Koronavirus Ermənistanda turizm sahəsini çökdürüb
Ermənistan koronavirus pandemiyası səbəbindən turizm sahəsinin ən çox zərər çəkdiyi ölkələr arasındadır. Milli Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin birinci yarısında ölkəyə cəmi 311 264 turist gəlib. Müqayisə üçün – 2019-cu ilin həmin dövründə bu rəqəm 770 055 nəfər təşkil edib.
•Koronavirus şərabçılar və üzümçülərə qarşı
•Koronavirusdan zərər görmüş turizm sahəsi Ermənistan hökumətindən yardım alacaq
Rəqəmlər nədən xəbər verir
Hesabatda deyilir ki, rəqəmlər 2020-ci ilin yanvar-mart aylarına olan məlumatlara əsasən formalaşıb, çünki apreldən iyuna qədər koronavirus səbəbindən ölkədə xarici turistlər olmayıb.
Bundan başqa, daxili turizm də çöküb – elə həmin dövr üçün turist axını 60,5% azalaraq, 140 158 nəfər olub. Bu, mehmanxanalarda qalanların sayıdır.
Tibbi turizm sahəsində kiçik artım müşahidə olunub – 15,3%.
Ölkədə koronavirusla bağlı vəziyyət
İyulun 6-da Ermənistan koronavirus yoluxmasının pik həddini keçdi, sutka ərzində yoluxanların sayı azalmağa başladı.
Bununla bağlı, avqustun 12-də komendatura xaricilərin ölkəyə gəlməsinə, həmçinin küçə tədbirləri və mitinqlərin keçirilməsinə epidemiyaya qarşı normalara riayət etməklə icazə verdi. Söhbət o cümlədən, sosial məsafədən gedir, həm də ölkədə hələ də məcburi “maska rejimi” davam edir.
Sentyabrın 9-da ölkədə 199 yoluxma qeydə alınıb, ümumi xəstələnənlər – 45 152 nəfərdi. Sağalanlar 41 023 nəfərdir, 905 nəfərin həyatını xilas etmək mümkün olmayıb.