Ermənistanda daha 14 koronavirusa yoluxma halı qeydə alınıb – ümumi say 136 olub
Martın 20-də Ermənistanda daha 14 koronavirusa yoluxma halı qeydə alınıb. Ümumilikdə yoluxanların sayı 136 nəfərə çatıb – Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzindən bildirilib.
Təfərrüatlar haqda hələlik məlumat verilmir. Daha əvvəl Səhiyyə Nazirliyi bəyanatla çıxış edərək bildirmişdi ki, yeni yoluxmalar haqda məlumatlar gündə bir dəfə səhər saatlarında açıqlanacaq.
Ermənistanda ilk koronavirusa yoluxma halı martın 1-də qeydə alınıb. Həmin pasiyent artıq sağalıb və xəstəxanadan evə buraxılıb. Bu, hələlik ölkədə yeganə sağalma halıdır.
Martın 16-da Ermənistan hökuməti yoluxmaların sürətlə artması səbəbilə bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edib. Fövqəladə vəziyyət aprelin 14-ə qədər qüvvədə olacaq.
· Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
· Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
· Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar