Ermənistanda yeni hökumət – Azərbaycanla sülh üçün perspektivlər varmı?
Mətnin ingilis dilində tam versiyası “İnternation Crisis Group” saytında
Artıq Ermənistanın inqilabi lideri Nikol Paşinyan və onun komandası parlamentdə çoxluq eldə etdikdən sonra, onlar o cümlədən ən çətin problemlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində işə başlamalı olacaq.
9 dekabr 2018-ci il tarixində Ermənistanda növbədənkənar parlament seçkiləri Azərbaycanla sərhəddə və Qarabağla ayrılma xəttində sakitlik fonunda keçdi.
B
erkaber kəndi Ermənistanda, Azərbaycanla düz sərhəddə yerləşir. Sonyanın evində pəncərələrdən biri kərpiclərlə hörülüb, o biri pəncərəsinin şüşəsində isə güllə izləri var. Damı bir neçə dəfə mərmilər deşib, tavanda yağış suyunun izləri var.
Ötən illərdən fərqli olaraq 57 yaşlı Sonya Matinyan bu qış kənddən getməmək qərarına gəlib.
•Qarabağ: 2016-cı ildə aprel gərginliyinin səbəb və nəticələri
•İranla sərhəddə —əvvəllər azərbaycanlıların yaşadığı erməni kəndindən reportaj
•Azərbaycan, Ermənistan və Gürcüstan 100 il əvvəl azad olduqları zaman nə ediblər?
Bunun səbəbi Ermənistanla Azərbaycanın şimal-şərq sərhədində yerləşən kənddə vəziyyətin yaxşılaşması oldu. Tavuş bölgəsində artıq iki ay olar ki, atışma olmayıb. Son bir neçə ildə şaxtaların düşməsi ilə bərabər gərginlik də artırdı, insanlar da sərhəddən uzağa, qohumlarının evinə getməyi üstün tuturdular. Ya da xüsusi möhkəmləndirilmiş evlərdə və zirzəmilərdə qışı keçirməyə məcbur olurdular.
Bərqərar olunan sakitlik 1991-ci ildə Sovet İttifaqının dağılması ilə alovlanan münaqişənin fəsadları ilə yaşamağa məcbur olan bu bölgə üçün nadir hadisədir. O vaxt gərginlik erməni və azərbaycanlı əhalinin Azərbaycandan və Ermənistandan köçməsinə gətirib çıxardı.
Dağlıq Qarabağ müharibəsi nəticəsində Ermənistan tərəfi bu regionu və onu əhatə edən 7 Azərbaycan rayonunu öz nəzarəti altına almağa nail olub.
Vəziyyətin yaxşılaşmasını bir çoxları Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə əlaqələndirir.
Bir vaxtlar marginal siyasətçi və keçmiş jurnalist olan Nikol Paşinyan 2018-ci ilin aprel ayında Ermənistanın keçmiş hökumətinin istefasına gətirib çıxaran etiraz aksiyalarına başçılıq edib. Paşinyan öz siyasi üstünlüyünü 9 dekabr 2018-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində “Mənim yolum” alyansının qələbəsi ilə möhkəmləndirdi.
Keçmiş hakim Respublika Partiyası parlamentə düşmək üçün belə kifayət qədər səs toplaya bilməyib.
Bəzi müşahidəçilər səsverməni son iyirmi ildə ən azad və ədalətli seçki adlandırıb.
•Ermənistanda növbədənkənar parlament seçkiləri — nə və necə olub
•Ermənistanda “məxməri” inqilabın liderinin xanımı ilə müsahibə
•Azərbaycan və Avropa İttifaqı: problem nədədir?
B
ölgədə bu cür sakitlik 15 il ərzində demək olar ki, ilk dəfə müşahidə olunur. Bu, Azərbaycan və Ermənistan liderlərinin 2018-ci ilin sentyabr ayında nail olduğu razılaşmanın nəticəsidir.
O vaxtdan hər iki ölkə paytaxtı vasitəçisiz birbaşa əlaqədədir.
Son görüş noyabrın ortalarında baş tutub. Görüşdə Azərbaycan və Ermənistanın müdafiə qurumlarının nümayəndələri Azərbaycanın muxtar anklavı olan Naxçıvanla Ermənistan arasındakı sərhəd boyu hərbi hissələr arasında birbaşa əlaqənin bərpa edilməsi ilə bağlı əvvəldən əldə edilən razılaşmanı müzakirə və təsdiq ediblər.
Yaxın həftələrdə yeni parlament Paşinyanı ölkənin baş naziri postuna seçmək üçün ilk sessiyasına toplanacaq. Ermənistanda hamı tezliklə dəyişikliklər gözləyir. Münaqişə zonası və ora yaxın ərazilərdə yaşayan insanlar ilk növbədə Qarabağ məsələsində irəliləyiş gözləyir.
«Hər şeyi bir dəfəyə düzəltmək üçün onun bəlkə də sehrli çubuğu yoxdur», – seçkidən iki həftə əvvəl Azərbaycanla sərhədin yaxınlığında hərbi tranşlardan təqribən 20 kilometr aralıda yerləşən İcevan şəhərində seçicilərlə seçkiqabağı görüşdə Paşinyanı dinləməyə gələn 47 yaşlı Armen Markanyan mənə dedi.
«Amma o, bizim yaxşı və müharibəsiz yaşamamız üçün nəyisə dəyişməlidir».
Paşinyan və ağır danışıqlar prosesi
Azərbaycanla münaqişə məsələsində Paşinyanın komandasında indiyə qədər böyük ehtiyatla danışırdılar.
Bütün seçkiqabağı kampaniya boyu keçmiş hakim Respublika Partiyası Paşinyanı və onun ətrafını tənqid edir, onları “xain” adnlandırır və Azərbaycanla “əlbir olmaqda” ittiham edirdi.
Öz tənqidlərində onlar nadir hallarda Paşinyanın özündən sitat gətirirdilər. Əvəzində daha çox onun komanda üzvlərinin cavan olduğunu, Dağlıq Qarabağla və 1990-cı illər müharibəsi ilə şəxsi bağlılığının olmadığını qeyd edirdilər. Bütün bunlar onu Ermənistanın əvvəlki liderlərindən çox fərqləndirir.
Paşinyanın ətrafı münaqişə məsələsində mövqeləri vermək niyyətinin olması ilə bağlı bütün şübhələri rədd edir.
Danışıqlar prosesi artıq bir neçə ildir ki, dalana dirənib. Dağlıq Qarabağda 2016-cı il aprel gərginliyi hər iki tərəfdən ən azı 200 hərbçi və mülki vətəndaşın ölümünə səbəb oldu. Tərəflər arasında anlaşılmazlıq uçurumu bir az da dərinləşdi, onların tələbləri isə birə beş artdı.
Azərbaycan tərəfi 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarəti altında olan yeddi rayonun qeyri-şərtsiz öz nəzarəti altına qaytarılmasını tələb edir.
Ermənistan tərəfi təkid edir ki, ilk addım Bakının Dağlıq Qarabağın müstəqilliyini tanıması olmalıdır.
Ermənistanın yeni hakim komandasında hesab edirlər ki, bu dalandan asan çıxış yolu yoxdur.
«Hər kəs anlayır ki, danışıqlarda dəyişiklik olmalıdır”, – Paşinyanın siyasi alyansının yeni seçilmiş parlamentarilərindən biri deyir. – “Amma buna nail olmaq üçün ilk növbədə partiya daxilində və hökumətdə konsensusa nail olmaq lazımdır».
•7-9 aprel 2016 — JAMnews-un reportyorları Bakı, Yerevan və Stepanakertdən
•“Mənim Qarabağım” — erməni jurnalisti və yazıçısının xatirələri seriyası
2018-ci ilin avqustunda Yerevanın mərkəzində toplaşan on minlərlə insan qarşısında yüz günlük hakimiyyətinin hesabatını verərkən Paşinyan Qarabağ məsələsinin həlli ilə bağlı hər hansı bir ciddi qərarla bağlı onların dəstəyi üçün müraciət edəcəyinə söz verib.
Paşinyanın siyasi alyansının daha bir yeni seçilmiş parlamentarilərindən biri deyib ki, bu cür vəd “Ermənistan tərəfinin danışıqlar prosesində hələlik heç bir ciddi qərar verməyəcəyi” deməkdir.
Onun sözlərinə görə, Ermənistan tərəfinin Dağlıq Qarabağın statusunun tanınması ilə bağlı əsas tələbi üzrə hər hansı ciddi dəyişikliklər gözləməyə dəyməz.
Azərbaycan tərəfindən nə xəbər?
Paşinyan yeni Ermənistan hökumətinin ciddi danışıqlara hazır olduğuna təkcə öz ölkəsinin əhalisini deyil, həm də Azərbaycanı inandırmalıdır.
Çətinlik həm də ondadır ki, hər iki tərəf əks tərəfin sakitlikdən öz maraqları üçün istifadə edəcəyindən narahatdır.
Bakı tərəfdən müsbət siqnallar var. “İnternational Crisis Group”un Bakıdakı həmsöhbətləri deyirlər ki, atəşkəsi saxlamağa hazırdırlar və qurulmuş birbaşa əlaqənin Ermənistanın yeni rəhbərliyi ilə real danışıqlar prosesinin başlamasına kömək edəcəyinə ümidlidirlər.
Ermənistan tərəfindən bəzi rəsmi şəxsləri deyirlər ki, hərbçilər arasında qurulmuş birbaşa əlaqəni iki ölkə hökumətlərinin nümayəndələri arasında da bu cür birbaşa əlaqəyə qədər genişləndirməyə dəyərdi – məsələn, humanitar məsələlərin müzakirəsi üçün.
Bu istiqamətdə artıq ilk atdımlar atılıb. Hazırda fəaliyyətdə olan əlaqə kanalından Azərbaycan hakimiyyətinin bu ilin yayında saxlandığı barədə bildirdiyi Ermənistanın şimal-şərq regionunun erməni sakininin azad oluması ilə bağlı razılığa gəlmək üçün istifadə edilir. Dekabrın 5-də de-fakto Dağlıq Qarabağın XİN-i bildirib ki, buna cavab olaraq, 2017-ci ilin əvvəllərindən Xankəndində saxlanılan Azərbaycan əsgərinin azad olunması məsələsini nəzərdən keçirməyə hazırdır.
Müzakirələrin mərkəzində insanlar olmalıdır
Yeni Ermənistan hökuməti ola bilsin münaqişənin həlli üçün yeni baxış təklif etməyə hazır olacaq. Paşinyanın partiyasından yeni seçilmiş deputatlardan birinin dediyi kimi:
“Biz yanaşmalarımızı dəyişə bilərdik. Təkcə siyasi tələbləri müzakirə etmək əvəzinə müzakirənin mərkəzinə insanları və onların problemlərini qoymağa başlaya bilərik”.
Ermənistanda yüksəkvəzifəli məmurlardan biri “International Crisis Group”a bildirib ki, insanlara istiqamətlənmiş bu cür yanaşmanı danışıqlar prosesinin əsasına çevirmək olar:
“Etiraf etmək lazımdır ki, Dağlıq Qarabağ münaqişələrin baş verdiyi deyil, insanların yaşadığı yerdir”.
Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindən 15 kilometr radiusda 600,000 minə yaxın etnik azərbaycanlı yaşayır.
Ermənistan və Azərbaycanın dövlət sərhədləri ərazisində on minlərlə insan, o cümlədən Ermənistanın Tavuş vilayətində dağlarda təxminən 230 kilometr uzanan hərbi mövqelərin bilavasitə yaxınlığında 40,000 nəfər yaşayır.
Danışıqlar prosesinin əsas məsələlərinin müzakirəsindən əvvəl Tavuş kimi yerlərdə tərəflər arasında əlavə kommunikasiya cəbhəyanı zonada yollar və fermer sahələrinin minalardan təmizlənməsi işini qurmağa kömək edə bilərdi.
Tərəflər 1990-cı illərin əvvəllərində müharibədən sonra qalan mina sahələrinin nişanlanmasından başlaya bilərdi.
Yeni təhlükəsizlik zəmanətləri həm də cəbhə xətti yaxınlığında insanlara özlərinin hərbi mövqelərin birbaşa yaxınlığında yerləşən və bu səbəbdən də tərk etməyə məcbur olduqları torpaq sahələrində işə başlamağa kömək edə bilərdi.
“B
u il insanlar çimmək üçün su anbarına getməyə başlayıb”, — Berkaber sakini Aqram Arzumanyan deyir.
Su anbarının bəndində, bir-birindən cəmi 20 metr aralıda tərəflərin hərbi istehkamları var. Son dəfə kəndlilər suya 2004-cü ildə yaxınlaşmağa ürək edib.
Aqram deyir ki, bu payız “suda çimən adamları görüb, gözlərimə inana bilmirdim: biz həqiqətənmi yenidən müharibəsiz yaşamağa başlayırıq?”