Ermənistandakı molokanlar: 20 il əvvəl və indi, foto-hekayə
Ermənistandakı molokanlar
Jurnalist Mark Qriqoryan 2000-ci ildə Ermənistanın molokanlar yaşayan Fioletovo kəndində olub və sakinləri haqda kitab yazıb. 20 il sonra yenidən kəndi ziyarət edib. Bu müddət ərzində onun kitabının qəhrəmanlarının taleyi və kəndin aqibəti necə gətirib – hekayə bu haqdadır.
Sanki 20 il ərzində burada heç nə dəyişməyib. Hər şey əvvəlki kimidir. Kələmlərin yetişdiyi kənd sahələri, kəndin vizit kartı olan kələm şorabası bunlardan hazırlanır. Alçaq hasarların arxasında səliqəli evləri olan dağılmış enişli küçə. Ermənistan və Rusiyanın sarsılmaz dostluğu haqda şüarın yazıldığı məktəb.
Fioletovo Ermənistanda əvvəl olduğu kimi sadəcə molokanların yaşadığı yeganə kənd olaraq qalır.
Molokanlar kilsə iyerarxiyasını, ikonaları və xaç təsvirlərini qəbul etməyən, mənəvi xristianlığın Bibliyanı alleqorik və simvolik şərh edən dini cərəyanının nümayəndələridir.
Və nəhayət, möhtəşəm fotojurnalist Ruben Manqasaryanla birlikdə həyatını və məişətini öyrənməyə bir neçə ilimizi həsr etdiyimiz çox maraqlı insanlardır.
Təxminən 20 il əvvəl idi. Biz tez-tez Fioletovo kəndinə gəlirdik, tədricən molokanlarla dostlaşmışdıq və Ermənistan, Rusiya, Britaniya, Amerika və hətta Cənubi Koreyanın ən müxtəlif nəşrlərində ondan çox məqalə dərc etmişdik.
Tədricən bizim səfərlərimiz sadəcə jurnalist marağını aşdı. Bizim məqalələrimiz sayəsində Fioletovodakı bir neçə ailənin ABŞ-da qohumları tapıldı. Amma amerikalılar rus dilində danışmırdılar, Fioletovo molokanları isə ingilis dilini bilmirdilər. Buna görə də mən onların məktublarını tərcümə edir, elektron poçtla göndərirdim.
Sonra isə 2018-ci ildə mən fotolara, molokanlarla söhbətlərə, onlar haqda yazılmış kitablara və XX əsr Ermənistan molokanlarının görkəmli nümayəndələrindən biri İvan Semyonovdan aldığımız konsultasiyalara əsaslanan kitab dərc etdim.
Müəllifləri mənim və Ruben Manqasaryanın olduğu kitab “Ermənistanın şimalında balaca Rusiya” adlanır. Amma Ruben artıq yox idi – kitab nəşr olunandan doqquz il əvvəl infarktdan vəfat etmişdi.
- Dəhliz. Gürcütanın cənub diyarı Cavaxetiyada kim yaşayır?
- İnam, kolxoz və xama: rus molokanları əcdadlarının ənənələrini Azərbaycanda necə qoruyub saxlayır
- “Ada”. Gürcüstandakı duxoborlar, sənədli film
2021-ci ilin yayında mən, nəhayət, yenidən Fioletovoya gedə bildim. Kitabımızın qəhrəmanları ilə görüşmək, Rubenlə birlikdə 20 il əvvəl onlarla görüşəndən sonra onların necə dəyişdiyini görmək mənə maraqlı idi.
Mariya
Yellənçəkdə uçuşdan həzz alan qızcığazın fotosu hələ o vaxtdan hisslərin təmizliyi və simasında aydın sezilən möhtəşəm zövqlə yadımda qalmışdı.
20 ildən sonra isə Mariya ilə tanış oldum. Onun artıq 28 yaşındadır, ərinin adı Alekseydir, onların üç övladı var.
Mixail
Mixail Meçikovla biz 20 il əvvəl amerikalı molokan Con Meçikov mənə yazdığı və Fioletovo kəndində qohumlarını tapmaqda kömək istədiyi zaman tanış olmuşduq. Sovet hakimiyyəti qurulana qədər kənd Nikitino adlanırdı.
Con və Mixail yaxın qohum idi. Biz Amerikaya Cona Mixailin oğlanları ilə birlikdə konstruksiyasını hazırladığı və yığdığı yük maşınının qarşısındakı şəklini göndərdik.
İndi Mixailin 80 yaşı var. Həyətində artıq başqa yük maşını dayanıb, onu da özü hazırlayıb. Düzdür, ikisi də artıq qocalıblar – Meçikov da, maşın da.
İvan
İvan da Conun qohumudur. Həm də adaş sayılırlar – İvan Meçikov və John Metchikoff.
20 il əvvəl biz Cona ulu babalarının məzarını göstərən İvanın fotosunu çəkmişdik. İndi isə onun 79 yaşı var və o günlərini evdə keçirir, həyat yoldaşı, ağıllı və nəzakətli Anna ilə.
Con isə bir neçə il əvvəl vəfat edib. Sosial şəbəkələrdə onun oğlu Adamı tapdım, amma o, deyəsən, əcdadlarının torpağına çox da maraq göstərmədi.
Çörək
O vaxt, 20 il əvvəl biz molokanların necə çörək biirdiyini görməyi çox istəyirdik. Biz buna ancaq kəndə bir neçə dəfə gedib-gələndən sonra nail ola bildik, qadınlardan biri ilə razılığa gəldik və o, nəhayət, əsl rus sobasında çörək bişirdi.
Biz həmçinin məşhur molokansayağı kələm turşusunun necə hazırlandığını öyrəndik.
Əriştə
Bu dəfə mən Fioletovodan molokan əriştəsinin resepti ilə qayıtdım.
Əvvəlcə, əlbəttə ki, xəmir yoğurmaq lazımdır. Tərkibinə un, ev (alınmış yox) yumurtası, bir az su və duz gedir.
Xəmirdən çox nazik yuxalar yayılır, “tüstü qoxusu olsun deyə” ocaq üzərinə qoyulmuş dəmir saç üzərində azca qurudulur.
Bu cür sac üzərində kürdlər dağlarda lavaş hazırlayırlar – bir fərqlə, lavaş bişirilir, gələcək əriştə isə azca qurudulur.
Sonra qurudulmuş yuxalar bükülür və nazik doğranır.
Bu da əriştə. Amma bu hələ polufabrikatdır, çünki sonra onu bişirmək lazımdır, amma suda yox, ya toyuq, ya da mal ətinin bulyonunda. Ancaq bundan sonra onu yemək olar. Kənddə heç bir toy əriştəsiz keçmir.
İnəklər
Bir də, əlbəttə ki, hansı kənd inəksiz olar? İnəklər varsa, onları sağmaq da lazımdır. Amma 20 il əvvəl bizim üçün sağım proseduru prioritet deyildi – biz güman edirdik ki, milli ənənələrdən asılı olmayaraq, bütün kəndlərdə inəkləri eyni cür sağırlar.
Ümumiyyətlə elə belədir.
Amma bu il mən dağlarda Aleksey Novikovun ailəsi ilə birlikdə yayda inək saxladığı molokan “tərəkəmə evində” oldum. Bu, bir neçə otaqlı səliqə ilə tikilmiş balaca evdir, burada elektrik, mobil rabitə və hətta internet də var.
Mobil rabitə və internet
Amma 20 il əvvəl Fioletovoda cəmi bir telefon vardı, mobil rabitə işləmirdi, internet haqda isə ümumiyyətlə eşitməmişdilər, dini liderlər isə televizora baxmağı qadağan edirdilər.
İndi bu qadağalar keçmişdə qalıb. Kənddə mobil rabitə və internet yaxşı işləyir və onlardan demək olar ki hamı istifadə edir.
Aşağıdakı kadrda – Tatyana və beş övladından üçüdür. 20 il əvvəl o, gülərüzlü qızcığaz idi, indi isə Mariya kimi o da məktəbi bitirib və ərə gedib.
Onun övladları isə artıq Fioletovoda yaşayan molokanların yeni nəslidir.