Ermənistanda dərmanların yalnız reseptlə satışı daha 4 il ertələnib
Ermənistanda dərmanların yalnız reseptllə satışı yenə də ertələnib. Bu dəfə dörd illik.
İlk dəfə bu ideya hələ “məxməri inqilabdan” əvvəl 2018-ci ildə yaranıb. Amma qərarın icrası ölkə əhalisinin təzyiqi ilə təxirə salınıb. Dərmanları reseptlə almaq zərurəti qəzəbə səbəb olub.
Sosial şəbəkələrdə insanlar həkim növbələrində vaxt itirmək istəmədikləri haqda yazıblar. Aydın idi ki, bu növbələr çox uzun olacaq, çünki hamı dərman almazdan əvvəl poliklinikalara müraciət etməli olacaq. Bundan başqa, həkimin qəbulu pulsuz prosedur deyil. Bu isə o deməkdir ki, ölkənin sosial təminatsız sakinləri üçün müalicə daha bahalı, bəzi hallarda isə əlçatmaz olacaq.
• Ermənistan: Xərçəng, ağrı ilə necə mübarizə aparmalı
Hər şey nədən başladı?
Hər şey 2018-ci ilin martında başlayıb. O zaman Ermənistan hökuməti martın 1-dən bütün dərmanların yalnız həkim resepti ilə satılması haqda qərar verib.
Düzdür, həkim resepti olmadan dərman satışına məhdudiyyətin tədricən həyata keçirilməsi nəzərdə tutulmuşdu:
2018-ci il martın 1-dən virus əleyhinə vasitələr (antibalterial, göbələk əleyhinə, antimikrobakterial, immun zərdabları və immunoqlobulinlər, vaksinlər);
2018-ci il iyulun 1-dən inyeksiya üçün nəzərdə tutulan dərmanlar.
Bu qərar ölkə sakinləri arasında qızğın etirazlara səbəb olub. İnternetdə isə tezliklə resept satanlar peyda olub. Onlar bir resepti beş min drama (təxminən on dollara) almağı təklif ediblər.
Bununla əlaqədar olaraq 2018-ci ilin iyununda dərman satışı qaydalarının sərtləşdirilməsi bir il, 2019-cu il iyulun 1-ə qədər təxirə salınıb. Hökumət bu qərarını o zaman bu məhdudiyyətlərin mümkün risklərini, o cümlədən korrupsiya ilə bağlı, araşdırmaq ehtiyacı ilə izah edib.
Bu dəfə nə qərara gəliblər?
İndi Ermənistanın yeni, inqilabdan sonrakı hökuməti 2019-cu il iyunun 1-dən dərmanların reseptlə satışının həyata keçirilməsini yenidən ertələmək qərarı alıb. Səhiyyə Nazirliyi öz qərarını cəmiyyətin dərman preparatlarını yeni qaydalarla almağa hazır olmaması ilə izah edib:
“Vətəndaşlar dərmanları həkim resepti ilə almaöın vacibliyinə alışmalıdır. Psixoloji hazırlıq üçün zaman lazımdır. Dərman preparatlarının bütün siyahısına dərhal yeni mexanizm tətbiq etmək yanlış olardı.Əəvvəlcə antibiotikləri reseptlə almağa alışmalıdılar, sonradan məsələn təzyiq dərmanı üçün resept almaq üçün həkim qəbuluna getmək daha rahat olacaq”.
İndi dərman preparatlarının reseptlə, o cümlədən də elektron reseptlə satışı 2023-cü il yanvarın 1-dən qüvvəyə minməlidir.