Ermənistandan Xankəndiyə gedən yol qumbara insidentindən sonra yenidən açılıb
Şuşada birgə postda azərbaycanlı hərbçilərə qumbara atılıb
Laçın dəhlizi – Ermənistanı Xankəndi (Stepanakert) ilə birləşdirən yol insidentlə bağlı bir neçə saatlıq bağlandıqdan sonra noyabrın 13-də səhər saat 11-də yenidən açılıb.
Səhər saat yeddidə Qarabağda Şuşa şəhəri yaxınlığında Rusiya sülhməramlıları və Azərbaycan hərbçilərinin birgə növbə çəkdiyi postda bir nəfər şəxs taksidən düşərək Azərbaycan hərbçiləri tərəfə qumbara atıb. ən azı üç nəfər yaralanıb – caliber.az məlumat verib.
- Gorus-Qafan yolunda Ermənistan sakinləri üçün Azərbaycan gömrüyü. Nə baş verir? Şərh
- “Azərbaycan pislə daha pis arasında seçim edib” – ekspertlər üçtərəfli bəyanat haqda
- Qarabağın statusu – hansı perspektivlər və variantlar mövcuddur? Bakıdan baxış
Bakıdan informasiya
Bildirilir ki, qumbaranı böyük ehtimalla Qarabağ sakini olan 1975-ci il təvəllüdlü Norayr Mirzoyan atıb. O, Rusiya sülhməramlıları tərəfindən saxlanılıb. Azərbaycan mediasında yayılan məlumatlara əsasən, Bakı onun verilməsini tələb edir.
Yerevandan informasiya
“Azərbaycan hərbçilərinin təxribatçı əməllərinə cavab olaraq naməlum şəxs Stepanakert-Berdzor dövlətlərarası magistralında Şuşa blokpostu yaxınlığında partlayıcı qurğu atıb”, – noyabrın 13-də səhər tanınmamış Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidməti hadisəyə dair belə məlumat yayıb.
Ermənistanın times.am nəşri Xankəndi-Laçın yolunda baş vermiş insidentlə bağlı başqa versiya paylaşıb.
“Bizdə olan məlumata görə, noyabrın 8-də burada öldürülən erməni fəhlənin qardaşı Azərbaycan hərbçilərinə taksi ilə yaxınlaşıb və onlara tərəf qumbara atıb. Bu məqamda qarşı tərəf orada olan erməni maşınlarına atəş açıb. Hələlik yaralananlar və xəsarət alanlar haqda məlumat yooxdur”.
Nəşrin məlumatına görə, Rusiya sülhməramlıları yolu bağlayıb, hadisə yerinə hətta təcili yardım maşınları da buraxılmayıb.
Məqalədəki terinlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.