Daha çox ərəb turisti Azərbaycanda – hər beşinci adam
Azərbaycana daha çox turist ərəb ölkələrindən gəlir. Bu haqda Dövlət Statistika Komitəsi öz hesabatında bildirir. Hesabata əsasən, Azərbaycanda hər beşinci turist Fars körfəzi ölkəsi: Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Oman, İraq və BƏƏ vətəndaşıdır. Bunun izahatlarından biri odur ki, 2016-cı ildə Azərbaycan bu ölkələr üçün viza rejimini sadələşdirib.
Ümumilikdə 2018-ci ilin birinci yarısında Azərbaycana əcnəbilərin axını 2017-ci ilin analoji dövrü ilə müqayisədə 10,2% artıb. 2018-ci ilin yanvar ayından iyun ayına qədər Azərbaycana dünyanın 189 ölkəsindən 1,325 milyon əcnəbi gəlib.
Azərbaycan sakinlərinə gəlincə, onlar da xaricə daha çox getməyə başlayıb. Düzdür, bu göstərici cəmi 6,3% artaraq, 2019,8 min nəfər təşkil edib. Bunların da üçdə bir hissəsi qonşu Gürcüstana gedib.