“Qıfıl altında”: ermənistanlı əmək miqrantları Rusiyaya gedə bilmir
Hər il Ermənistandan minlərlə insan Rusiyaya qazac dalınca gedir. 2020-ci il istisnadır. Koronavirus epidemiyasına görə sərhədlər bağlandığı üçün 60 min nəfərə yaxın erməni fəhlə evdə qalıb.
Hakimiyyət onları ölkədə işlə təmin etməyi planlaşdırır, amma iş yerləri yenə də çox azdır. Bu vəziyyət ölkə iqtisadiyyatına və fəhlələrin özünə necə təsir edəcək?
- Ermənistan hökuməti “sıfırdan” biznesə başlamağa kömək edəcək – koronavirusun nəticələrinin aradan qaldırılması üçün daha bir tədbir
- Şərh: Yoluxanların sayının kəskin artması səbəbilə Ermənistanı bir həftə sonra fəlakət gözləyir
Sərhədin açılmasını səbrsizliklə gözləyən kəndlər var
Qexarkunik Ermənistanın böyük vilayətlərindən biridir, ərazisinin böyük hissəsini Sevan gölündən ibarət olsa da. Rusiyaya mövsümi qazanc dalınca gedənlərin böyük hissəsi ölkənin məhz bu regionundandır.
Sovet İttifaqı dağılandan sonrakı uzun illər ərzində bu yerlərdə sənaye elə də bərpa olunmayıb. Göl hamını doyura bilmir, kənd təsərrüfatı torpaqları isə becərilmir, çünki quvarma problemi heç cürə həll olunmur. Bütün bunların acınacaqlı nəəticəsi Yerevan-Moskva-Yerevan marşrutu olub, kəndlərin və şəhərlərin sakinləri məhz bu yolla dolanırlar.
Liçk kəndinin düz girişində daş tağ ucalır. Bu tağ kənddəki bütün tikililər kimi Rusiyadan gələn pullarla inşa edilib. Yayda kənd adətən boş olur – əhalinin kişi qisminin 80 faizi Rusiyaya qazanc dalınca gedir. Kənddə ancaq qadınlar, uşaqlar və qocalar, bir də sağlamlığı “Şimala” getməyə içkan verməyənlər qalır.
Amma bu il burada tamam başqa mənzərə yaranıb. Poçt binası yanında hər gün oonlarla kişi toplaşır. Əsas mövzu Rusiya ilə sərhəd nə zaman açılacaq. Hamını bu məsələ narahat edir, amma heç kim cavabını bilmir.
“Burada hamı Rusiyanın pulu ilə dolanır”
Qarnik Seropyan artıq qazanc dalınca getməyənlərdəndir. Səhhəti imkan vermir. Amma məhz o, özünün də dediyi kimi yaranmış “fəlakət haqda” məmnuniyyətklə danışmağa razılıq verir:
“Kənddə iş yoxdur. Sahələr becərilmir. Su yoxdur. Camaat neyləsin? Rusiyaya gedirlər. Gedə bilən hər kəs gedir. Bu il yox, əlbəttə, indi sərhədlər bağlıdır. Əgər virus olmasaydı, kənddə artıq heç kim qalmazdı”.
Bu şəraitdə sakinlər üçün əsas məşğuliyyət heyvandarlıq qalır. Burada hər kəsin öz kiçik təsərrüfatı var – bir cüt inək, donuz, toyuq-cücə. Amma insanlar deyirlər ki, bununla ailə dolandırmaq mümkün deyil.
Çətin ili salamat başa vurmaq üçün çoxları banklardan kredit götürməli olub. Amma nə ilə ödəyəcəklərini hələlik heç kim bilmir. Tək ümid sərhədlərin açılmasınadır. Baxmayaraq ki, artıq iyundur və iş mövsümünün yarısı artıq geridə qalıb, sərhəd açılarsa, çoxları dərhal Rusiyaya gedəcək.
“Hamı gedəcək. Burda qalıb neyləsinlər? Heç kim qalmayacaq. Amma açacaqlarmı?” – Qarnik sanki cavab almaq üçün soruşur.
Uçmaq olar, maşınla getmək yox
Liçkdə ancaq Rusiyadan danışırlar. Ermənistan meyarları ilə kənnd kifayət qədər imkanlı hesab olunur. Yeni binalar, yeni inşa edilmiş futbol meydançası, naməlum əsgər heykəli. Rusiya növrəli maşınlar. Burada onların sayı az deyil.
Son illər ərzində miqrantların çoxu Rusiyada yerləşib, vətəndaşlıq alıb, amma doğma yerlərlə əlaqələrini itirməyiblər. Bəziləri pandemiya başlayana qədər kəndə öz maşınları ilə gəlirdilər. Sonra geri qayıda bilməyiblər.
Rusiya vətəndaşlığı olanlar təyyarə ilə geriyə uça bilərlər, amma maşınla Gürcüstandan getmək lazımdı, sərhədlər isə bağlıdır. Çoxlarının isə Rusiyada nəinki işi, həm də ailəsi var.
Samvel Gevorqyan da maşınsız Rusiyaya qayıtmaq istəmir:
“2003-cü ildən mövsümi işlərlə dolanıram. Amma indi getmək imkanı yoxdur. Təyyarə ilə gedə bilərəm. Amma Ermənistana maşınla gəlmişəm. Onu burada qoya bilmərəm. Bu məsələmni həll etmək imkanı yoxdurmu, bizim maşınla getməyimiz üçün heç eləmək mümkün deyilmi?”
“Şəhərdəki” insanlardan hər hansı məlumat almaq ümidindədirlər. Amma bu sualların cavabı ölkə rəhbərliyində də yoxdur. İndi hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bu ağır vəziyyətdən nə zaman çıxmaq mümkün olacağını bilmir.
Hər il Rusiyaya gedən Qurgen Srkoyan da Yerevandan xoş xəbər gözləyir:
“İnsanlar getməlidir. Ermənistanda biz dolana bilmirik. Mövsümi işlər olmasa, Rusiya olmasa, insanlar bacarmayacaqlar”.
Bu, Ermənistan iqtsadiyyatına necə təsir edəcək?
Ermənistanın yüzlərlə kəndində bu cür vəziyyət yaranıb. Hər il Rusiyaya nə qədər insanın qazanc dalınca getdiyini demək çətindir. İqtisadçı Qrant Mikaelyan hesab edir ki, orta hesabla onların sayı 60 min nəfərə çatır:
“Rəqəm 2012-2013-cü illərdə pik həddinə çatıb, daha sonra azalmağa başlayıb. Son iki-üç ildə təxminən 40 minə çatıb. Bu, məhz yazda gedən, payızda qayıdan müvsümi əmək miqrantlarıdır. Daha uzun müddətə gedən fəhlələr də onların üzərinə əlavə olunur”.
Əmək miqrantlarının göndərdiyi pul köçürmələri Ermənistan iqtisadiyyatında mühüm rol oynayır. 2018-ci ildə Ermənistana 1 milyard 786 milyon dollar göndərilib, 2019-cu ilin birinci yarısında isə bu rəqəm 800 milyon dollar təşkil edib.
Pul köçürmələri əhalinin müəyyən hissəsinin maddi təminatını təşkil edir – əsasən kənnd sakinlərinin, bu da ölkəyə müəyyən sosial problemlərlə qarşılaşmamağa kömək edir.
“Transferlər mühüm rol oynayır. Bu pullar bəzi ailələrin ağır sosial vəziyyətini yumşaldır. Bu ailələrə uşaqlarının təhsilinə pul yatırmağa, ev problemini həll etməyə imkan vverir. Yəni köçürməllər müəyyən balanslayıcı rol oynayır”, – iqtisadçı deyir.
Hazırkı vəziyyət yoxsulluğun dərinləşməsinə və sosial gərginliyə gətirib çıxaracaq. 200 minə yaxın insan Rusiyadan gələn gəlirdən məhrum olacaq. Üstəlik əvvəllər Rusiyada yaşayan insanların geriyə axınını da nəzərə almaq lazımdır. Qrant Mikaelyan koronavirusa görə 20 min insanın ölkə daxilində işini itirəcəyini proqnozlaşdırır:
“Əmək bazarında bizim bir neçə problemimiz var. Birincisi Ermənistanda iş yerlərinin itirilməsi. İkincisi, Rusiyada iş yerlərinin itirilməsi və insanların Ermənistana axını. Üçüncüsü, Rusiyaya gedə bilməyən və müvafiq olaraq ölkəyə pul göndərə bilməyən Ermənistan miqrantları. Bütün bunlar birlikdə Ermənistan üçün problemlər yaradacaq”.
Miqrantları işlə necə təmin etməli?
Sosial gərginlikdən qurtulmaq üçün hökumət qazanc üçün ölkədən gedə bilməyənləri yerlərdə işlə təmin etməyə çalışır. Amma hazırkı şərtlər altında, iqtisadi göstəricilər koronavirusa görə azaldığı və iş yerlərinin bağlandığı bir zamanda bunu etmək asan deyil.
Əsas ümid kapital proqramları, böyük inşaat layihələrinin: yol, məktəb və xəstəxana reallaşdırılmasıdır.
Vilayət rəhbərləri inşaat şirkətlərinə təqdim etmək üçün vətəndə qalan fəhlələrin məlumatlarını toplaşamağa başlayıb. Ermənistanın 11 vilayətinin hər birində müraciət edənlərin sayı 500 nəfərdən 1000 nəfərə qədərdir. Amma onları da işlə təmin etmək çətin olacaq. Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyindən bildiriblər ki, ümumilikdə 2000 nəfəri işlə təmin edəcək 256 proqram həyata keçirilib.
“İnşaat şirkətləri özləri ümumi bazadan işçiləri seçəcəklər. Nə qədər insanın işlə təmin ediləcəyini demək çətindir. Amma Ermənistanda inşaat işlərinin sayı son iki ildə kifayət qədər artıb. Və bizim həmvətənlərimiz hətta bu platforma olmadan da özlərinə iş tapa bilərlər”, – nazirliyin mətbuat katibi Armine Muradyan hesab edir.
Amma çoxları hələ də Rusiyaya getməyin ümidindədir. Kimsə vətəndə iş tapa bilmir, digərləri adət etdikləri marşrutdan imtina etmək istəmir. Hətta rublun aşağı məzənnəsi və Rusiyanın ağır iqtisadi vəziyyəti də insanları saxlamır. Hər gün yoluxanların sayı yüzlərlə olan Ermənistan isə bəlkə heç ilin sonuna qədər də sərhədləri açmadı.
“Mediaşəbəkənin dəstəyilə”