Eks-prezident Serj Sarqsyanın cinayət işi məhkəməyə göndəriləcək. Yenilənib
10 yanvar 2020-ci il
Ermənistanın eks-prezidenti Serj Sarqsyanın işi üzrə ilkin istintaq sona çatıb
Ermənistanın üçüncü prezidentinə qarşı “dizel” işi üzrə ittiham irəli sürülüb. Sarqsyan milyon dollardan çox büdcə vəsaitini talan etməkdə günahlandırılır.
İstintaq orqanı toplanmış sübutları ittihamın irəli sürülməsi və işin məhkəməyə göndərilməsi üçün yetərli sayıb.
İşin materialları artıq ittiham olunanlara və onların nümayəndələrinə də təqdim olunub. Bu cinayət işi üzrə təqsirləndirilənlərin sayı beş nəfərdir.
Keçmiş dövlət başçısı isə özünü günahkar hesab etmir, onun fikrincə, bu iş siyasi təqibdir.
20 dekabr 2019-cu il
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyana qarşı cinayət işi açılıb. Ona qarşı “dizel” işi üzrə ittiham irəli sürülüb. O, milyon dollardan çox büdcə vəsaitini talamaqda günahlandırılır.
Serj Sarqsaynın əmlakına həbs qoyulub. Bu qərarın nəyin əsasında qəbul olunduğu haqda İstintaq Xidməti hələlik məlumat vermir. Yalnız o məlumdur ki, onun əmlakına təqsirləndirilən şəxs kimi adının hallandığı iş çərçivəsində vurulmuş ziyan həcmində qoyulub.
Sarqsyan 2018-ci ilin “məxməri” inqilabından sonra haqqında cinayət işi qaldırılmış artıq ikinci keçmiş prezidentdir. O, hələ azadlıqda olsa da, ondan əvvəlki prezident Robert Koçaryan artıq bir ildən çoxdur ki, həbsdədir.
• İkinci prezident niyə həbs olunub? Koçaryanın işinin bütün təfərrüatları
Növbəti prezident işinin təfərrüatları
Dekabrın 4-də Sarqsyana qarşı dövlət vəsaitinin oğurlanması və talanı ilə bağlı cinayət işi qaldırılıb. Daha doğrusu, istintaq xidməti bildirir ki, 2013-cü il yanvarın 25-dən fevralın 7-ə qədər keçmiş prezident “bir qrup vəzifəli şəxs tərəfindən 489 milyon dram (1 milyon dollardan çox) həcmində vəsaitin mənimsənilməsini, talanını və oğurluğunu təşkil edib”.
Bu hadisələr 2013-cü il yanvarın 24-dən başlayıb. O zaman hökumətin qərarı ilə əlçatan qiymətlə dizel yanacağının əldə edilməsi üçün dövlət dəstəyi proqramı təsdiqlənib.
Bu proqram çərçivəsində 17 041 300 litr dizel yanacağının satışı nəzərdə tutulmuşdu.
Bir neçə şirkət, o cümlədən də “Maksxur” və “Fleş” təchizatçı qismində öz namizədliklərini irəli sürüblər.
“Maksxur” şirkəti ən ucuz qiyməti təklif edib. Müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi bu şirkətin təklifinin sözügedən layihə üzrə təchizatçı qismində təsdiqlənməsi üçün hökumətə təqdim etmək niyyətində idi.
Sarqsyana qarşı irəli sürülən ittihamda deyilir ki, keçmiş prezident “Maksxur” şirkətinin daha sərfəli təklifi haqda məlumatlı olduğu halda xidməti mövqeyindən yararlanaraq daha yüksək qiymət təklif edən “Fleş” şirkətinin xeyrinə seçim etmkəyi tapşırıb.
Bu yolla Serj Sarqsyan “hökumətə etibar edilmiş Ehtiyat Fondundan xüsusi iri həcmdə vəsaitin oğurlanmasını təşkil edib”.
Yeri gəlmişkən, indi yalnız eks-prezident Sarqsyanın yox, həm də eyni işdə adı hallanan “Fleş” şirkətinin sahibi Barseq Beqlaryanın da əmlakına həbs qoyulub.
Hər iki təqsirləndirilən haqda qətimkan tədbiri kimi ölkədən çıxmamaq haqda iltizamın imzalanması seçilib. İlkin istintaq davam edir.
Eks-prezidentin vəkilinin şərhi
Sarqsyanın vəkili hesab edir ki, yaranmış vəziyyət üçüncü Ermənistan prezidentinin hüquqları pozulub.
“Qərar bizdə yoxdur, amma bu qərar özlüyündə qanunsuzdur, çünki istintaqın həbs qoymaq üçün əsası ola bilməz, yəni istintaqın əlində şəxsin nəzərdə tutulan əmlakı zədələmək, korlamaq, yox etmək ehtimalı ilə bağlı sübutlar ola bilməz. Bu qanunun tələbidir, bunun qərarını nə mən verirəm, nə də müstəntiq, bu, konkret müstəntiqin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəlik növbəti dəfə pozulur”, – Amram Makinyan deyib.
Ermənistanda korruosiya ilə mübarizə
Nikol Paşinyan baş nazir seçilənə qədər dəfələrlə korrupsiya ilə mübarizənin önəmini bəyan edib, o cümlədən də parlament kürsüsündən etdiyi çıxışlarda bunu vurğulayıb. O, açıq şəkildə Ermənistan hakimiyyətini ən korrupsiyalaşmış hakimiyyət adlandırıb. 2018-ci il iyunun 7-də artıq baş nazir vəzifəsinə keçən Paşinyan hökumətin proqramını təqdim edərək bunları bildirib:
“Biz korrupsiyanın və korrupsiya mexanizmləri ilə qərar qəbul etmənin kökünü kəsəcəyik. Mən əminəm ki, biz asanlıqla bunu edəcəyik, çünki dövlət başçısı korrupsiyaya bulaşmayıbsa və heç bir korrupsiya intriqası ilə məhdudlaşmayıbsa, bu, artıq korrupsiyanın axırına çıxmaq üçün mühüm imkandır”.
• Ermənistanda korrupsiya ilə mübarizə. Mif, yoxsa reallıq?
Korrupsiyaya qarşı mübarizə Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın doğmalarına da gedib çıxıb. Keçmiş prezidentin qardaşı Levon Sarqsyana, o cümlədən də onun oğluna və qızına qarşı qanunsuz varlanma ittihamı irəli sürülüb. Onların evində axtarış zamanı 6,6 milyon dollar həcmində depozit çekləri aşkarlanıb. Onlar həbs olunub və daha sonra öölkəni tərk etməmək haqda iltizam imzalayaraq sərbəst buraxılıblar.
Bir müddət sonra Milli Təhlükəsizlik Xidməti eks-prezidentin digər qardaşının – Aleksandr Sarqsyanın evində xüsusi əməliyyat keçirib, onu və oğlu Hayk Sarqsyanı saxlayıb. Daha sonra isə sonuncu on il əvvəlki işlə bağlı həbs edilib.
Serj Sarqasyanın mühafizəsinin keçmiş rəisi Vaçaqan Kazaryana qarşı da qanunsuz varlanma ittihamı irəli sürülüb. Onda milyon dollar aşkarlanıb və özünün bildirdiyinə görə, o, bu vəsait haqda etika komissiyasına məlumat verməyi unudub.
Bu yaxınlarda, dekabrın 9-da isə korrupsiyanın aradan qaldırılmasına həsr olunmuş ekspertlər forumunda baş nazir bildirib ki, korrupsiyaya qarşı mübarizəni heç bir halda keçmiş sırf “korrupsiyalaşmış hakimiyyətlə” mübarizə kimi qəbul etmək lazım deyil. Buna görə də, o, əmin edib ki, korrupsiya ilə mübarizədə onun üçün “keçmiş” və ya “indiki” hakimiyyət anlayışı yoxdur.
Avropa İttfaqı yeni hökuməti dəstəkləməyə hazırdır
Ermənistanda inqilabi proseslər başa çatandan dərhal sonra Avropa İttifaqı Nikol Paşinyanın korrupsiyaya qarşı mübarizəsini dəstəkləməyə hazır olduğunu bəyan etdi.
2018-ci il iyulun 16-da Eİ-nin Ermənistandakı nümayəndə heyətinin başçısı Petr Svitalski bildirib ki, Aİ keçmiş hakimiyyəti dəstəkləsə də, əvvəlki baş nazir dövründə korrupsiyaya qarşı mübarizə komissiyasının işində iştirakdan imtina edib, çünki onu müstəqil hesab etməyiblər.
Amma Ermənistan Avropadan daha çox şey gözləyir. Baş nazir Brüsselə az əvvəlki səfərindən sonra bildirib:
“Avropalı tərəfdaşlarımızdan biri ilə görüş zamanı mən Aİ-nin inqilabdan sonra Ermənistana köməyinin həcmini artırmamasını anlamadığımı bildirdim. Aİ-nin yüksək vəzifəli məmurlarından biri belə cavab verdi: “Siz niyə belə deyirsiz? Biz 10 milyon avro əlavə etmişik”. Mən isə dedim ki, müxtəlif zinayət işləri üzrə biz artıq 42 milyon dollar toplamışıq və əgər biz məşhur korrupsiyaçılardan birini yaxşı silkələsək, eyni məbləğ onun ciblərindən töküləcək”.
Bundan sonra səfir Svitalski deyib:
“Yeni hökumət bildirib ki, Ermənistanın Aİ ilə bağlı siyasəti dəyişməyəcək, odur ki, Aİ-nin Ermənistana münasibətdə siyasətinin dəyişəcəyini də gözləmək lazım deyil”.