Dağıstanda Qafqaz müharibəsi qurbanlarının xatirəsinə memorial açılıb
Dağıstanda Qafqaz müharibəsi qurbanlarının xatirəsinə həsr olunmuş “Axulqo” mədəni-tarixi kompleksi açılıb.
Respublikanın Untsukul rayonu ərazisində Axulqo dağında quraşdırılan memorial 17 metrlik siqnal qülləsində və sərgi zalından ibarətdir. Orada Frans Rubonun “Axulqo aulunun fəthi” panoramasının reproduksiyası, həmçinin Qafqaz müharibəsi illərində dövlət xadimlərinin və hərbi sərkərdələrin portretləri sərgilənib.
Açılış mərasimində Dağıstan prezidenti Ramazan Abdulatipov, Dövlət Dumasının deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Memorialın açılışda çıxış edən Ramazan Abdulatipov bildirib ki, “biz keçmişdə qalan münaqişələrin mənfi nəticələrini aradan qaldırmalı və tərəfdaşlıq və həmrəylik potensialını yüksəltməliyik”.
“Bizim üçün vacib olan yalnız bu memorialı açmaqla ortaq yaddaş və taleyimizi əbədiləşdirmək deyil, həm də Vətənin birliyini möhkəmləndirmək, yeni nəsli vahid dövlətin nümayəndələri olduğumuzu qavrayacaq şüurda yetişdirməkdir. Bu memorial bax bu məqsədlərə xidmət edir”, – Ramazan Abdulatipov bildirib.
Axulqo hücumu Qafqaz müharibəsinin ən vacib döyüşlərindən biridir. 1839-cu ilin iyul-avqust aylarında Rusiya ordusu bir neçə uğursuz həmlədən sonra Axulqo qalasını – İmam Şamilin əlçatmaz sayılan qərargahını hücumla ələ keçirdi. Hücum zamanı qalanın min nəfərə yaxın müdafiəçisi və altı yüzə qədər rus əsgəri həlak oldu.
Qafqaz müharibəsi (1817-1864) nəticəsində Şimali Qafqazın dağlıq rayonları Rusiya ərazisinə birləşdirildi. Yüz minlərlə dağ sakini, xüsusən çərkəzlər Rusiya hakimiyyətini qəbul etmədi və doğma yurdlarını tərk etmək məcburiyyətində qaldı.