Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyuldu
Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub. Sabiq nazirin ölkədən çıxışına məhdudiyyət qoyulması Xarici İşlər Nazirliyindəki anti-korruspiya əməliyyatı ilə bağlı açılmış cinayət işinə görədir.
Elmar Məmmədyarov açıqlamasında yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib: “Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam”.
İyulun 15-də Nazirlər Kabinetinin keçirdiyi iclasda Elmar Məmmədyarov iştirak etməyib. Buna görə prezident İlham Əliyev Xarici İşlər Naziri Elmar Məmmədyarovu
sərt tənqid etmişdi. Prezident ayın 12-də Ermənistanla Azərbaycan arasında baş verən döyüş zamanı hamının iş başında olduğunu, Xarici İşlər Nazirinin isə yerində olmadığını bildirmişdi.
İyulun 16-da İlham Əliyevin sərəncamı ilə Xarici İşlər Naziri Elmar Məmmədyarov vəzifəsindən azad edilib. Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Naziri vəzifəsində çalışıb.