Ermənistan və Azərbaycanın futbol komandalarının qiyabi duelində “Qarabağ” qələbə qazanıb
UEFA Avropa Liqasında turnirin qrup mərhələsinə çıxmaq uğrunda eyni zamanda Ermənistanın “Ararat-Yerevan” və Azərbaycanın “Qarabağ” komandaları mübarizə aparıb. Növbəti mərhələyə bu komandalardan ancaq biri çıxa bilib.
• Kipr-Azərbaycan oyunu boş tribunalar önündə keçiriləcək: bu, azarkeşlər üçün niyə yaxşıdır?
• Cənubi Qafqazda kim rəqabət aparır: Ermənistan və Azərbaycan, yoxsa Putin və Ərdoğan? Şərh
İlk olaraq meydançaya Ermənistan futbolçuları çıxıb. Amma ümid etdikləri meydançaya yox. Dağlıq Qarabağda davam edən gərgin döyüşlər və ölkədə hərbi vəziyyət elan olunduğuna görə UEFA Yerevan komandasına Serbiyanın “Tsrvena Zvezda” komandasını Ermənistanın paytaxtında qəbul etməyə icazə verməyib. Görüş Kiprdə baş tutub.
Futbol biliciləri Ermənistan komandasının qələbə şansını yüksək dəyərləndirmirdi. Onların rəqibi vaxtilə bütün Yuqoslaviyanın ən güclü, böyük Avropa təcrübəli komanda idi. Biləndərlər təxminlərində yanılmayıblar.
Kiprdə oyun serblərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qapısına yediyi iki qoldan sonra “Ararat-Yerevan” komandasının hesabına yazılan yeganə qolu klubun niderlandlı legioneri Maylson Lima vurub.
Püşkatma Azərbaycanın “Qarabağ” komandasının da qarşısına asan rəqib çıxarmamışdı. Varşavada hazırkı Polşa çempionu “Legiya” komandasına qalib gəlmək lazım idi.
Oyunun 50-ci dəqiqəsində hesabı Kabo-Verdedən olan legioner Patrik Andradenin dəqiq zərbəsi ilə azərbaycanlılar açıb. 12 dəqiqə sonra fransalı Abdella Zubir “Qarabağın” üstünlüyünü iki qola yüksəldib. Azərbaycanlılar bununla da kifayətlənməyiblər: 70-ci dəqiqədə hesab 3:0 olub. Bu dəfə xorvat Filip Ozobiç seçilib. Tablodakı bu rəqəblər oyunun sonuna qədər dəyişməyib.
Beləliklə, Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” ardıcıl yeddinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxıb.