Ermənistan viza rejiminin liberallaşdırılması ilə bağlı Avropa İttifaqı ilə danışıqlara başlamaq niyyətindədir
foto: panorama.am
Ermənistan “viza rejiminin liberallaşdırılması”, yəni vizasız rejimin tətbiq edilməsi ətrafında Avropa İttifaqı ilə danışıqlara başlamaq niyyətindədir. Bu haqda Ermənistan-Avropa İttifaqı Əməkdaşlığı üzrə Şuranın iclasında Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini yerinə yetirən Edvard Nalbandyan bildirib.
Bu sənədin sayəsində Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər viza verilməsi ilə bağlı öz qərarları haqda daha qısa müddətdə – 10 gün, lazım gəldikdə isə 1-2 gün ərzində məlumat verməyə başlayıblar; viza almaq üçün ödənilən məbləğ 60 avrodan 35 avroya endirilib, müəyyən qrup vətəndaşlar isə ödənişdən tamamən azad edilib. Viza verilməsi prosesi tələb olunan sənədlərin sayının azaldılması nöqteyi-nəzərindən də asanlaşıb.
Viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar prosesi rəsmən başlayan kimi Aİ Ermənistan qarşısında bir sıra tələblər qoyacaq. Tələblər yerinə yetirilərsə, sənəd imzalanacaq. Bu cür saziş artıq Avropa İttifaqı ilə Gürcüstan arasında imzalanıb.
Ermənistan və Avropa İttifaqı arasında bu yaxınlarda paraflanan çərçivə sazişi haqda danışarkən, Edvard Nalbandyan bu sənədin – Hərtərəfli və geniş tərəfdaşlıq haqda Sazişin noyabrda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində imzalanacağına ümid etdiyini bildirib.
Daha əvvəl xarici işlər nazirinin müavini Karen Nazaryan bildirmişdi ki, sazişin mətni redaktə, korrektura və bütün Aİ dillərinə tərcümə mərhələsindədir.