Ermənistanın eks-prezidentinin qardaşı oğlu 5,5 il azadlıqdan məhrum edilib
Yerevan məhkəməsi Ermənistanın eks-prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı 5,5 il azadlıqdan məhrum edib. O, qanunsuz silah saxlamaqda, narkotik dövriyyəsində və insan oğurluğunun təşkilində ittiham olunur. Hökmü oxuyarkən hakim aydınlıq gətirib ki, Sarqsyan artıq bir müddətdir ki, həbsdədir və onun həbs müddəti üç il yarımdan sonra başa çatacaq.
Hökm səslənəndən sonra müttəhim jurnalistlərə əl yelləyib və məhkəmə zalından gedib.
2018-ci il “məxməri” inqilabdan sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzində qalan Ermənistanın eks-prezidentinin ailə üzvləri və yaxın ətrafında haqqında cinayət işi qaldırılan yeganə şəxs Narek Sarqsyan deyil. Serj Sarqsyanın qardaşlarına, qardaşı uşaqlarına və kürəkəninə qarşı cinayət işləri qaldırılıb.
Bundan başqa, keçmiş prezident (2008-ci ildən 2018-ci ilə qədər) özü də “dizel işi” üzrə ittiham olunur. Ehtimal olunur ki, o, 1 milyon dollardan çox bübcə vəsaitini talayıb.
Narek Sarqsyan və doğmalarının nədə ittiham olunduğu haqda bütün təfərrüatlar.
Narek Sarqsyanın işi
Eks-prezidentin qardaşı oğluna qarşı cinayət işi 2018-ci ildə qaldırılıb və onun haqqında atarış elan edilib.
Ötən il dekabrın 6-da Narek Sarqsyan Praqada Qvatemala vətəndaşı Franklin Qonsales adına saxta pasportla aşkarlanıb.
O, bütün maddələr üzrə təqsirini etiraf edib, görünür ki, məhkəmə hökmünü də mübahisələndirmək niyyətində deyil.
Eks-prezident və doğmaları nədə ittiham olunur?
Keçmiş prezidetn Serj Sarqsyan “dizel işi” üzrə ittiham olunur. Ehtimal olunur ki, o, 1 milyon dollardan çox büdcə vəsaitini talayıb.
Ermənistanın eks-prezidentinin işi üzrə ibtidai istintaq 2020-ci ilin yanvarında başa çatıb. İstintaq orqanı toplanmış dəlilləri ittiham irəli sürmək və işi məhkəməyə ötürmək üçün yetərli hesab edib.
Keçmiş dövlət başçısının özü ittihamları rədd edir və bu işi siyasi təqib hesab edir.
Serj Sarqsyanın özündən başqa onun doğmaları da hüquq-mühafizə orqanlarının diqqət mərkəzində qalıblar.
Serj Sarqsyanın böyük qardaşı Levon Sarqsyana qarşı cinayət işi qaldırılıb. O, xüsusilə böyük həcmdə mənimsəmədə günahlandırılır.
Eks-prezidentin digər qardaşı oğlu Hayk Sarqsyan 2018-ci ildə qətlə təşəbbüsdə şübhəli bilinirdi.
Serj Sarqsyanın digər qardaşı Aleksandr Sarqsyana qarşı da cinayyət işi qaldırılıb. O, xüsusi böyük miqyasda dələduzluqda günahlandırılır.
Serj Sarqsyanın kürəkəni Mikael Minasyan qanunsuz varlanmaqda, gəlirləri haqda yalan bəyan verməkdə və cinayətkarlıq yolu iə əldə etdiyi əmkakın leqallaşdırılmasında günahlandırılır. Erçənistanda məhkəmə dəfələrlə onun həbsi haqda qərar qəbul edib, qərar mübahisələndiriləndən sonra isə onun üzərindən ittihamları geri götürüb. Minasyanın özü hazırda Ermənistandan kənarda, naməlum yerdədir.
Mikael Minasyanın atasına, yəni eks-prezidentin qudasına qarşı da xüsusi böyük həcmdə talan, səlahiyyətlərindən sui-istifadə, sənəd saxtakarlığı ilə bağlı ittiham irəli sürülüb. Ara Minasyan uzun illər “Surb Qriqor Lusaroviç” tibb mərkəzinə rəhbərlik edib. İnqilabdan sonra vəzifədən uzaqlaşdırılıb.