Ermənistanın baş naziri Nikol Paşinyan: Gürcüstan Ermənistan üçün böyük əhəmiyyət daşıyır
Paşinyanın sözlərinə görə, Gürcüstan və Ermənistan arasında münasibətlər dərinləşməlidir. Ermənistanın baş naziri hesab edir ki, iki ölkənin dövlətlərarası münasibətləri geosiyasi təsirlərə əsaslanmamalıdır.
“Gürcüstan dost ölkədir. Gürcüstan və Ermənistanın qardaş münasibətləri inkişaf etməlidir, biz həqiqətən də qardaş dövlətlərik və yaxın tərəfdaşlarıq. Bizim proqramımızda qeyd olunub ki, Gürcüstan Ermənistan üçün həlledici rol oynayır. Düşünürəm ki, bizim münasibətlərimiz geosiyasi amillərdən azad olmalıdır. Bəzən geosiyasi amillər bizim münasibətlərə təsir edir. Təəssüf ki, bu heç də həmişə müsbət təsir olmur, bəzən mənfi nəticələr də olur”, – Nikol Paşinyan bildirib.
Ermənistanın baş naziri əmindir ki, Ermənistan və Gürcüstanın münasibətləri geosiyasi amillər çərçivəsindən kənara çıxmalıdır.
“Düşünürəm ki, elə münasibətlər qurulmalıdır ki, geosiyasi amillərin təsirindən azad olsun. Ermənistan və Gürcüstanın birbaşa ikitərəfli münasibətləri olmalıdır və biz bu münasibətləri bütün sahələrdə, həm iqtisadiyyatda, həm siyasətdə, həm də sadəcə insani planda dərinləşdirməliyik”, – Nikol Paşinyan Birinci Kanala bildirib.
Keçmiş baş nazir Serj Sarqsyan aprelin 23-də 11 günlük etiraz aksiyalarından sonra istefa verib. Etiraz hərəkatının təşkilatçısı və müxalifət lideri Nikol Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçilib.