Rəsmi Yerevan Türkiyə ilə dialoqa gedib, münasibətləri yoluna qoymağa hazırdır, amma bunu Ermənistanın milli maraqları hesabına etmək niyyətində deyil.
“Nəhayət, coğrafiya dəyişmir. Ön şərtlər olmadan, amma biz aydın şəkildə anlayırıq ki, reallıqlar var. Biz bunu milli maraqlarımıza zidd olaraq etmirik və etmərik də. Bizim dediklərimiz hamının maraqlarına cavab verir, biz regionda stabillik maraqlarından çıxış edirik, amma biz öz ziyanımıza hərəkət etməyə hazır deyilik, heç vaxt da hazır olmamışıq”, – ölkənin xarici işlər naziri Zohrab Mnatsakanyan bəyan edib.
O qeyd edib ki, Ermənistan qonşu ölkə ilə dost münasibətlər qurmaqda həmişə maraqlı olub. Nazir onu da bildirib ki, ölkələr arasındakı münasibətlərin hazırkı vəziyyətinə görə günah məhz Türkiyənin üzərindədir:
“Bu günə olan duruma görə, mən heç bir ümidverici bəyanat eşitməmişəm ki, qarşı tərəfin də [həll yolu tapmağa] hazır olduğunu ehtimal etmək üçün bizim də hər hansı əsasımız olsun”.
Ermənistan-Türkiyə münasibətlərində yaxın zamanda əhəmiyyətli dəyişikliklər olmayacaq, JAMnews-a müsahibəsində türkoloq Anahit Veziryan deyib. Onun sözlərinə görə, Türkiyənin xarici siyasətlə bağlı gündəmi o qədər zəngindir ki, orada Ermənitana sadəcə yer tapılmayacaq:
“Tərəflər arasında əlaqələr mümkündür, xüsusən də Ermənistandakı hakimiyyət dəyişikliyini və Ərdoğanın Ermənistanla bağlı bəzi bəyanatlarını nəzərə alsaq. Amma biz bu bəyanatların işlərin hazırkı vəziyyətini dəyişəcəyini deyə bilmərik. Türkiyə üçün indi ən əsası Yaxın Şərqdir. Türkiyənin birinci dərəcəli maraqları olduğu və bu maraqları qorumaq ehtiyacı duyduğu müddətcə Ermənistan Ankaranın xarici siyasətində hər hansı vacib yer tuta bilməyəcək”.
Sovet İttifaqı dağılandan sonra Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər qurulmayıb. Üstəlik qonşu dövlətlər arasında sərhədlər Türkiyənin təşəbbüsü ilə 1993-ci ildən bəri bağlıdır.
2008-ci ildə Ermənistanın o zamankı prezidenti Serj Sarqsyanın təşəbbüsü ilə “Diplomatik münasibətlərin qurulması haqda protokol” və “İkitərəfli münasibətlərin inkişafı haqda protokol” imzalandı və iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməli idi. Amma bu baş vermədi. B