Ehtiyatlı münasibətlər
İri birgə layihələrin realizəsinə mane ola biləcək amillər:
1. Rusiyadakı iqtisadi vəziyyət
Rusiyadakı iqtisadi böhranla əlaqədar Rusiyanın enerji şirkətləri İran iqtisadiyyatına yatırımlar etmək üçün vacib investisiya vasitələrinə malik deyillər.
2. İran qanunvericiliyi
İran qanunvericiliyi ctimai sərvət hesab olunan neft və qaz sahəsində xarici kapital qoyuluşunu ciddi şəkildə məhdudlaşdırır.
3. İran Avropaya can atır
İran öz enerji imkanlarından Avropa İttifaqı ilə danışıqlar prosesində istifadə edir. O daha çox Rusiya yox, Avropa şirkətlərində maraqlı olacaq ki, bu da İranın Avropadakı mövqeyini möhkəmləndirəcək və üzərindən sanksiyaların götürülməsi prosesini tezləşdirəcək. Bundan əlavə, Avropa şirkətlərinin cəlb olunması ölkənin enerji sahəsinə yeni yüksək texnologiyaların tətbiqinə xidmət edəcək.
4. Rusiya-İran münasibətlərinin presedenti
90-cı illərdən başlayaraq düz 2006-cı ilə qədər Rusiya enerji şirkətlərinin İranın neft və qazına sərmayə yatırmaq cəhdləri iflasa uğradı və bu presedentdir.
5. İranın proteksionizmi
Avrasiya İqtisadi Birliyi və İran arasında hazırda heç bir perspektiv yoxdur, çünki İran iqtisadiyyatın proteksionizm siyasətini yürüdür. O, oz istehsalçısını və bazarını təşviq edir.
6. Tarixi yaddaş
İranda nə XVIII əsin axırını, nə XIX əsrin ilk üçdə bir hissəsini, nə də XX əsrin müxtəlif mərhələlərini unudublar. Son on illiklər ərzində iranlıların beynində belə bir fikir oturuşub ki, Rusiya “Qor-Çernomırdin razılaşmasında, C-300 sistemlərinin satışı haqqında müqaviləni pozmaqla düzgün hərəkət etməmişdi. Buna görə də İranda Rusiyaya etibarsız ölkə kimi baxırlar, çünki o istənilən vaxt pis vəziyyətdə qoya bilər.
Vəziyyəti nə dəyişə bilər:
1. İranın ÜTT-də üzvlüyü
İran ÜTT-nin tamhüquqlu üzvü ola bilər. O, özünün iqtisadi və ticarət sisteminin qismən liberallaşdırılması yoluyla gedə bilər. İran Rusiyaya görə deyil, Avrasiya Birliyinin digər üzv ölkələri, misal üçün Qazaxstanla ticarət və iqtisadi münasibətləri nəzərə almaqla bu birliyə üzv ola bilər.
2. “İpək yolu
Rusiya-İran əməkdaşlığının Çinin iqtisadi layihəsi olan “İpək yolunun realizəsi çərçivəsində qarşılıqlı münasibətlərinin digər spektri də var. Burada əməkdaşlıq iki istiqamət üzrə həyata keçiriləcək: Tehranla Avrasiya Birliyi arasında əməkdaşlıq və “İpək yolunun yaradılması üzrə ümumi maliyyə, nəqliyyat və iqtisadi proqramın həyata keçirilməsində İran, Çin və Avrasiya Birliyinin iştirakı.
3. Geosiyasi maraqlar
Enerji sahəsində obyektiv olaraq Rusiya ilə İranın əməkdaşlığına mane olan amillər olduğu halda, geosiyasi nöqteyi-nəzərdən bu iki ölkə arasında bir çox regional məsələlər üzrə sıx uyğunluq var (Böyük Yaxın Şərq).
4. Təhlükəsizlik sahəsində əməkdaşlıq
Son bir neçə ay ərzindəki siyasi razılaşmalar, o cümlədən də C-300 sistemlərinin İrana satışı Moskva ilə Tehran arasında təhlükəsizlik sahəsində hərəkətlərin daha böyük uzlaşdırılmasına xidmət etdi. İki ölkə arasında bir sıra ümumi maraqlar var: Rusiyanın böyük rol oynadığı İran nüvə proqramı ətrafında sıçrayış, İranın izolyasiyadan gələcək iqtisadi və siyasi çıxışının perspektivləri, həm də Suriya, İraq və “İslam dövləti ilə bağı məsələlər.
5. Hərbi əməkdaşlıq
Moskva ilə Tehran arasında ciddi yaxınlaşma baş verir. İran, İraq, Əsəd rejimi və Moskva arasında situasion hərbi-siyasi alyans formalaşıb. Bu alyansın illüstrasiyası İran və İraqın hava məkanından uçan qanadlı raketlərin Xəzər dənizinin cənub akvatoriyasından qalxması oldu.
Rusiyanın İranda hərbi hava iştirakı formatının genişlənməsi qaçılmaz olur, çünki Rusiya aviasiyasına sıçrayış aerodromları lazım olacaq. İran və İraq aerodromlarının istifadəsi mümkündür. Ermənistan ərazisindəki inrfastrukturun, o cümlədən radiolokasiya stansiyaları və rabitə sistemlərinin istifadəsi də istisna olunmur.
Bu an üçün vizəyyət necədir:
1. Ehtiyatlı
İranın üzərindən sanksiyaların götürülməsi bu ölkəyə müxtəlif dövlətlər, o cümlədən də Rusiyayla əməkdaşlıq üçün bir çox imkanlar verir. Amma İran hələ ki Rusiyaya şübhə ilə yanaşır və əməkdaşlığa ehtiyatla gedir. Çox güman ki, İran ancaq onun maraqlarına cavab verən sövdələşmələrə gedəcək.
2. Maraqların konflikti
Belə görünə bilər ki, hələ inqilabdan əvvəlki Rusiyanın ən vacib ticarət partnyorlarından olan İrana qarşı sanksiyaların ləğv edilməsi Rusiyanın milli maraqlarına cavab verməlidir. Amma Rusiya öz növbəsində, İranın regiona güclü rəqib dövlət kimi gəlməsinə və dünya bazarında yeni iri neft və qaz təchizatçısının üzə çıxmasına sevinə bilməz.
3. Cənubi Qafqaz regionunda rəqabət
Cənubi Qafqaz regionunda Rusiya ilə İranın birgə layihələri ağlabatan deyil, çünki hər iki dövlət regionda eyni məqsədi güdür: özünün regionda təsirini və mövcudluğunu artırmaq. NATO öz mövqelərini möhkəmləndirdiyi, Amerikanın mövqelərinin möhkəmləndiyi dövrdə Rusiyayla İran arasında hansısa qeyri-rəsmi sistemləşdirilməmiş birlik vardı. Bu gün Qərb yavaş-yavaş Cənubi Qafqazdan o cümlədən də, uzun illər boyu Qərbin əsas məqsədi hesab edilən Azərbaycandan geri çəkilir. Bununla da Rusiyayla İran arasında rəqabət artır.
Bütün yuxarıda qeyd olunan arqumentlər səbəbindən iri ciddi birgə layihələrin realizəsi inandırıcı görünmür, bu da bu iki ölkənin Cənubi Qafqaz regionunda əməkdaşlığının təsirini minimallaşdırır.
Ekspert fikrini Ermənistanın “Cəmiyyətin tədqiqat mərkəzinin direktoru, iranşünas Sevak Saruxanyan, Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyan bildirdilər