Ermənistanda həyat bahalaşır: statistika komitəsinin hesablamaları
2020-ci ilin aprelindən Ermənistanda həyat 6,2% bahalaşıb, cəmi bir ay ərzində isə, yəni 2021-ci ilin martından sonra bahalaşma1,3% təşkil edib. Bu haqda statistika komitəsinin hesabatında deyilir.
Ən çox bitki yağı (73,5%) və şəkər (41%) bahalaşıb.
Vəziyyətə nə cürsə təsir etmək üçün Mərkəzi Bank yenidən maliyyələşdirmə faizini 0,5% artıraraq 6%-ə çatdırıb. Yenidən maliyyələşdirmə faizi Mərkəzi Bankın kommersiya banklarına kredit verildiyi zaman tətbiq etdiyi vahid faizdir.
İqtisadçı Vahan Xaçatryan dünya bankında qiymətlərin artmasını bahalaşmanın əsas səbəbi, yenidən maliyyələşdirmənin yeni faizini isə çox yüksək hesab edir.
Nə və nə qədər bahalaşıb?
Ötən illə müqayisədə qida məhsullarının qiyməti 8,3%, qalan malların qiyməti isə 8,5% yüksəlib.
Statistika Komitəsinin hesabatında deyilir ki, buna bir çox halda 5,3-7,8%-lik inflyasiya səbəb olub.
Nəticədə
- il ərzində yumurta 55,7%,
- bitki yağı 73,5%,
- şəkər və şəkər tozu 41% bahalaşıb.
2020-ci ilin apreli ilə müqayisədə benzin 31,1%, dizel yanacağı 11,1% bahalaşıb.
Ancaq unun və çörəyin qiyməti 0,2% ucuzlaşıb.
İqtisadiyyat Nazirliyinin mövqeyi
İqtisadiyyat naziri səlahiyyətlərini icra edən Vahan Kerobyan bildirib ki, İqtisadiyyat Nazirliyində qiymət artımından “ciddi narahatdırlar”, amma inflyasiya və qiymət artımı məsələsi Mərkəzi Bankın səlahiyyətlərinə daxildir.
“Bununla belə, biz Mərkəzi Bankla sıx əməkdaşlıq edirik ki, inflyasiyanın qarşısı yalnız pul-kredit siyasəti alətləri vasitəsilə yox, həm də iqtisadi tədbirlərlə alınsın. Biz əlimizi salıb oturmaq niyyətində deyilik və proaktiv tədbirlərlə inflyasiyasının saxlamağa çalışırıq”, – nazir qeyd edib.
Bundan başqa, nazirin fikrincə, Ermənistanda inflyasiya dünyanın digər ölkələri ilə müqayisədə çox da yüksək deyil.
Mərkəzi Bankın izahatı
Mərkəzi Bankda qiymət artımının qarşısını almaq üçün yenidən maliyyələşdirmə faizi artırılıb. Bu haqda bu günlərdə Mərkəzi Bankın sədri Martin Qalstyan elan edib. Onun sözlərinə görə, Mərkəzi Bank əsas siqnalı istehsalçıların diqqətinə çatdırmağa çalışır – qısamüddətli perspektivdə müəyyən qiymət artımı ola bilər.
Martda dünya bazarında ərzaq qiymətlərində müəyyən stabilləşməsindən sonra yenidən inflyasiya müşahidə olunur. Ermənistan da idxalçı ölkə kimi bundan qaça bilmir.
“Dünya bazarında neft qiymətində təxminən 80 faiz, şəkər qiymətində 40 faiz artım müşahidə olunur. Biz kiçid idxalçı ölkə kimi bu qiymətləri iqnor edə bilmərik. Başqa sözlə, bizdə sırf daxili istehlakçının tələblərinin təmin olunmasına istiqamətlənən yerli istehsal yoxdur. Buna görə də biz idxalçı ölkə kimi inflyasiyanı da idxal edirik”, – MB sədri bildirib.
Ekspert şərhi
İqtisadçı Vahan Xaçatryan Mərkəzi Bank rəhbərinin ölkədə qiymət artımının dünya bazarındakı vəziyyətlə şərtləndiyi fikri ilə razıdır.
“Az əvvəl mən Rusiya KİV-də Ermənistanla yox, Rusiya ilə əlaqədar qiymətlərin maraqlı analizini oxudum. Amma məlum olduğuna görə, mənzərə eynidir. Səbəblər dünya iqtisadiyyatında və dünya bazarındadır. Ötən ilin iyulundan başlayaraq hazırda baş verənlər həm də kənd təsərrüfatı üçün əlverişsiz hava şəraiti ilə və əlbəttə ki, ən əsası pamdemiya zamanı yaranan geoiqtisadi vəziyyətlə bağlıdır”.
Amma ekspertin sözlərinə görə, son üç ayın göstəriciləri Ermənistanın iqtisadiyyatının tədricən bərpa olunduğunu göstərir:
“Orada istehsal ixracı ilə bağlı yaxşı tendensiya var. Qiymətlərin qalxması əsasən xarici bazarla və dünya iqtisadiyyatındakı xarici vəziyyəqlə əlaqədardır”.
Ərzaq məhsullarının qiymətinin 8,3 faiz artmasını Xaçatryan Ermənistan iqtisadiyyatı üçün çox yüksək göstərici hesab edir:
“Maksimum səviyyə 5,5 faiz olmalı idi, indi isə artıq 9 faizə yaxındır, yəni demək olar ki, iki dəfə çox, bu da Mərkəzi Bankın növbəti addımları üçün artıq mənfi göstəricidir”.
Bununla belə, ekspertin sözlərinə görə, MB inflyasiaya görə cavabdehdir, iqtisadi inkişafa görə yox:
“MB inflyasiya səviyyəsinə təsir etməlidir. Bu, birtərəfli hərəkətdir, amma bu o demək deyil ki, inflyasiya problemi həll edildiyi zaman ölkə istisadiyyatı yüksəlməyə başlayacaq. Amma konstitusiyada təsbit edilib ki, maliyyə vəziyyətinin stabilliyi üçün MB inflyasiyaya görə cavabdehdir. MB artıq işə başlayıb. Amma əgər o, yenidən maliyyələşmə faizini çox yüksəldirsə, bu, artıq iqtisadiyyatın yüksəlişinə mənfi təsir göstərəcək”.
Üstəlik Mərkəzi Bankın müəyyən etdiyi hazırkı 6 faizlik yenidən maliyyələşmə payını da iqtisadiyyatçı çox yüksək adlandırıb:
“Bu, bizim gəlirlərimizin azalacağı, hətta təkcə gəlirlərimizin yox, həm də istehsalımızın azalacağı, iqtisadiyyatın isə yerində addımlayacağı deməkdir. İndi Ermənistan iqtisadiyyatı üçün ən problemli məsələ inflyasiyanın qarşısını almaq və bununla yanaşı iqtisadiyyatı inkişaf etdirmək və bunun vətəndaşların gəlirlərinə heç cür təsir etməməsini təmin etməkdir.
İqtisadi cəhətdən bu çətindir. Ötən il respublika iki böhramdan keçib [koronavirus pandemiyası və Qarabağdakı müharibəni nəzərdə tutur], daxili siyasətdəki qeyri-müəyyənlik də bunun üzərinə gəlib. Bundan başqa, milli valyutanın məzənnəsi düşüb, buna görə də idxal mallarının qiyməti yüksəlib”.