şübhə altına salır.
Amma misal üçün, Avropa futbolunda müntəzəm olaraq futboldakı uğurun pulun miqdarından asılı olmadığını sübut edən məşqçilər də var.
Bir vaxtlar (uzaq 2008-ci ildə) Yurqen Klopp Dortmundun ağır maliyyə vəziyyətində olan “Borussiyanı qəbul edərək, üç il ərzində onu çempion etdi. Onun tapdığı və təbii ki, qəpik-quruşa alınan futbolçular isə bir-iki mövsümə ulduza çevrildilər.
Düzdür, onların bəziləri, misal üçün, Mario Qetse Kloppun rəhbərliyi altında oynayana qədər də super-ulduz olub, amma bu, almanın məşqçilik bacarığını bir daha vurğulayır.
Hazırda Yurqen Klopp “Liverpulla da eynisini təkrar etmək istəyir. Mourinyo və Qvardioladan fərqli olaraq, o klub sahiblərindən (belə bir imkanın olduğu halda) transfer bazarında ağlasığmaz xərclərə düşməyi tələb etmir və ancaq özünün məşqçilik istedadına, bir də oyunçuları onlar üçün həllolunmaz məsələlərin olmadığına inandırmaq bacarığına arxalanır.
Belə vəziyyətdə də heç kim ona birmənalı şəkildə deyə bilməz ki, mövsümün yekununda öz komandası ilə iki Mançester qrandını arxada qoyması mümkün olmayacaq.
Niyəsə belə bir təəssürat yaranır ki, o “Bournemouthla da ruhdan düşməyib, iki-üç mövsüm ərzində bu heç bir şöhrət qazanmayan klubu hamının hesablaşdığı bir komandaya çevirə bilərdi.
Kloppa paralel olaraq, ikinci məhz məşqçi komandalarının yaradılması üzrə mütəxəssis argentinalı Diyeqo Simeone də onun yolu ilə gedir. Alman məşqçinin öz komandaları ilə sərgilədiyi oyundan fərqli olaraq argentinalının futbolu bir az daha maraqsızdır və müdafiəyə köklənir.
Bununla belə, müasir futbolda ən aqressiv komandaya mükafat verilsəydi, çox güman ki, onun sahibi Madridin “Atletiko komandası olardı. Bu klubun komanda oyunu elə qurulub ki, burada futbolçuların birinci və ikinci dərəcəli oyunçulara bölgüsü demək olar ki, yoxdur.
Komandanın yeganə super-ulduzu olan Antuan Qrizmann hamı ilə birlikdə qaralama işini görür. Bu da Simeonenin futbol fəlsəfəsinin ayrılmaz hissəsidir. Əks halda, “Atletiko heç vaxt Madridin “Realı və “Barselona kimi dünya klubları ilə rəqabət apara bilməzdi.
Bununla belə Fedun haqlı deyil. Məhz məşqçi yaxşı və pis futbolçulardan komanda düzəldir, ya da düzəltmir. Onda da belə fikir yaranır ki, komandanın uğurunun ancaq 10%-i məşqçidən asılıdır.
Dərc olunub 24.10.2016