Ermənistan 5 ildir ki, Rusiyanın liderlik etdiyi ittifaqdadır. Ölkə AAİİ-dən nə alıb və nə almayıb?
2015-ci ildə Ermənistan AAİİ-ə – Rusiyanın təşəbbüsü ilə yaradılan iqtisasi ittifaqa qoşulub. Bu, Ermənistan hakimiyyətinin qaça bilmədiyi siyasi qərar idi. Müvafiq olaraq, AAİİ-ə daxil olmayacağı təqdirdə Ermənistan iqtisadiyyatının necə olacağını müzakirə etməyin mənası yoxdur.
Amma beş il keçəndən sonra nəticələrə baxmaq olar: ölkə AAİİ-ə daxil olmaqla nə qazanıb və nə itirib?
Tarixçə
Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqda qərar tələsik və ölkə vətəndaşları üçün gözlənilmədən qəbul olunmuşdu. Ölkə Avropa İttifaqı ilə assosiasiya haqda saziş imzalamaq ərəfəsində idi. Amma 2013-cü il sentyabrın 3-də o zamankı prezident Serj Sarqsyan Avrasiya iqtisadi zonasına inteqrasiya niyyətini açıqladı. Bununla da ətrafında üç il yarım danışıqlar aparılan Avropa İttifaqı ilə assosiasiya haqda saziş imzalanmadı.
• AAİİ Ermənistanda “müqəddəs inək” statusunu itirir
• Ermənistan və Avropa İttifaqı əməkdaşlıq haqda saziş bağlayıb
Buna qədər Avrasiya İqtisadi İttifaqına daxil olmağın ümumi sərhəd olmadığı üçün məqsədyönlü olmadığını bildirən hakimiyyət isə birdən-birə əks fikrə gəldi.
Bu dönüş ölkənin nüfuzu üçün sadə məsələ deyildi, amma hamı üçün, o cümlədən də avropalılar üçün aydın idi. Rusiya Ermənistanın strateji müttəfiqidir və onun təklifindən imtina ağır nəticələrə – ilk növbədə də siyasi müstəvidə – gətirib çıxara bilərdi.
Daxili auditoriyaya elan olundu ki, bu addımı iqqtisadiyyatın dirçəldilməsi üçün atırlar. 170 milyon əhalisi olan AAİİ bazarına giriş imkanı əsas amil olaraq gətirilirdi. Baxmayaraq kiŞ bu bazar elə əvvəl də Ermənistan üçün qapalı deyildi.
Yeri gəlmişkən, hazırkı “inqilabçı” hökumətin başçısı Nikol Paşinyan müxalifətdə olduğu müddətdə Ermənistanın bu struktura daxil olmasına qarşı idi. 2018-ci ilin yazında hakimiyyətə gələndən sonra Paşinyan öz fikrini dəyişdi. İndi o tez-tez ittifaqın ölkə iqtisadiyyatına müsbət təsirindən danışır.
Ermənistanın nəyə ehtiyacı vardı, ona nə təklif edildi?
AAİİ-nin əsas təklifi – sadələşdirilmiş sxem üzrə qarşılıqlı sərfəli ticarət ekspert dairələrində xüsusi canlanma doğurmadı. Çünki Ermənistanın ehtiyacı olan şey bu deyildi, fundamental problemlərin həlli idi. Avropa İttifaqı da məhz bu nöqteyi-nəzərdən yardım etmək niyyətində idi. Məsələn, makro-iqtisadi problemlərin həllində, ixrac potensialı olan sahələrin formalaşdırılmasında.
• Ermənistan Avropa İttifaqı ilə saziş ratifikasiya edən yeganə AAİİ ölkəsi oldu
• Avropaya açılan pəncərə. İkinci raund
• Məxməri inqilabdan sonra Avropa İttifaqı-Ermənistan münasibətləri. Niyə sıçrama baş vermədi?
Üstəlik 2015-ci ildə ölkə yolların təmiri, suvarma şəbəkələrinin modernləşdirilməsi, doluya qarşı müasir qurğuların alınması kimi elementar problemləri həll etməli idi. Amma bunun üçün sərmayəyə ehtiyac vardı və assosiasiya haqda saziş imzalanacağı təqdirdə Avropa İttifaqı bu vəsaiti verməyə hazır idi.
AAİİ ilə əməkdaşlıq müddətində ölkə iqtisadiyyatında əhəmiyyətli dəyişikliklər baş verməyib – heç bir sahədə, amma istehsal və ölkədən ixrac artıb.
Yeri gəlmişkən, Ermənistanda istehsal olunan məhsulların Avropa bazarına çıxması üçün müəyyən tələblərə cavab vermək lazım idi, amma bu tələblərə çox az yerli şirkət cavab verə bilir. Odur ki, qısa perspektivdə AAİİ bazarında yer qazanmaq daha real idi.
İqtisadiyyatda inkişaf varmı?
Bu haqda fikirlər fərqlidir. Sadə vətəndaşlar əhəmiyyətli dəyişiklik hiss etmirlər. Hakimiyyət bildirir ki, inkişaf göz qabağındadır.
2020-ci ilin yanvarında sonuncu mətbuat konfransı zamanı baş nazir ölkənin nailiyyətləri arasında aşağıdakıları sayıb:
“2019-cu ilin üç rübünün nəticələrinə əsasən, Ermənistanda ÜDM təxminən 7,5 faiz təşkil edib, bu da 2017-ci ilin müvafiq göstəricisindən 1,6 faiz, 2018-ci ilin göstəricisindən isə 1,3 faiz yüksəkdir.
Üç rübün [2019-cu ilin] göstəricilərinə əsasən Ermənistan iqtisadi yüksəliş tempinə görə Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında birinci yeri tutub, Beynəlxallq Valyuta Fondunun dəyərləndirməsinə görə isə həm də Avropa regionunda”.
AAİİ çərçivəsində qeydə alınan nailiyyətlər
Bu siyahıda birinci yerdə mal dövriyyəsinin artmasıdır.
Əməkdaşlığın ilk ilində qarşılıqlı ticarətdə qurum üzvləri olan ölkələr arasında Ermənistanın payı ən kiçik idi. Bu beş il ərzində AAİİ ölkələrinə ixrac iki dəfədən çox artıb və Ermənistan öz göstəricisi ilə Qırğızıstanı geridə qoyub.
AAİİ ilə əməkdaşlığın ticarət bumu 2018-ci ildə baş verib. Ermənistan təxminən 2 milyard dollarlıq mal ixrac və idxal edib. 2019-cu il üzrə göstəricilərin yekunu hələ çıxarılmayıb, amma ilkin dəyərləndirməyə görə, mal dövriyyəsi 2 milyard dolları aşacaq.
AAİİ bazarına Ermənistan alkoqollu və alkoqolsuz içkilər, siqaret, tekstil malları, konserva, təzə meyvə və tərəvəz, heyvan mənşəli məhsullar, tibbi, musiqili, saat və digər mexanizmlər.
Yeri gəlmişkən, Ermənistan tərəfi bu il təklif edib ki, hər ölkə ittifaq çərçivəsində bir sahəni öz üzərinə götürüb, inkişaf etdirsin. Ermənistan vahid AAİİ zərgərlik brendinin formalaşdırılmasını öz üzərinə götürüb, çünkibu sahədə təcrübəyə və nailiyyətə sahibdir.
Bundan başqa, Ermənistan yüksək texnologiyalara xüsusi diqqət yetirir, yalnız 2018-ci ildə bu sahədə yüksəliş 33 faiz təşkil edib.
Sahibkar ticarət haqda
“Ararat” qida kombinatının icraçı direktoru Armen Tarverdyan artıq 10 ildir ki, kəndtəsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur.
Kombinat təbii şirələr, meyvə və tərəvəz konservləri, bitki çayları istehsal edir. Əsas ticarət bazarı AAİİ-dir. Məhsulun az hissəsi Almaniya və Fransaya aparılır.
Sahibkar bildirir ki, AAİİ ərazisində ticaət prosesi maksimum sadələşdirilib:
“Ermənistandan ixrac edilən malların deklarasiya prosesi bir neçə dəfə sadələşdirilib. AAİİ ölkələrindən Ermənistana idxal edilən mallara gömrük rüsumu da tətbiq olunmur. Sənəd hazırlamaq lazım deyil, sertifikatlaşdırma prosesi yoxdur – dərhal malı alırsan”.
Gömrük imtiyazları yalnız Ermənistanda istehsal olunan məhsullara yox, Ermənistandan tranzitlə ixrac olunan mallara da tətbiq olunur. Yəni Ermənistan digər ölkələrdən malların AAİİ-ə çatdırılması üçün körpü ola bilər. Söhbət əsasən İrandan gedir. AAİİ isə artıq İranla azad iqtisadi zona yaradılması haqda saziş imzalayıb – Ermənistanın apardığı danışıqların yekunu əsasında.
Bu sazişin sayəsində İran məhsiulları AAİİ ölkələrinə daha ucuz qqiymətə çatdırılacaq.
• Ermənistan İran və Avrasiya İttifaqı ölkələri arasında tranzit ərazi olacaq
Bahalaşma haqda
2020-ci il yanvarın 1-dən Ermənistanda yeni gömrük rüsumları qüvvəyə minib. Dəyişikliklər AAİİ-ə daxil olmayan ölkələrdən idxal olunan mallara aiddir.
Gömrük rüsumlarının dəyişdirilməsi haqda saziş hələ 2015-ci ildə bütün AAİİ ölkələri arasında imzalanıb. O zaman Ermənistana əlavə 5 il verilib ki, iqtisadiyyatını dəyişikliklərə hazırlasın və mənfi təsirləri azaltsın.
İndi 700 adda mal gömrükdən keçirilərkən daha yüksək tariflə rüsum ödənəcək. Bunların arasında ilk ehtiyacərzaqları var. Siyahıya quş əti, iribuynuzlu mal əti, düyü, günəbaxan və kərə yağı, süd məhsulları daxildir. Həmçinin tibbi preparatlar da bahalaşacaq, onların gömrük rüsumu 2-4 faiz yüksəlib.
Ən çox üçüncü ölkələrdən idxal olunan avtomobillər bahalaşacaq. Onların gömrük rüsumu bir neçə dəfə yüksəlib. Bununla belə, ekspertlər Ermənistan sakinlərinin indən belə Rusiyanın “Lada”sını Almaniyanın “BMW”-sindən üstün tutacaqlarını düşünmürlər. Hesab edirlər ki, avtomobil alarkən qiymət nə yeganə, nə də həlledici arqument deyil.
Ümumilikdə gömrük tariflərinin yüksəlməsinin inflyasiyaya potensial təsiri 0,5 faiz kimi dəyərləndirilir.
İqtisadçılar bildirirlər ki, bu ölkə sakinlərinin cibinə çox da təsir etməyəcək, çünki onların AAİİ, yerli və digər ölkələrin məhsulları arasında seçim etmək imkanı olacaq.
Üstəlik 2020-ci ildə Ermənistanda gəlir vergisi 5 faiz azalıb, minimum əməkhaqqı, həmçinin müəyyən sosial qrupların aylıq gəliri yüksəlib, bu da bahalaşmanın nəticələrini yumşaltmalıdır.
Ən böyük problem
Ermənistanlı sahibkarları ən çox yüklərin Rusiyaya daşınması məsələsi narahat edir. dəmiryolu xətti yoxdur – nizamlanmamış gürcü-abxaz müharibəsi üzündən. Avtomobil yolu bir dənədir, Gürcüstan vasitəsilə.
Yuxarı Lars kəndi yaxınlığında Rusiya nəzarət-buraxılış məntəqəsində Ermənistandan gələn yük maşınları uzun müddət növbələrdə qalır. Yol dardır, qışda qarla örtüldüyü zaman, ilin başqa mövsümlərində isə daş uçqunu səbəbilə bu yol tez-tez bağlanır.
Rusiya ilə Gürcüstan sərhədində, Yuxarı Lars nəzarət-keçid məntəqəsi qarşısında növbə
“Abxaziya vasitəsilə yüklərin daşınması üçün imkan yaratmaq lazımdır. Bu məsələdə Ermənistan, Rusiya, Gürcüstan və Abxaziya arasında dördtərəfli danışıqlar olmalıdır. Rusiyanın təsirinə baxmayaraq, Abxaziyanın səsi bu məsələdə önəmlidir”, – iş adamı Armen Tarverdyan belə hesab edir.
Amma ekspertlər əmindirlər ki, regiondakı siyasi vəziyyəti nəzərə alaraq, Abxaziyadan keçən tranzit yola yaxın zamanlarda ümid etmək mənasızdır. Buna görə də onlar Yuxarı Lars yolunda ayrıca zolağın yaradılması, Ermənistandan yük daşıyanlara ittifaq üzvü olan ölkənin nümayəndələri kimi üstünlük verilməsi haqda danışırlar.
“Bizim avtomobillər Gürvüstan, Türkiyə avtomobillərinin də keçdiyi eyni keçid məntəqəsindən keçir. Eyni iqtisadi ittifaqa daxil olan ölkələr arasında belə münasibətlər ola bilməz”, – iqtisadçı Aykaz Fanan hesab edir.
• Gürcüstan və Rusiya arasında yük tranziti Abxaziya və Cənubi Osetiyadan keçəcəkmi?
Ekspertlərin rəyi
Ekspertlər ittifaq ölkələri arasında münasibətlərin ticarətlə məhdudlaşmasını qəbuledilməz sayırlar. Eyni zamanda Ermənistan sahibkarlarına AAİİ bazarında ilişib qalmamağı tövsiyə edirlər.
“AAİİ Rusiya ətrafında formalaşdırılmış süni strukturdur. Üzv ölkələr arasında əlaqələr qarşılıqlı deyil, Rusiya vasitəsilədir. Demək olar ki, bütün ölkələr üçün ittifaqa daxil olmaq Rusiya amili ilə şərtlənib.
Və əgər bir gün Rusiya belə qərara gəlsə ki, biz öz məhsulumuzu ixrac etməməliyik, bizim istehsalçılar üçün alternativ tapmaq hədsiz çətin olacaq, çünki Aİ və ya Ərərbistan körfəzi ölkələrinin bazarlarına aşağı rəqabət qabiliyyəti olan mallarla çıxmaq mümkün eyil”, – iqtisadçı Aykaz Fanyan deyib.
İqtisadçı Hrant Mikaelyanın dəyərləndirməsi daha nikbindir:
“Mənim hesablarım göstərir ki, AAİİ sayəsində biz istehsal yolu ilə əlavə 1,25 faiz iqtisadi yüksəlişə sahibik. Əgər bu temp qalsa və artsa, ildən ilə artım daha əhəmiyyətli olacaq”.
Onun sözlərinə görə, AAİİ ilə əməkdaşlıq hesabına Ermənistan ayaqqabı və geyim istehsalını modernləşdirib. İttifaq ölkələrindəki tələbat bu mallara Ermənistan bazarında da rəqabətədavamlı olmağa kömək edib.
AAİİ-ə daxil olmağın müsbət tərəflərri haqda danışarkən, ekspert xatırladıb ki, 2014-cü ildən sonra qazın əhəmiyyətli dərəcədə bahalaşması baş verməyib, Ermənistan vətəndaşları isə Rusiya ərazisində azad yaşaya və işləyə bilir:
“Aydın deyil ki, Ermənistan ittifaqa daxil oolmaqdan imtina etsəydi, hadisələr necə inkişaf edərdi”.
Əgər AAİİ ölkələrindən Ermənistana investisiya daxil olmağa başlasaydı, Hrant Mikaelyan əməkdaşlığı baş tutmuş hesab edə bilərdi:
“Ermənistan iqtisadiyyatına Qərbdən birbaşa investisiya qoyuluşu azalıb, bu, həm də Ermənistan AAİİ üzvü olduğu üçün baş verib. Amma bu illər ərzində AAİİ-dən Ermənistana sərmayə daixl olmayıb”.
Ümumilikdə, analitiklər Avrasiya İqtisadi İttifaqına yeni iqtisadi əməkdaşlıq istiqamətlərinin tətbiq edilməsini gözləyirlər. Əgər inkişaf olmasa, onlar yeni iqtisadi tərəfdaşlar axtarışı ilə ittifaqın yaratdığı sərhədlər üzərindən “sıçrayışın” olacağını proqnozlaşdırırlar.