Fransa Senatı “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul edib
Fransa Senatı “Dağlıq Qarabağın tanınmasının zərurəti haqda” qətnamə qəbul edib. 305 deputat “lehinə”, ancaq bir nəfər “əleyhinə” səs verib.
Sənədin hüquqi qüvvəsi yoxdur və Senatın bütün qətnamələri kimi bu da tövsiyə xarakteri daşıyır. İndi söz Fransa hökumətindədir, hökumət sənədi diqqətə ala bilər, amma əməl etməyə məcbur deyil.
Qətnamə hökuməti Dağlıq Qarabağı tanımağa, Qarabağın dinc əhalisinə genişmiqyaslı dəstək verməyə çağırıb. Sənəddə həmçinin Dağlıq Qarabağın dinc əhalisinə qarşı hərbi cinayətlərin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasının zərurəti haqda da bəhs edilir.
Sənəd Fransa hökumətini 1994-cü ildə cızılmış sərhədlərin təmin edilməsi ilə danışıqlar prosesini bərpa etmər üçün bütün səyləri göstərməyə çağırıb. Qətnamədə erməni əhalinin təhlükəsizliyinin və məcburi köçkünlərin qayıtmaq haqlarının təmin edilməsi çağırışı da var.
Fransa parlamentariləri hesab edirlər ki, bu sənəd regionda möhkəm sülh yaratmağa kömək edəcək.
Qətnamə üzrə məruzəçi, senator Bryuno Retayo çıxışı zamanı bəyan edib ki, ekspsnsionist, neoosmanlı və islam siyasəti yürüdən Türkiyə prezidentinin geniş və həlledici dəstəyindən sonra münaqişə lokal olmaqdan çıxıb:
“Mən Ərdoğanın sözlərindən dəqiqliklə sitat gətirirəm: “Dağlıq Qarabağ islam ölkəsi olub və hilalın kölgəsinə qayıdıb”. Daha nə qədər təcavüz lazımdır ki, Avropa, nəhayət, real sanksiyalar elan etsin – diplomatik, amma ilk növbədə iqtisadi? Biz özümüz nə zaman sadəlövh olmayacağıq?”
Qətnamə layihəsi Senata müxtəlif fraksiyalardan olan beş senator tərəfindən noyabrın 18-də təqdim olunub. Respublikaçıların lideri Bruno Riteylon və “Mərkəzçilər İttifaqı” qrupunun rəhbəri də onların sırasındadır.
Oktyabrda Dağlıq Qarabağın tanınması haqda qanun layihəsi Fransa parlamentinin aşağı palatasına da təqdim olunub. Layihə Dağlıq Qarabağ xalqını sentyabrın 27-də Azərbaycan tərəfindən başladılan hərbi təhlükədən müdafiə etmək üçün Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını təklif edir.
Rəsmi Bakı Fransa senatının qərarına reaksiya verib. Azərbaycan prezidentinin administrasiyasından bildirildiyinə görə, bu qərar adi kağız parçasından başqa bir şey deyil.