Ermənistanda “donuz qripi” geri çəkilir
Ermənistanda H1N1 qrip virusu geri çəkilir, kəskin respirator xəstəliklərlə daxil olan pasiyentlərin sayı da azalıb. Bu haqda səhiyyə nazirinin səlahiyyətlərini yerinə yetirən Arsen Torosyan bildirib.
O xatırladıb ki, ayın əvvəlində H1N1 virusundan bir ölüm halı qeydə alınıb və bu hadisə ciddi araşdırılır.
Tibb işçiləri hesab edirlər ki, virusun yayılma riski hələ də yüksəkdir. Odur ki, nazirlikdə poliklinika həkimlərinin şənbə və bazar günləri səhərdən 15:00-a qədər növbə çəkməsi qərara alınıb.
Şagirdlər məktəblərə qayıdır
Kəskin respirator xəstəliklərə yoluxma ilə bağlı riksk qrupuna məktəblilər də daxildir. 15-16 yanvara olan vəziyyətə görə, dərslərə getməyən şagirdlərin sayı ölkə üzrə şagirdlərin ümumi sayının 2,4 faizinə qədər azalıb.
Xəstəxanalara da artıq mövsüm virusları ilə yoluxan daha az xəstə müraciət edir.
“Bu gün Ermənistanda təxminən əlli nəfər daha az uşaq xəstəxanaya yerləşdirilib. Əgər yanvarın 15-də xəstəxanalara 792 uşaq kəskin respirator infeksiya ilə yerləşdirilmişdisə, yanvarın 16-da bu uşaqların sayı 746 nəfər olub. Eyni tendensiya böyüklərdə də müşahidə edilir”, – səhiyyə naziri səlahiyyətlərini yerinə yetirən Torosyan məlumat verib.
• Ermənistanda daha çox insan qrip peyvəndinə razılıq verir
• Ermənistan hökuməti siqaret çəkilməsinə qarşı yeni və daha ciddi mübarizə strategiyası qəbul edib
Pnevmaniya xəstələrinin sayı artıb
Eyni zamanda ötən illə müqayisədə ağciyər iltihabı diaqnozlu xəstələrin sayı artıb. Əgər ötən il pnevmaniya xəstələrinin sayı 254 nəfər idisə, bu il bu göstərici 377 nəfərə yüksəlib. Həkimlər bunu soyuq havanın hökm sürməsi ilə izah edir.
“Məktəblərdə və bağçalarda temperaturun stabil saxlanılması tendensiyası bizdə müsbətdir. Əlbəttə, lazımı temperaturu təmin edə bilməyən məktəblər də var. Mən qubernatora zəng vuracağam ki, konkret hallar aradan qaldırılsın”, – səhiyyə nazirinin səlahiyyətlərini yerinə yetirən Arsen Torosyan bildirib.