Siqaretin qiyməti qalxır, ictimai yerlədə siqaret çəkmək qadağan olunur " />

Ermənistan hökuməti siqaret çəkənlərə qarşı yeni və daha ciddi strategiya qəbul edib

Siqaretin qiyməti qalxır, ictimai yerlədə siqaret çəkmək qadağan olunur

Ermənistan hakimiyyəti siqaret çəkənlərlə mübarizəni sərtləşdirir: bu gün hökumət siqaret çəkənlərə qarşı yeni mübarizə strategiyasını təsdiqləyib, məqsəd siqaret çəkənlərin sayını 30-40 faizə qədər azaltmaqdır.

Bunun üçün Səhiyyə Nazirliyi siqaretlərin qiymətini qaldırmağı, ictimai yerlədə siqaret çəkməyə qadağa qoymağı təklif edir.

“Ermənistanda yetkinlik yaşına çatmış kişilərin 55 faizi, qadınların isə 3 faizi siqaret çəkir. Buna görə də ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyulmasını təklif edirik. Restoranlarda siqaret çəkməyənlər üçün ayrıca məkanlar olmayacaq, çünki mübarizənin məqsədi siqaret çəkməyənlərin yanında heç kimin siqaret çəkməməsindən ibarət deyil, ümumiyyətlə heç kimin siqaret çəkməməyidir”, – səhiyyə naziri Levon Altunyan bildirib.

İctimai yerlərdə siqaret çəkməyə icazə verənlər də 10 min ABŞ dollarına qədər cərimə olunacaqlar.

Altunyan deyib ki, siqaretlərin qiyməti də 3-4 dəfə bahalaşacaq. Bu isə o deməkdir ki, qiyməti orta hesabla 350 drtam olan bir qutu siqaret 1000 drama satılacaq. Gündə bir qutu siqaret alan adam (əgər siqareti 350 drama alırsa) ayda 10500 ($20) dram əvəzinə 30000 dram ($60) xərcləməli olacaq.

Amma heç də hamı bu məhdudiyyətlərin siqaret çəkənlərin sayını azaldacağına inanmır. İstehlakçıların hüquqlarının müdafiəçisi Armen Poqosyanın sözlərinə görə, Ermənistanda illərlə siqaret çəkməyə qarşı mübarizə aparılmayıb, əksinə, bu vərdiş hər yolla təşviq edilib.

İqtisadçı Babken Tunyan isə deyir ki, ictimai yerlərdə – kafe və restoranlarda siqaret çəkməməyə qadağa qoyulması çətin ki, siqaret çəkənlərin sayının azalmasına səbəb olacaq: insanlar küçədə və ya öz evində yenə də siqaret çəkəcək.

Təklif olunan dəyişikliklər əsasən siqaret çəkənlər tərəfindən tənqidə məruz qalıb. Onlar bu dəyişiklikləri öz hüquqlarının pozulması kimi qiymətləndirirlər, bəziləri isə bildirir ki, nə olursa olsun siqaret çəkməyə davam edəcəklər. Siqaret çəkməyənlər isə əksinə, təşəbbüsü dəstəkləyiblər və bildiriblər ki, uzun illər onların sağlamlığına ziyan vurulub, artıq vəziyyəti dəyişmək zamanıdır:

“Ermənistan hökumətinin tütünə yeni yanaşmasının ictimai səhiyyənin yaxşılaşdırılması və sağlam həyat tərzinin təbliğatı ilə heç bir əlaqəsi yoxdur. Onların məqsədi sadəcə büdcəni doldurmaq, satıcıların və tütün (narkotik) istehsalçılarının gəlirlərini artırmaqdan ibarətdir”;

“Avropa ölkəsi, Avropa ölkəsi… Hamı bu haqda danışır. Bəsdir, özümüzü onlara oxşatdır. Ermənilər nə qədər istəsələr də, çalışsalar da avropalı ola bilməyəcəklər. Qulağı sırğalı qanun diktə eləyənlər kimdir axı və biz niyə özümüzü onlara oxşatmalıyıq?”;

“Siqaret çəkənlər təkcə öz sağlamlıqlarına deyil, siqaret çəkməyən ailə üzvlərinə, doğmalarına, dostlarına da ziyan vururlar. Öz ailə büdcələrini ziyana salır və uşaqlarına pis nümunə göstərirlər”;

“Rusiya Ermənistanı məcbur edir ki, qiyməti qaldırsın, bizimkilər də vasitə tapıblar. Amma hər şeyi savadsızca edirlər. Reklam vasitəsilə adamları bunun ziyan olduğuna inandırmaq əvəzinə, onlar tələsik qiymətləri qaldırırlar ki, qardaşın xətrinə dəyməsin”;

“Mağazaların siqaret bölümlərində oğurluq başlayacaq… Hədsiz kəskin bahalaşma siqareti tərgdə bilməyən, amma almağa da imkanı olmayan insanları xoş olmayan addımlara məcbur edəcək”.


More on JAMnews