Koronavirusun iqtisadi fəsadlarını aradan qaldırmaq üçün Ermənistanda kimə və necə yardım edilir?
Ermənistan hökuməti koronavirusun iqtisadi fəsadlarının neytrallaşdırılması üçün 21 proqram təsdiqləyib. Söhbət əhaliyə edilən sosial yardımdan və biznesə dəstək tədbirlərindən gedir.
Həmçinin yaranmış vəziyyətdə məşğulluğun stimullaşdırılması, tələbələrin təhsil haqqının ödənməsi və koronavirusun qarşısının alınması üçün innovativ həll yollarının axtarışı proqramları da nəzərdə tutulub.
İyunun əvvəlinə olan məlumata əsasən, böhhran əleyhinə tədbirlərdən 51800 şirkət və 1,1 milyon nəfərdən çox insan yararlana bilib. Bu ölkənin baş nazirinin açıqladığı rəsmi rəqəmlərdir.
Təfərrüatlar: kimə və hansı yardım təqdim olunur, niyə imkanlılar yardımdan yararlanır, ehtiyacı olanlar isə yox, yoxsulluğun qarşısının alınması və əmək hüquqlarının qorunması üzrə planlar haqda.
- Ermənistan: “dəyərlər” uğrunda mübarizlər uşaqları müdafiə etməyə mane olmayacaqlar
- Ermənistan hökuməti “sıfırdan” biznes başlatmağa kömək edəcək – koronavirusun fəsadlarının aradan qaldırılması üçün daha bir addım
Sosial proqramlar haqda
Dövlət yardım göstərməklə bağlı öz prioritetlərini elan edib: bu yardımı ilk növbədə koronavirusun yayılması nəticəsində əhəmiyyətli dərəcədə maddi ziyan görənlər və uşaqların böyüdüyü sosial təminatı olmayan ailələr alacaq.
- Birinci proqram 14 yaşına qədər uşaqları olan ailələr və 2020-ci ilin martında, karantin elan olunandan sonra işini itirənlər üçün əzərdə tutulub. Hər uşağa yardım 100 min dram (təxminən 210 dollar) təşkil edir.
2093 uşaq bu yardımı alacaq. Üstəlik onların valideynlərinin heç ərizə yazmasına da ehtiyac yoxdur. Dövlət Gəlirləri Komitəsi işverənlərin təqdim etdiyi vergi hesabatları əsasında yardımın düşdüyü insanların siyahısını tutur, Əmək və Sosial Məsələlər Nazirliyi isə ödənişləri həyata keçirir.
- İkinci proqram özəl sektorda məşğul olan və 2020-ci ilin martında işini itirənlər üçün nəzərdə tutulub. Onların hər birinə dövlət minimum əmək haqqı həcmində – 68 min dram (142 dollar) yardım təqdim edir. Belə insanların ümumi sayı 7925 nəfər təşkil edir.
- Üçüncü proqram ərləri işləməyən və ya martda işini itirən hamilə qadınlar üçün nəzərdə tutulub. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Ermənistanda 10 min nəfərə yaxın tənha və işsiz, yaxud da əri işsiz olan hamilə qadın var. Onların hər birinə 100 min dtam (təxminən 210 dollar) ödəniləcək.
- Dördüncü proqram koronavirusdan ən çox ziyan çəkən sahələrdə çalışanlar üçündür. Söhbət ictimai iaşə, turizm, məktəbəqədər təhsil müəssisələrindən, gözəllik salonlarından, idman zallarından gedir. Bu proqram üzrə təxminən 96 min insan yardım alacaq.
- Ən genişmiqyaslı proqram valideynləri işsiz olan uşaqlar üçün nəzərdə tutulub. Hər bir uşağa dövlət 26500 dram (55 dollar) ayırıb. Ümumilikdə 154 mindən çox uşaq bu yardımı alacaq.
Qalan proqramlar vətəndaşların kommunal xərclərinin qismən kompensasiyasını nəzərdə tutur. Bundan 1 minyona yaxın insan yararlanacaq.
Yardım alan milyonçular və “kölgədə” qalanlar haqda
“Pis odur ki, bugünkü Ermənistanda böhran şəraitində bankda 50 milyonu olan biri yardım almağa gedir… Bu çox pisdir ki, mərhəmətə ümid edirlər: yaxşı, alıblar, alıblar da. Yox, yaxşı deyil. Son qəpiyinə qədər qaytarmalıdırlar”, – bu yaxınlarda baş nazir Nikol Paşinyan bəyan edib.
Məlum olub ki, hökumət dəstək proqramı üzrə hesablarında 20 milyon drama yaxın (40 min dollardan çox) vəsaiti olan 50 nəfər və hesablarındakı vəsait bir milyard dramı (2 milyon dollardan çox) aşan70 nəfər 26500 dram həcmində yardım alıb.
Bu proqramdan həmçinin güc strukturlarının əməəkdaşları da yararlana bilib, baxmayaraq ki, sırf işsizlər və ənhəssas vəziyyətdə olan ailələr üçün nəzərdə tutulub.
Bu, necə baş verib? Məsələ burasındadır ki, güc strukturları əməkdaşlarının məlumatları məxfi saxlanılır və onlar vergi ödəyiciləri siyahısında qeyd olunmayıblar, onların məlumatlatlarını işləyən vətəndaşların siyahısında da tapmaq mümkün deyil.
Daha sonra baş nazir başqa sarsıdıcı bəyanatla çıxış edib:
“87 min işçi gölgədən çıxıb”.
Bu, fövqəladə vəziyyət şəraitində, qeydiyyatdan keçməmiş işçilər özləri müraciət etdikləri zaman baş verib. İndiyə qədər Ermənistan iqtisadiyyatında kölgənnin real miqyasını təsəvvür eləmək belə mümkün deyildi. Və bu insanlar ən həssas durumdadırlar, çünki nə işverən, nə də dövlət onlara görə heç bir məsuliyyət daşımır.
İnsanlar niyə yardım ala bilmirlər?
- Savadlılıq, diqqətlilik
Yardım almaq üçün edilən 55 min müraciət təmin olunmayıb, çünki onlarda şəxsi məlumatlar – ad, soyad, ata adı səhv göstərilib.
- Məlumatlar bazasının mükəmməl olmaması
Sosial yardımın təqdim olunması onlayn platformalar vasitəsilə həyata keçirilir. Vətəndaşların məlumatları bir neçə dövlət qurumunun bazaları ilə tutuşdurulur. Dövlət Gəlirləri Komitəsi vətəndaşın vergi ödəyicisi olub-olmadığını, Milli Təhlükəsizlik Xidməti onun Ermənistanda olub-olmadığını, VVAQ doğum şəhadətnaməsinin həqiqiliyini, Səhiyyə Nazirliyi qadının hamiməlik qeydiyyatında olub-olmadığını, Əhallinin Dövlət Qeydiyyatı İdarəsi qeydiyyatın olub-olmadığını yoxlayır. Məlumatların rəqəmsallaşması nisbətən yenidir və bəzən onların tutuşdurulması həftələr çəkir.
- Dövlət və vətəndaş arasında qeydiyyata alınmayan münasibətlər
Məlum olub ki, Ermənistanın bir çox sakinləri pz ailə vəziyyətini, yaşadığı ünvanı rəsmi qeydiyyatdan keçirməyə tələsmir, çox vaxt onların heç şəxsiyyəti təsdiq edən sənədləri də olmur.
Əmək hüquqları haqda
Fövqəladə vəziyyət zamanı işverənlər tərəfindən işçilərin hüquqlarının pozulması aydın olub. Hazırkı əmək məcəlləsində pandemiya şəraitində işçi ilə işverən arasındakı hüquqi münasibətləri nəzərdə tutan müddəalar mövcud deyil.
Mövcud qanunvericilik işverənlərə yaranmış vəziyyəti fors-major kimi qeydiyyatdan keçirməyə və bütün məsuliyyətdən azad olmağa imkan verir.
Əmək və Sosial Məsələlər Nazirliyi fövqəladə vəziyyət elan olunandan dərhal sonra qanuna dəyişiklik edilməsini təklif etib. Milli Məclis bu dəyişiklikləri dəstəkləyib.
İndi artıq qanunvericilikdə
- “distant iş” anlayışı mövcuddur,
- uzaqlaşdırılmış şəraitdə işçi öz öhdəliklərini yerinə yetirə bildiyi təqdirdə onun maaşının tam ödənilməsi nəzərdə tutulub,
- işverənin məcburi durğunluq halında işçilərə əməkhaqqı verməmək hüququnun yarandığı hallar müəyyən edilib,
- əgər işi davam etdirmək mümkün deyilsə, işverənin işçiyə istifadə etmədiyi məzuniyyəti təmin etməsi mütləq tələb kimi nəzərdə tutulub
Biznesə yardım haqda
Koronavirusun nəticələrinin neytrallaşdırılması üzrə iqtisadi proqramların ümumi büdcəsi 150 milyard dram (təxminən 310 milyon dollar təşkkil edir).
İlk iqtisadi tədbir təmiz kredit tarixçəsi olan şirkətlər üçün nəzərdə tutulub.
- Biznesə faizsiz kreditlər: Ermənistan hökumətinin böhranın öhdəsindən gəlmək üçün yardımı
- Ermənistan: koronavirusa görə qazancını itirənlərə maliyyə yardımı
Dövlət yardım üçün müraciət edən şirkətlərə aşağıdakı xərclərin 50 faizini maliyyələşdirməyi təklif edib
- əməkdaşların əməkhaqlarınınn və ya vergi ödənişlərinin ödənməsi üçün,
- Ermənistanda hazır məhsul istehsalı üçün xammalın alınmasına,
- ərzaq məhsullarının idxalı üçün,
- istehsalın təşkili və ya genişləndirilməsi üçün lazım olan avadanlıq, ləvazimat, kənd təsərrüfatı mallarının idxalı üçün,
- gübrə, toxum və şitillərin idxalı üçün,
- elektrik enerjisi, su və qaz xərclərinin ödənməsi üçün.
“Bizim təklif etdiyimiz böhran əleyhinə kredit portfellərimizin mahiyyəti bundan ibarətdir: maliyyələşdirmənin 50 faizini kommersiya bankları və kredit təşkilatları həyata keçirir, 50 faizini isə dövlət. Dövlətin maliyyə dəstəyi faizsiz təqdim olunur, bankların və kredit təşkilatlarının faizləri isə hökumət tərəəfindən subsidiya edilir. Yəni kommersiya şitkəti kredit vəsaitlərini faizsiz əldə edir”, – baş nazir izah edib.
Həmçinin ən çox ziyan çəkən iqtisadiyyat sahələrində çalışan xırda və orta müəssisələrə də yardım təqdim olunur. Onlara 2019-cu il üzrə dövriyyələrinin 10 faizi həcmində kredit verilir. İlk altı ay ərzində kkredit üzrə ödənişlərin edilməsi nəzərdə tutulmayıb, növbəti iki il ərzində isə faizlər ödənməyəcək. Yalnız üçüncü il 12 faiz təşkil edən kredit faizlərini ödəmək lazım gələcək.
Digər proqram üzrə hökumət maraqlı və perspektivli idelyaları olan yeni başlayan müəssisələri dəstəkləyəcək. Banklar onlara 10 milyon dram (20 min dollar) həcmində kredit versin deyə dövlət zamin duracaq.
Qrant proqramları da təsdiqlənib. Məsələn, 2 nəfərdən 50 nəfərə qədər əməkdaşları olan təşkilatlar birdəfəlik pul yardımı alacaq. Yardımın məqsədi sahibkarları iş yerlərini saxlamaları üçün təşviq etməkdir. Bu yardımı ümumilikdə büdcəsi 1,8 milyard dram (3,7 milyon dollar) olan 12 minə yaxın şirkət alacaq.
Mikromüəssisələrə dəstək də nəzərdə tutulub – 2020-ci ilin ilk rübünə aid dövrüyyəsinin 10 faizi həcmində.
İqtisadi proqramlar çərçivəsində hökumət daxil olan müraciətlərin 60 faizə qədərini təmin edib. 40 faiz hökumətin elan etdiyi tələblərə uyğun gəlmədiyi üçün rədd edilib.
Proqnozlar
Nüfuzlu beynəlxalq reytinq agentlikləri koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirini 2008-ci il qlobal maliyyə böhranı ilə müqayisə edirlər.
Dünya Bankının proqnozuna əsasən, COVID-19 pandemiyası şəraitində qlobal iqtisadi vəziyyət 2020-ci ildə Ermənistanda 2,8 faizlik iqtisadi geriləməyə səbəb olacaq. Bununla belə ekspertlər ümid verir: ölkənin iqtisadi yüksəliş göstəriciləri artıq 2021-ci ildə təxminən 4,9 faiz ÜDM artımı təmin edərək özünü biruzə verə bilər.
Bu proqnozların dəqiqliyi və hökumətin addığı addımların səmərəliliyi haqda aylar sonra fikir yürütmək mümkün olacaq. Yerli ekspertlər hesab edirlər ki, ili sıfır gööstərici ilə başa vurmaq artıq yaxşı nailiyyət olacaq.
Bütün bədbin proqnozlara rəğmən hökumət 2023-cü ilə qədər ölkədə yoxsulluğun uc həddini aradan qaldırmağı nəzərdə tutub:
“Biz hazırkı templəri saxlaya bilsək, bunu eləmək mümkün olacaq. İstəniləın halda pandemiyaya qədər biz Ermənistanda yoxsulluğun ən aşağı göstəricisini qeyd etmişik”, — Ermənistanın baş naziri bəyan edib.